Akademik mübahisə

praktik əhəmiyyəti olmayan, sırf nəzəri mübahisə.
Akademik il
Akademik saat
OBASTAN VİKİ
Mübahisə
Mübahisə — fikirlərin, mövqelərin kəsişməsi. O zaman tərəflər öz mövqeyini müdafiə edərək rəqibin dəlillərini təkzib etməyə çalışır. Mübahisələr, söz çəkişmələri, fikirlərin çarpışması, müzakirələr insan durumunun təbii hallarıdır. Buna görə də onlar, gədim zamanlardan bəri öyrənilmiş, onların tərifləri verilmişdir. Mübahisələr qədim Hindistanda, Babildə, Misirdə, İranda əsasən dini zəmində kahinlər arasında aparılmışdır. Buna örnək olaraq Musa peyğəmbərin Fironla, Maninin zərdüşt kahinləri ilə baş verən çəkişmələrini xatırlamaq olar. O zaman hər bir yeni düşüncəni ortalığa çıxarmış adam onunla başqa adamların, özəlliklə də çarların və kahinlərin qarşısında çıxış etməli, ona qarşı olanlara qalib gəlməli idi. Bir çox durumlarda çəkişmədə uduzan tərəf qalibin dininə (əqidəsinə) keçməli, ya da öldürülməli idi. Mübahisələri uduzan tərəfin ardıcılları da təqib olunurdular. Qədim Yunanıstanda çəkişmələrin qaydaları dəyişmişdir.
Akademik
Akademik — akademiyaların həqiqi üzvlərinə verilən ad. Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvləri akademik adlanır. Akademiklər, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.
Makedoniya adı uğrunda mübahisə
Makedoniya adı uğrunda mübahisə — Yunanıstan və Şimali Makedoniya arasında uzun müddət davam etmiş mübahisə. Bunun səbəbi odur ki, Yunanıstanın ən qədim bölgələrindən biri də Makedoniya adlanır. Afina öz qonşusundan ölkəyə elə bir ad verməyi tələb edirdi ki, bu, gələcəkdə Yunanıstan ərazisinə yarana biləcək iddialara şərait yaratmasın. BMT-nin vasitəçiliyi ilə bu ölkələr arasında aparılan danışıqlar 2008-ci ildə Yunanıstanın Makedoniyanın NATO-ya üzv qəbul olunmasına qarşı çıxdıqdan sonra dayandırılmışdır. 2010-cu ildə rəsmi Afina keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuş Makedoniyanın "Şimali Makedoniya" adlandırılmasına razı olduğunu bəyan etmişdir. Bu fikri Yunanıstanın xarici işlər nazirinin birinci müavini Dimitris Droustas bildirmişdir. Rəsmi Afina əks təqdirdə Yunanıstanın Makedoniyanın Avropa İttifaqına və NATO-ya üzvlüyə qəbul edilməsinin qarşısını bundan sonra da alacağını bəyan etmişdir. Yunanıstanın təzyiqləri nəticəsində ölkənin adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) (mak. Поранешна Југословенска Република Македонија - ПЈРМ) kimi qəbul edilmişdi. 12 iyun 2018-ci ildə Makedoniya və Yunanıstan hökumətləri 27 illik ad mübahisəsinə son qoymaq üçün ilkin razılığa gəlmişdirlər.
Müqəddəs ayinlə bağlı mübahisə
Müqəddəs ayinlə bağlı mübahisə (it. Disputa del Sacramento) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Bu əsər 1509-1510-cu illərə, rəssamın yaradıcılığının Roma dövrünə aid edilir. "Müqəddəs ayinlə bağlı mübahisə" əsəri hal-hazırda Vatikanda saxlanılır.
Akademik Gimnaziya
Akademik Gimnaziya (rus. Академи́ческая гимна́зия) — Rusiyada 1726–1805-ci illərdə mövcud olmuş ilk dünyəvi orta ümumi təhsil müəssisəsi. 1724-cü ildə Sankt-Peterburqda Elmlər Akademiyasında yaradılmış, 1726-cı ildə müstəqil müəssisə kimi açılmışdır. Tələbələri Akademik Universitetə ​​qəbul və dövlət qulluğuna hazırlayırdı. Tələbə kontingenti müxtəlif ödənişsiz siniflərdə təhsil alan oğlanlar ibarət idi. Gimnaziyada latın, alman, fransız, rus ədəbiyyatı, tarix, coğrafiya, riyaziyyat, təbiət elmləri, rəsm fənləri tədris olunurdu. 1758–1765-ci illərdə Akademik Gimnaziyaya 1759-cu ildə onun Əsasnaməsini tərtib edən Mixail Lomonosov rəhbərlik edirdi. Lomonosov gimnaziyanı "universitetin tibb bacısı, onun anbarı və tədarükçüsü" hesab edirdi. 1765-ci ildə azyaşlı uşaqlar üçün hazırlıq şöbəsi açılmışdır. 1770-ci ildə Akademik Gimnaziya Akademik Universitetlə birləşdirilmiş, Akademik Məktəb və ya Akademiya Məktəbi kimi tanınmışdır.
