General Dynamics F-111 Aardvark
General Dynamics F-111, 1960-cı illərdə yaradılmış olan orta mənzilli bombardmançı, strateji bombardmançı, kəşfiyyat təyyarəsi, və taktiki hücum təyyarəsidir. ABŞ Hərbi Hava Qüvvələri (USAF) modelləri rəsmi olaraq “Aardvark” adlandırılmışdırlar. 1998-ci ildə USAF bu təyyarələri xidmətdən uzaqlaşdırılmışdır. Avstraliya Hərbi Hava Qüvvələrində xidmət edən F-111 təyyarələrinin ləqəbi donuzdur. SSRİ-dəki rəqibi Mikoyan-Gurevich MiG-23 təyyarələri hesab olunur.
F-111 hərbi təyyarələri dəyişə bilən geometrik qanadlar, əlavə yanacaqlı turbofan mühərriklər, aşağı hündürlükdən yüksək sürət ilə hərəkət edərkən yeri müşahidə etməyə imkan verən radarlar kimi bir çox qabaqcıl tətbiq edilmiş olan yeniliklərdə də, birinci olmuşdur. Dizaynı xüsusilə SSRİ mühəndisləri üçün yeni bir ilham mənbəyi olmuşdur. Öz dövrü üçün qeyri-adi olan texnologiyası da, müasir dövrün standart tələblərini müəyyənləşdirmişdir.
USAF əlində olan F-111 təyyarələrini orta mənzilli dəqiq bombardmanlar üçün F-15E Strike Eagle modelləri ilə, supersonik bombardman rolu üçün də Rockwell B-1 Lancer təyyarələri ilə əvəz etmişdir. Avstraliya Kral Hərbi Hava Qüvvələri (RAAF) isə əlindəki F-111 təyyarələrini 2010-cu ildə aktiv xidmətdən uzaqlaşdırmışdır.