Aar

der; -(e)s, -e qartal, qaraquş
Aal
Aas
OBASTAN VİKİ
Aare
Are və ya Aare (alm. Aare‎, fr. Aar) — İsveçrədə çay. Reyn çayının sol qolu. Uzunluğu 295 km, hövzəsinin sahəsi təqribən 17,8 mun kv. kilometrdir. Bern Alp dağlarındakı Aare buzlaqlarından başlanır. Tun gölünədək gəmiçiliyə yararlıdır. Aşağı axınında orta illik su sərfi saniyədə 560 kub metrdir. Aare çayı boyunca çoxlu Su Elektrik Stansiyaları var.
Aarhus
Orhus (dan. Aarhus) — Danimarkanın ikinci böyük şəhəri. Liman şəhəri olan Orhus, Yutlandiya yarımadasının şimal-şərqində yerləşir. Əhalisi 2004-cü il siyahıyaalmasına görə 228 547 nəfərdir. Şəhər düz, məshuldar və meşəlik bir yerdə qurulub. Kömür və dəmir alışında şəhərin limanının önəmi böyükdür. Şəhərin görməli yerləri arasında 13-cü əsrdən qalma, ölkənin və şimali Avropanın ən böyük kilsəsi olan kafedral kilsə, Danimarkalıların köhnə həyat tərzini canlandıran Den Gamle By ("köhnə səhər"), Botanika bağı, Tivoli Friheden əyləncə parkı və şəhərin sənət muzeyi ARoS-u göstərmək olar. Şəhərdə, həmçinin, ölkənin önəmli universitetlərindən biri yerləşir. == Adı == Orta əsrlərdə şəhər islandiya salnamələrində Arus adlanırdı. Şəhər Aross kimi tanınırdı.
Aarhus Universiteti
Aarne-Tompson Göstəricisi
Aaarne-Tompson Göstəricisi — Aarne-Tompson-Uther İndeksi (ATU İndeksi) folklorşünaslıqda istifadə olunan nağıl süjetlərinin göstəricisidir. ATU İndeksi bir qrup beynəlxalq alim tərəfindən edilən ümumiləşdirmə və təkmilləşdirmənin məhsuludur: İlk dəfə 1910-cu ildə fin folklorşünası Antti Aarne tərəfindən alman dilində tərtib edilmişdir; sonralar göstərici ingilis dilinə tərcümə edildi, təkmilləşdirildi və Amerikalı folklorşünas Stis Tompson tərəfindən genişləndirildi (1928, 1961); 2004-cü ildə isə alman folklorşünası Hans-Yorq Uter tərəfindən yenidən nəzərdən keçirilərək təkmilləşdirildi. == Nağıl növünün müəyyənləşdirilməsi == Tompson "Xalq nağılı"nda nağıl növünü belə müəyyənləşdirir: Nağıl, bir növ, müstəqil varlığa sahib olub ənənəvi xarakter daşıyır. Tam bir povest kimi izah edilə bilər və mənasından başqa heç bir nağıldan asılı deyil. Həqiqətən başqa bir nağılla izah edilə bilər, ancaq təkbaşına izah edilə bilməsi onun müstəqilliyini təsdiqləyir. Yalnız bir və ya bir neçə motivdən ibarət ola bilər. S. Tompsonun Aarne sisteminə gətirdiyi yeniliklərdən biri də zəncirvari nağılları və təsnifata daxil edilməyən nağılları ayrıca qrup şəklində verməklə Aarne sistemindəki bölgünü bir qədər genişləndirməsi oldu. Bu kimi dəyişikliklərdən sonra həmin kataloq beynəlxalq aləmdə Aarne-Tompson göstəricisi (bundan sonra AT) kimi tanınmağa başlayır. == Tarix == Avstriya konsulu İohann Georq von Hann, 1864-cü ildə nəşr olunan Yunanıstan və Albaniya folklor kitabına giriş olaraq qırx dörd nağıl "düstur"un ilkin təhlilini hazırladı. Sabine Barinq-Kold, 1866-cı ildə von Hannın siyahısını tərcümə etdi, əlli iki nağıl növünə qədər genişləndirərək, "Nağıl radikalları" kitabında çap etdirdi.
Aaron Burr
Aaron Burr (ing. Aaron Burr, Jr.; 6 fevral 1756[…], Nyuark, Nyu-Cersi – 14 sentyabr 1836[…]) — Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti. 1804-cü ildə Aleksandr Hamiltonla aralarında duel təşkil edilmişdir. Burr duel nəticəsində ağır yaralanmışdır.