Akademik avarçəkmə
Akademik avarçəkmə – avarçəkmə idmanı növü. Akademik avarçəkmə 18-ci əsrdə Böyük Britaniyada yaranmışdır. 1829-cu ildə Temza çayında keçirilən ilk yarışda Oksford və Kembric universitetlərinin avarçəkənləri iştirak etmişlər. Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) 1892-ci ildə Turində təsis edilmişdir. 1893-cü ildən FİSA hər il Avropa çempionatını keçirir. 1962-ci ildə kişilər arasında, 1974-cü ildə qadınlar arasında dünya çempionatı keçirilmiş, 1900-cü ildə kişilər arasında, 1976-cı ildə isə qadınlar arasında Akademik avarçəkmə Olimpiya oyunlarının tərkibinə salınmışdır. Azərbaycanda Akademik avarçəkmə çempionatı 1964-cü ildən keçirilir. “Kür” İdman Mərkəzinin yaradılması avarçəkmə idmanının inkişaf etməsində mühüm rol oynamışdır. Avarçəkənlərdən Q.Qurbanov, J.Məmmədova, T.Xudyakova, E.Ujuqova, V.Yakuşa, V.Romanişin və başqaları dəfələrlə SSRİ və SSRİ Xalqları Spartakiadasının çempionu olmuşlar. Azərbaycanın avarçəkmə komandası Moskva (1980) və Seul (1988) olimpiadalarında gümüş və bürünc medallara layiq görülmüşdür.
Akademik il
Akademik il — ali məktəblərdə dərslərin başlanmasından qurtarmasınadək (payızdan o biri ilin yazına qədər) olan müddət. Təqribən 8–10 aydır. Azərbaycanda bütün ali təhsil müəssisələrində işlədilən "tədris ili" termini akademik il termininə uyğundur.
Akademik legion
Akademik legion (alm. Akademische Legion‎) — Avstriya imperiyasında 1848-1849-cu illər inqilabı zamanı hərbi əməliyyatlarda iştirak edən silahlı tələbə təşkilatı. Təşkilat 13 mart 1848-ci ildə Vyanada xalq üsyanının başlanmasından dərhal sonra yaradılmışdır. Akademik legion təqribən 4 min nəfərdən ibarət olmaqla, inqilabi ordunun nüvəsi olmuşdu. Liberal müxalifətin radikal demokratik qanadına bağlı olan Akademik legion Vyanada mart üsyanında, 1848-ci ilin mayında Vyanada silahlı üsyanlarda və 1848-ci ilin oktyabrında Vyanada silahlı üsyanda fəal iştirak etmişdir. Buna baxmayaraq, mütləqiyyətlə mübarizədə burjuaziya ilə fəhlə sinfi arasında aralıq mövqe tutan Akademik legion qeyri-sabit fəaliyyət göstərmişdir. Akademik legionun rəhbərliyi tərəddüd və siyasi kompromislərə meyl göstərmişdi. 1848-ci ilin iyun–avqust aylarında burjuaziya ilə birlikdə fəhlələrə qarşı çıxmışdır. Akademik legionun rəhbərliyi kəndlilərin tələblərinə məhəl qoymayaraq Avstriya imperiyalarında milli azadlıq hərəkatını yatırmağa yönəlmiş siyasətində liberal burjuaziyanı dəstəkləyirdi. İnqilabın məğlubiyyətindən sonra Akademik legion ləğv edilmiş, üzvlərinin çoxluğu ağ terrorun qurbanı olmuşdur.
Akademik musiqi
Akademik musiqi — Avropa XVII–XIX əsrlərə əsasən yaradılan davamlılığı olan musiq janrları və formaları (opera, simfonik, sonata, və s.), melodik və harmonik prinsipləri və instrumental tərkibi. Qərb ədəbiyyatında "Akademik musiqi" daha çox Qərb klassik musiqisi ənənəsindən irəli gələn musiqilərə istinad etmək üçün istifadə olunur. Musiqişünas Filip Taqq incəsənət musiqisi ilə bağlı elitizmi "xalq", "incəsənət" və "populyar" musiqilərdən ibarət aksiomatik üçbucaqdan" biri kimi sayır. O, bu üçünün hər birinin digərlərindən müəyyən meyarlara görə seçildiyini izah edir. Bruno Nettlə görə, "Qərb klassik musiqisi" həm də "akademik musiqi", "kanonik musiqi", "mədəni musiqi", "ciddi musiqi", eləcə də daha çox istifadə olunan "əsl musiqi" və "normal musiqi" ilə sinonim ola bilər".
