ZİLLƏT

is. [ ər. ] Çətinlik, ağır şərait, pis vəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət, üsrət.
[Mehribanın atası:] [Mehribanın] zillətdə qalmasına heç bir halda razı olmaram. S.Hüseyn.
[İkinci oğlu:] Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən! Ü.Hacıbəyov.
Bilməyəcəksiniz nə dərd, nə zillət; Aşıb-daşacaqdır sizinçin dövlət. S.Vurğun.

// Həqirlik, xarlıq, alçalma.
[Məsmə:] Düşdüyüm mühit məni zillət və səfalət içində sürünməyə məhkum etmişdi. S.Hüseyn.

□ Zillət çəkmək – əziyyət içində yaşamaq, ağır vəziyyətdə olmaq, ehtiyac içində yaşamaq. Fərhadü Məcnundən sən eylə ibrət; Müddət bari-qəmdə çəkdilər zillət. Aşıq İskəndər bəy.
[Bəbir bəy:] Zillət çəkməsən, sabah qucağına alıb öpəndə heç ləzzət də verməz. Mir Cəlal.

Zillətə salmaq1) ağır vəziyyətə salmaq, ehtiyac içində yaşatmaq. Hicran dərdi məni salıb zillətə; Səni görsəm dərdim azalı, Güllü. Aşıq Ələsgər;
2) həqir etmək, xar etmək, alçaltmaq.

Синонимы

  • ZİLLƏT zillət bax 1. əzab; 2. zəhmət 2
  • ZİLLƏT çətinlik — məşəqqət — əziyyət

Антонимы

  • ZİLLƏT ZİLLƏT – XOŞBƏXTLİK Nə zillətdir, nə möhnətdir; Buna bais, bəli, sənsən (Ü.Hacıbəyov); Təbiət qoysa yaşarsan, görərsən ki, xoşbəxtlik nə imiş (Mir Cəl
ZİLLƏŞMƏK
ZİLLƏTLİ

Значение слова в других словарях

бра́тски водосбо́рный до невероя́тности доку́шать зарисо́вывать литви́нка отжа́риваться па́узник пехтура́ породни́ться сеньо́ра успе́ется щеми́ть вывя́зывать заклина́ние под ка́йфом под хмели́нку хозя́йство dysplasia poll degree valet verruca ward heeler усыпать цицеро