YIĞIŞMAQ

1. YIĞIŞMAQ [Pərviz:] Bu zaman başqa uşaqlar da başımıza yığışdılar (M.İbrahimov); BİRİKMƏK Sanki Nərimanın sözləri onun təsəvvüründə birikib qalan dumanlan dağıdırdı (Mir Cəlal); CƏM OLMAQ Dalğalanır, müjdə verən qonum-qonşu cəm olur, Başlanılan sorğu-sual, şirin məclis qurulur (M.Rahim); KUTLAŞMAQ Uşaqlar bir az da kutlaşıb nə olacağına baxırdılar (İ.Hüseynov); TOPLANMAQ Güllə səsinə adamlar toplandı (M.İbrahimov); TOPLAŞMAQ Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar (S.S.Axundov); YIĞILMAQ Yenə pəncərəni salıb, ocağın qırağına yığılardıq – dumana qarşı tədbirlər lazım idi (Çəmənzəminli).

2. yığışmaq bax köçmək 1

YIĞIŞDIRMAQ
YIĞMAQ

Значение слова в других словарях

картёжничать клу́шка настри́чь неуме́стность отбе́ливание подласка́ться сырко́вый эласти́ческий боге́ма высокого́рный легкове́сный нагрева́тельный красивый рыцарь уж хезать Absalom draw-arch fog manacle squad sugar tongs гедонист кремль нервничать