Aaron Henk
Henri Luis (Henk) Aaron (ing. Henry Louis "Hank" Aaron; 5 fevral 1934, Mobil, Alabama – 22 yanvar 2021, Atlanta) — ABŞ beysbolçusu. O, 1954–1974-cü illərdə "Miluoki Breyvz" komandasında, 1966–1976-cı illərdə "Atlanta Breyvz" komandasında çıxış etmişdir. Henk 1957-ci ildə Milli Liqanın Ən dəyərli oyunçusu mükafatına layiq görülmüşdür. Ləqəbi "Çəkic" idi. O, 1974-cü ildə Beyb Rutun 1930-cu illərdən bəri davam edən rekordunu geridə qoyaraq 715 meydança hitinə çatmışdır. 1976-cı ildə karyerasına son qoymuşdur. 1982-ci ildə Beysbol Şöhrət Zalına daxil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Allen, Bob; Gilbert, Bill. The 500 Home Run Club: From Aaron to Williams.
Aaron Hulme
Aaron Hulme (ing. Aaron Hulme; aprel 1886, Mançester, Lankaşir – noyabr 1933) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted", "Nyuton Hit Atletik", "Kolne", "Oldem Atletik" və "Nelson" komandalarında çıxış edib. == Həyatı == Aaron Hulme 1886-cı ilin aprel ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1906–1909-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 4 oyunda meydana çıxmışdır.
Aaron Kluq
Aaron Kluq (11 avqust 1926[…] – 20 noyabr 2018[…], Kembric) — İngilis kristalloqrafı, kimya üzrə Nobel mükafatçısıdır. == Həyatı == Aaron Kluq 1926-cı ildə avqustun 11-də Litvada anadan olmuşdur. Yoxannesburq və Keyptaun universitetlərində oxumuşdur. O, yəhudi ailəsində anadan olmuşdur. Onun iki yaşı olarkən ailəsi Durbana (Cənubi Afrika) köçmüşdür, çünki, anasının ailəsi XX əsrin əvvəllərində ora miqrasiya etmişdi. 1937–1941-ci illərdə Duban şəhərində məktəbdə oxumuşdur. O, Pol Krayfın "Ovçular mikroblar arxasında" adlı kitabını oxuduqdan sonra onda elmə maraq yarandı. 1942-ci ildə Yoxannesburqda Vitvatersrand universitetinə daxil olaraq Kluq tibb üzrə hazırlıq kursuna, həmçinin biokimya, fizika və riyaziyyat üzrə məşğələlərə gedir. 1945-ci ildə o, universiteti bitirdikdə təbiət elmləri üzrə bakalavr dərəcəsi alarkən onun seçimi fizika olur. == Elmi naliyyələri == Ona ayrılmış təqaüdə əsasən o, öz müəllimlərindən biri R. U. Ceymsin yanında rentgen kristalloqrafiyası üsulunu öyrənmişdir.
Aaron Koplend
Aron Koplend (ing. Aaron Copland; 14 noyabr 1900[…], Bruklin, Nyu-York ştatı – 2 dekabr 1990[…]) — Amerikalı bəstəkar, pianoçu, dirijor və pedaqoq. == Həyatı == Əslən Litva yəhudisi olan Aron Koplend Nyu-Yorkun Bruklin məhəlləsində anadan olmuşdur. Ailəsi Amerikaya Şotlandiyadan köçmüşdür. Koplendin atası köçməzdən əvvəl "Kaplan" soyadını "Koplend"ə dəyişir. 15 yaşında o musiqi ilə məşğul olmağa başlamışdır. Leopold Volfson və Rubin Qoldmark onun müəllimləri arasında olmuşlar. Koplend 1921–1924-cü illərdə Paris yaxınlığındakı Fontenblo Musiqi Akademiyasında Nadya Bulanjedən təhsil almışdır. == Fəaliyyəti == Aron Koplend konsertlər və filmlər üçün bir çox musiqi əsərləri yazmışdır. O, müasir Amerikan musiqi stilini yaratmış və ona "Amerikalı bəstəkarların başçısı" ləqəbi verilmişdir.
