Çökükburun ağquyruq
Çökükburun ağquyruq (lat. Vanellus leucurus) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü.
== Statusu ==
Nadirdir.
== Kateqoriyası ==
(CR). Həmişə azsaylı olub. Hazırda kritik vəziyyətdədir.
== Qısa təsviri ==
Başı və gövdəsinin üst tərəfi bənövşəyi–boz, alnı və boğazı ağ, qarın hissəsi sarımtıl, quyruğu tam ağdır. Qanadlarının ucu qaradır, üzərində enli ağ zolaq vardır. Ayaqları açıq-sarıdır.
== Yayılması ==
Aral-Xəzər düzənliyində, İran, İraq və Suriyada yayılıb.