Akademik kapital
Sosiologiyada akademik kapital (ing. Academic capital) — insanın təhsilinin və digər akademik təcrübələrinin cəmiyyətdə yer qazanmaq üçün istifadə oluna biləcək potensialıdır. Digər kapital formaları (sosial, iqtisadi, mədəni) kimi, akademik kapital da bir faktordan — ölçülmüş təhsil müddətindən asılı deyil, əksinə, bir çox müxtəlif amillərdən ibarətdir. Akademik kapitalı ölçmək üçün vahid üsul olmasa da, dünya üzrə tədqiqatçılar fərdin akademik kapitalını ölçmək üçün araşdırmalar aparırlar.
Kiçik Tokioda mübahisə (film, 1991)
Kiçik Tokioda hesablaşma (ing. Showdown in Little Tokyo) – 1991-ci ildə istehsal olunmuş ABŞ bədii filmidir. Filmin orijinal davam etmə müddəti 79 dəqiqə, qısaldımış variantı isə 76 dəqiqədir. Filmdəki hadisələr 1980-cı illərdə Los-Anceles şəhərində təsadüf edir. Polis işçisi Kris Kenner Los Ancelesin Yapon rayonu Tokio şəhərciyində işləyir. Krisin valideynləri yapon əsilli olmuşlar. Onlar Yapon Yakudza bandası tərəfindən qətlə yetirilmişlər. Kris həmişə valideynləri öldürən qatilin daxili xüsusiyyətlərini yadında saxlamağa çalışır. Polis xidməti onun yanına Conni Muratu adlı yapon yoldaşı göndərir. Conni də yapon əsilli polisdir, kiçik yaşlarında ABŞ-yə köçüb, buranın mədəniyyəti ilə yaşayır.
Cəbrayıl Hüseynov (akademik)
Cəbrayıl Muxtar oğlu Hüseynov (3 (16) yanvar 1913 və ya 16 yanvar 1913, Nuxa – 14 dekabr 1974 və ya 1974, Bakı) — akademik, aqrar elmlər doktoru (1947), professor (1948). Hüseynov Cəbrayıl Muxtar oğlu 1913-cü il yanvarın 16-da Şəki şəhərində doğulmuşdur. C. Hüseynov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini bitirmişdir (1934). C. Hüseynov aqrar elmlər namizədi (1939) və aqrar elmlər doktoru (1947) dərəcəsini, professor (1948) elmi adını almışdır. AMEA-nın müxbir üzvü (1949), həqiqi üzvü (1961) seçilmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və Azərbaycan ET Pambıqçılıq İnstitutunda baş elmi işçi işləmişdir (1936). Ümumittifaq Elmi Tədqiqat Gübrələmə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirant olmuşdur (1936–1939). SSRİ Elmlər Akademiyasının Azərbaycan Torpaqşünaslıq sektorunda baş elmi işçi (1940), Torpaqşünaslıq və Aqrokimya Bölməsində direktor işləmişdir (1944–1945). Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuş (1945) və bu vəzifədə 1952-ci ilə kimi çalışmışdır. ADU-nun Biologiya fakültəsinin professoru olmuşdur (1969).