Aaron Lennon
Aaron Castin Lenon (ing. Aaron Justin Lennon; 16 aprel 1987[…], Lids, Qərbi Yorkşir[d]) — İngiltərə futbolçusu. Hazırda Premyer Liqada çıxış edən "Börnli" klubunun oyunçusudur. Lenon karyerasına doğma şəhərinin yerli klubu "Lids Yunayted"də başladı, 2003-cü ildə əsas komandada debütunu edərək o vaxt Premyer Liqada oyuna çıxmış ən gənc oyunçu oldu. 2005-ci ildə 1 milyon funt qarşılığında "Tottenhem Hotspur" klubuna transfer olundu, orada bütün yarışlarda 364 oyuna 30 qol vura bilmişdir. 2008-ci ildə Lennon ilk böyük yarışda uğur qazandı, belə ki klubla birlikdə finalda London rəqibi "Çelsi"ni 2–1 hesabı ilə məğlub edərək, Liqa Kubokunun qalibi oldu. O, bir il "Everton" klubunda icarə əsasında çıxış edəndən sonra, 2015-ci ildə £4.5 milyona həmin kluba keçdi. "Everton"da Lenon 77 oyuna 9 qol vurmağı bacardı və 2018-ci ildə Premyer Liqanın digər klubu "Börnli" ilə 2 il 6 aylıq müqavilə imzaladı. Lankaşir təmsilçisinin heyətində 55 oyunda forma geyinən Lenon cəmi bir qolun müəllifi olmuşdur. 2020-ci ilin iyun ayında "Kayserispor" klubunun heyətinə qatılan oyunçu bir il sonra "Börnli"yə geri döndü.
Aaron Paul
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Aaron Pol
Aaron Pol (27 avqust 1979, Emmett[d], Aydaho) — amerikalı aktyor və prodüser. "Breaking Bad" serialında canlandırdığı Cessi Pinkman personajı ilə tanınır. Bu ifasına görə üç dəfə, 2010, 2012 və 2014-cü illərdə "Praymtaym Emmi" mükafatına layiq görülüb. Paul, karyerasına Soldakı son ev və Təhlükəli tapşırıq III kimi filmlərdə əsas rolların heç birində oynamadan əvvəlcə musiqi videoları və filmlərdə bəzi qonaq rolları ilə başlamışdır. 2007-ci ildə HBO istehsalı serial olan Great Love (Böyük məhəbbət) serialında Scott Quitmann rolunu oynamışdır. 2014-cü ildən bəri Todd Çavezin səsləndirdiyi Netflixin BoJack Horseman cizgi serialının icraçı prodüseridir. 2016-cı ildə Hugh Dancy ilə baş rolunu paylaşdığı "The Path" ("Yol") serialı hələ də yayımlanır. Black Mirror (Mövsüm 4, Epizod 1 USS Callister) serialında qonaq aktyor kimi Gamer691-i oynamışdır.
Aaron Ramsdeyl
Brendon Aleksander Meyson (14 may 1998, Stok-on-Trent, Qərbi Mildlend[d]) — qapıçı mövqeyində çıxış edən İngiltərə futbolçusu. Hazırda Premyer Liqa təmsilçisi "Sauthempton" klubunda çıxış edir.
Aaron Sixanover
Aaron Sixanover (1 oktyabr 1947, Hayfa) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi. == Həyatı == Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır. Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.
Aaron Çexanover
Aaron Sixanover (1 oktyabr 1947, Hayfa) — israilli bioloq, kimyagər və 2004-cü il Kimya üzrə Nobel Mükafatının sahibi. == Həyatı == Aaron Sixanover 1947-ci ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. Atası hüquqşünas və anası isə müəllim idi. Sixanoverin dediyinə görə evi kitablarla dolu idi. Uşaq yaşlarından biologiya ilə məşğul olmağa başlayan Sixanover daha sonra bir qurudulmuş çiçək kolleksiyası yaratmışdır. Biologiyada daha fərqli təcrübələr də etmişdir. Bir müddətdən sonra bir mikroskop almış və osmos təcrübələrini həyata keçirmişdir. Daha sonralar cürbəcür bitkilərin hüceyrələrini araşdırmışdır. Ancaq 11 yaşında ikən anası, 17 yaşında ikən isə atası vəfat etmişdir. Bundan sonranı isə Hayfa şəhərində xalasıyla, tətilləri də Tel-Əviv şəhərindəki böyük qardaşı ilə keçirmişdir.
