Ribes acidum
Qırmızı qarağat (lat. Ribes rubrum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Yabanı halda Asiyada və Avropanın kölgəli, rütubətli ərazilərində yayılmışdır.
== Botaniki təsviri ==
Kolun hündürlüyü 2 m-ə qədərdir. Yarpaqları 3-5 dilimli olub, uzunluğu 3-5 sm-dir. Çiçəkləri sarı-yaşılı rəngli, kasaşəkilli formalı, 5 sm uzunluğunda salxımlarda seyrək halda yerləşir. May ayında çiçəkləyir, meyvələri iyunda yetişir. Meyvələri qırmızı, turş, yumru, diametri 8–12 mm olan giləmeyvədir.
== Ekologiyası ==
Bitki bitmə şəraitinə az tələbkar, zərərverici və xəstəliklərə davamlıdır.
== Azərbaycanda yayılması ==
Quba-Qusar, Lənkəran və digər bölgələrdə həyətyanı sahələrdə becərilir.