YIĞIŞMAQ

f.
1. Bir yerə toplanmaq, yığılmaq, cəmləşmək, toplaşmaq. Əhali meydana yığışdı.
[Qız evində] parça biçməyə hər iki quda ailə öz möhtərəm arvad qohumlarını dəvət edib yığışarlar. R.Əfəndiyev.
Bütün Təbriz [nümayişçilərin] tamaşalarına yığışmışdı. M.S.Ordubadi.

2. Bir yerə getmək, yola çıxmaq üçün hazırlıq görmək, şeylərini qablaşdırıb hazır olmaq. Yığışın, sabah gedirik.
// Hazırlaşmaq.
[Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram, bircə səni görməyə gəlim. Ə.Haqverdiyev.

// Bir yerdən başqa yerə köçüb getmək. [Hacı Sultan] artıq Şamaxı yolunda qalmaq istəmədi.
Oradan yığışıb dəniz qırağında ticarət kontoru açdı. S.Hüseyn.

3. Büzüşmək, bürüşmək.
Yarməmmədin üzgözü yığışdı, turşudu, tez cibindən əzik-üzük və çirkli ağ yaylığı çıxarıb ovcunda sıxdı və üzünə tutub asqırdı. M.İbrahimov.

// Ba x yığılmaq 2-ci mənada.

Синонимы

  • YIĞIŞMAQ 1. YIĞIŞMAQ [Pərviz:] Bu zaman başqa uşaqlar da başımıza yığışdılar (M.İbrahimov); BİRİKMƏK Sanki Nərimanın sözləri onun təsəvvüründə birikib qalan du
  • YIĞIŞMAQ cəmləşmək — toplaşmaq
  • YIĞIŞMAQ büzüşmək — bürüşmək
YIĞIŞMA
YIĞMA

Значение слова в других словарях

бала́нсовый маршеобра́зный подпры́скать пожа́рная удобре́ние бо́ком боле́зная гвине́йцы грузо... деви́чник обу́живание отбо́рно подво́зчица свежа́тина тезавра́ция скарлатина chicken wire ligroin pinch hit pseudograph recalcitrance short circuit напруживаться оттоптать пенёк