Aaron Şvarts
Aron Şvarts (ing. Aaron Swartz; 8 noyabr 1986, Haylend-Park[d], İllinoys – 11 yanvar 2013, Bruklin, Nyu-York ştatı) — proqramçı, yazıçı. 2009-cu ildə Amerikan federal məhkəmələrinə aid PACER bazasında olan və pul qarşılığı satılan təxminən 18 milyon sənədi və 2011-ci ildə JSTOR'dan 4 milyona yaxın məqaləni kompüterinə endirib xalqa açıq hala gətirmiş və bundan ötəri "məlumat quldurluğu" və "qeyri-qanuni fayl endirmə" kimi ağır cinayətlərdən haqqında 13 dəfə iddia açılmışdı. Dünyanın qabaqcıl ictimai paylaşma saytlarından Reddit'in qurucularından olan Swartz Brooklyn, New Yorkdakı evində 11 yanvar 2013-cü il özünü asaraq 26 yaşında həyatına son verdi. Ölümündən əvvəl 1 milyon dollar pul və 35 il həbs cəzasına məhkum edilməsi gözlənilirdi.
Aaronsohnia
Aaronsohnia (lat. Aaronsohnia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Təbiətdə Şimali Afrikanın səhralarında və qumsuz çöllərində rast gəlinir. Cinsin adı 1927-ci ildə botaniklər Otto Varburq (ing. Otto Warburg; 1859—1938) və Aleksandr Eyq (ing. Alexander Eig; 1894—1938) tərəfindən aqronom Aaron Aaronsonun (ing. Aaron Aaronsohn) şərəfinə adlandırılmışdır. == Növləri == Aaronsohnia factorovskyi Warb.
Aaronsohnia factorovskyi
Aaronsohnia factorovskyi (lat. Aaronsohnia factorovskyi) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin aaronsohnia cinsinə aid bitki növü. == Arealı == Ərəbistan yarımadası üçün endemik növdür. == Botaniki təsviri == Birillik bitkidir.. Mart və apreldə çiçəkləyir.. Xromosomlarının sayı — 2n=18..
General Dynamics F-111 Aardvark
General Dynamics F-111, 1960-cı illərdə yaradılmış olan orta mənzilli bombardmançı, strateji bombardmançı, kəşfiyyat təyyarəsi, və taktiki hücum təyyarəsidir. ABŞ Hərbi Hava Qüvvələri (USAF) modelləri rəsmi olaraq “Aardvark” adlandırılmışdırlar. 1998-ci ildə USAF bu təyyarələri xidmətdən uzaqlaşdırılmışdır. Avstraliya Hərbi Hava Qüvvələrində xidmət edən F-111 təyyarələrinin ləqəbi donuzdur. SSRİ-dəki rəqibi Mikoyan-Gurevich MiG-23 təyyarələri hesab olunur. F-111 hərbi təyyarələri dəyişə bilən geometrik qanadlar, əlavə yanacaqlı turbofan mühərriklər, aşağı hündürlükdən yüksək sürət ilə hərəkət edərkən yeri müşahidə etməyə imkan verən radarlar kimi bir çox qabaqcıl tətbiq edilmiş olan yeniliklərdə də, birinci olmuşdur. Dizaynı xüsusilə SSRİ mühəndisləri üçün yeni bir ilham mənbəyi olmuşdur. Öz dövrü üçün qeyri-adi olan texnologiyası da, müasir dövrün standart tələblərini müəyyənləşdirmişdir. USAF əlində olan F-111 təyyarələrini orta mənzilli dəqiq bombardmanlar üçün F-15E Strike Eagle modelləri ilə, supersonik bombardman rolu üçün də Rockwell B-1 Lancer təyyarələri ilə əvəz etmişdir. Avstraliya Kral Hərbi Hava Qüvvələri (RAAF) isə əlindəki F-111 təyyarələrini 2010-cu ildə aktiv xidmətdən uzaqlaşdırmışdır.
