– Hər zərreyi-zahirin zühuri; Bir özgəyə bağlıdır zəruri.
[Soltanın] bu nagahani zühuru Durnada heç bir təəccüb … doğurmadı.
□ Zühur etmək – meydana çıxmaq, zahir olmaq.
Gecmi, tezmi, bilməm, əmma həqq edər bir gün zühur.
Veylabadda hər bir şey dəyişmişdi, çoxlu ocaqlar (pirlər) zühur etmişdi.
İran ticarət bazarlarında zühur edən ümumi düşmənə qarşı vahid cəbhə düzəldə bilmirlər.
Zühur olmaq – doğulmaq, meydana gəlmək.
Necə ki sən zühur oldun anadan; Mən gülə bilmədim bu qəmxanadan.
Zühura gəlmək – meydana çıxmaq.
…Bizlərdə millət qurğuları şəxsi qurğular şəklində zühura gəlir.
Zühura çıxmaq – üzə çıxmaq, meydana çıxmaq, zahir olmaq.