Herbert Aaron Hauptman
Herbert Aaron Hauptman (14 fevral 1917[…], Nyu-York, Nyu-York ştatı – 23 oktyabr 2011[…], Buffalo, Nyu-York ştatı[…]) — Amerika riyaziyyatçısı, 1985-ci ildə "Kristal strukturların müəyyənləşdirilməsi üçün birbaşa metodların təkmilləşdirilməsindəki uğurlarına görə" Kimya üzrə Nobel Mükafatı laureatı. mükafatı həmkarı Cerom Karle ilə paylaşdı. == Həyatı == 1917-ci ilin fevralın 14-də Nyu-Yorkda anadan olmuşdur. 1937-ci ildə Hauptman kolleci bitirərək bakalavr dərəcəsi 1939-cu ildə Kolumbiya universitetini bitirərək riyaziyyat üzrə magistr dərəcəsi almışdır. 1955-ci ildə Merilend universitetində fəlsəfə doktoru dərəcəsi alır. 1969-cu ilə qədər Vaşinqtonda ABŞ-nin hərbi dəniz donanmasının tədqiqat laboratoriyasında işləmişdir. 1970-ci ildən Buffoloda Nyu-York universitetinin professoru, 1972-ci ildən Buffoloda Tibb mərkəzində iş rəhbəri və vitse prezident işləmişdir. 1955-ci ildə onun fəlsəfə doktoru dərəcəsi alması rentgenstruktur analizi üzrə idi və riyaziyyat üzrə verilmişdir. Hauptman hormonlar, antibiotiklər və vitaminlər kristallarının molekulların fəza strukturunu müəyyən etmək üçün riyazi üsul yaratdı. Fotolent üzərində alınan ləkələrin intensivliyini analiz edərək o, rentgen şüaları dəstəsinin əyilmə bucağını hesablaya bilirdi və bu hesablamalardan tədqiq olunan maddənin molekulyar strukturunun dəqiq şəklini yığa bilirdi.
II Aaron
II Aaron — Benjamin xaqanın oğlu X əsrin əvvəlləri boyunca Xəzər xaqanlığının hökmdarı. Kiyev knyazı I İqor Tmutarakana hücum etdiyi dövrdə, Bizans da rusların köməyi ilə Krımdakı Xəzər xaqanlığının torpaqlarına hücum etdi. Aaron rusların hücumlarının qarşısını almış və həmçinin əks hücumla Krımdakı Bizans ordusunu məğlub etmişdi. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
Moisey ben Aaron Şirvani
Moisey ben Aaron ben Şeerit Şirvani — Şamaxı yəhudisi, "Aqron" lüğətinin müəllifi. Şirvanda yaşamışdır. 1459-cu ildə Tövrat terminlərindən ibarət olan "Arqon" adlı lüğəti qələmə almışdır. Lüğət günümüzə təkcə hissələr halında gəlib çatmışdır. Y (yud - י) hərfindən sonadək saxlanmış lüğətdə Əhdi-Ətiqin hətta arami terminləri də özünə yer tapmışdır. Bir sözün bütün digər mənalarını ayrı məqalələrdə izah olunmuşdur. Lüğət o vaxtlar Şirvanşahlar dövlətinin dili olan fars dilindədir. Yeganə nüsxəsi Sankt-Peterburqda saxlanır.
Aaron Sayens Qarza
Aaron Sayens Qarza (isp. Aarón Sáenz Garza; 1 iyun 1891, Monterrey – 26 fevral 1983, Mexiko) — Meksika siyasətçisi. == Həyatı == Aaron Sayens Qarza 1 iyun 1891-ci ildə Meksikada, Nuevo-Leon ştatının Monterrey şəhərində anadan olmuşdur. Xuan Sayens Qarza və Konsepsyon Qarzanın oğlu olmuşdur. 1916-cı ildə Hərbi və Hərbi Dəniz nazirliyində katib olmuşdur. 28-ci Qanunvericilik Məclisinin xalq deputatı. 1918-ci ildə Braziliyada səlahiyyətli nazir. 1920–1924-cü illərdə xarici işlər nazirinin müavini, 1924–1927-ci illərdə nazir. 1924-cü ildə Yaponiya ilə ticarət və gəmiçilik müqaviləsini müzakirə etmək, 1925-ci ildə Meksika ilə Almaniya arasında iddialar konvensiyasını imzalamaq və 1925-ci ildə Meksika ilə Kuba arasında ekstradisiya müqaviləsini imzalamaq üçün xüsusi nümayəndə olmuşdur. 1925-ci ildə Prezident Maçadonun inauqurasiyası üçün Kubada xüsusi missiyada olan səfir kimi xidmət etmişdir.
Sem Aaronoviç
Sem Aaronoviç (ing. Sam Aaronovitch; 26 dekabr 1919, London – 30 may 1998, London) — britaniyalı iqtisadçı-marksist. Bir neçə kitabın müəllifi. Böyük Britaniya Kommunist Partiyasının üzvü. O, South Bank Polytechnic-də iqtisadiyyat departamentinin rəhbəri olmuşdur. Sənaye qiymətləri, sığorta, inhisar kimi amillərin London iqtisadiyyatına təsiri və makroiqtisadi siyasət kimi mövzularda bir sıra kitab və məqalələr nəşr etmişdir. Kommunist Partiyasının üzvü və sadiq marksist olaraq qalmasına baxmayaraq, partiya pravoslavlığını tənqid edirdi.