Cəlal Əliyev (akademik)
Cəlal Əlirza oğlu Əliyev (30 iyun 1928, Naxçıvan – 31 yanvar 2016, Bakı) — azərbaycanlı elm, dövlət və siyasi xadim; Professor, AMEA Rəyasət Heyətinin üzvü, Azərbaycan Milli Məclisinin I, II, III və IV çağırış üzvü. Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Cəlal Əliyev ailəli və bir qız atası idi. C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təbiat-coğrafiya üzrə orta, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə biologiya üzrə ali təhsil alıb. Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 31-də dünyasını dəyişib. Akademik Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü idi. Azərbaycan,Rus və ingilis dillərini bilirdi. 1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Cəlil Hüseynov (akademik)
Cəlil Yusif oğlu Hüseynov (28 dekabr 1896, Nuxa – 21 mart 1979, Bakı) ― Azərbaycan patomorfoloqu, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1967), Azərbaycan SSR əməkdar elm xadimi (1957), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). Cəlil Yusif oğlu Hüseynov 28 dekabr 1896-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1905–1907-ci illərdə Şəki şəhərindəki rus məktəbində, 1908–1918-ci illərdə Tiflisdə I oğlanlar gimnaziyasında, 1919-cu ildə isə Bakı oğlanlar gimnaziyasında təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1924-cü ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsində almışdır. Cəlil Hüseynov 1924–1946-cı illərdə akademik İ. İ. Şirokoqorovun rəhbərlik etdiyi Patoloji anatomiya kafedrasında assistent, dosent, professor olaraq fəaliyyət göstərmişdir. Eyni zamanda 1925-ci ildə "Muğam malyariya ekspedisiyası"nın Cənub-Muğan qrupuna rəhbərlik etmişdir. O, 1946–1979-cu illərdə Azərbaycan Tibb Universitetinin Patoloji anatomiya kafedrasının müdiri vəzifəsini icra edərək elmi-pedaqoji fəaliyyət göstərmişdir. Habelə alim 1946–1979-cu illərdə Azərbaycan Səhiyyə Nazirliyinin baş patoloqanatomu kimi fəaliyyət göstərmişdir. Cəlil Hüseynov patoloji anatomiya sahəsi üzrə böyük xidmətləri olan alimdir. Malyariya zamanı nekroz və qanqrenaların, tropik malyariya, qarayara, səpkili yatalaq xəstəliklərinin patomorfologiyası və patogenezinin, habelə müxtəlif xəstəliklər zamanı periferik sinir sisteminin patomorfologiyasının öyrənilməsi məsələləri alimin fəaliyyətinin əsasını təşkil edir.
Cəmil Quliyev (akademik)
Quliyev Cəmil Bahadur oğlu (16 dekabr 1927, Şuşa, DQMV – 27 dekabr 2010, Bakı) — Azərbaycan və sovet tarixçisi, professor, 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü. Cəmil Quliyev 16 dekabr 1927-ci ildə Şuşada anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan EA-da fəaliyyətə başlamışdır. 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olmuşdur. 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü (1997–2007) üzvü olub. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Fikrət Əliyev (akademik)
Fikrət Əhmədəli oğlu Əliyev (13 avqust 1949, Nüvədi, Meğri rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, Professor, akademik. Əliyev Fikrət Əhmədəli oğlu 13 avqust 1949-cu ildə Mehri rayonunun Nüvədi kəndində anadan olub. “History of Science” beynəlxalq elmi-nəzəri araşdırmalar jurnalının 3-cü sayından jurnalın “Fizika-riyaziyyat və texnika elmləri” üzrə redaksiya heyətinin üzvüdür.
Fuad Əliyev (akademik)
Əliyev Fuad Yusif oğlu — kimya elmləri doktoru, akademik, AMEA-nın Gəncə bölməsinin sədri, AMEA-nın müxbir üzvü (2007), AMEA-nın həqiqi üzvü (akademik) (2014). Fuad Yusif oğlu Əliyev 1 fevral 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra zabit rütbəsində ordu sıralarında xidmət etmiş, 1974-cü ildən AMEA Aşqarlar Kimyası İnstitutunda laborant, mühəndis vəzifələrində çalışmış, 1976-cı ildə aspiranturaya daxil olmuş, 1981-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vuraraq kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Elə həmin ildə də Rəyasət Heyətinin qərarı ilə Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. F.Əliyevin bilavasitə çalışdığı sahə yeni kükürd-üzvi birləşmələrinin sintezi və onlardan aşqarlar kimi istifadə etməklə müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır. Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda və tərkibində olan funksional qrupların, hetroatomların yeni alınmış maddələrin xassələrinə təsirinin, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir. Sintez olunmuş birləşmələr əsasında hazırlanmış sürtkü kompozisiyaları korroziyaya, siyrilməyə və yeyilməyə qarşı yüksək davamlılığa malikdirlər. Sintez edilmiş birləşmələrin tərkibində müxtəlif funksional qruplarla, hetroatomlarla yanaşı, kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur. Bununla da sintez edilmiş maddələrin bir çoxunun antimikrob xassəyə malik olması müəyyən edilmişdir. 1983-cü ildən Gəncə Regional Elmi Mərkəzinin sədridir.
Həsən Abdullayev (akademik)
Həsən Məmmədbağır oğlu Abdullayev (20 avqust 1918, Yaycı, Naxçıvan qəzası – 1 sentyabr 1993, Bakı) — SSRİ və Azərbaycanın görkəmli fiziki, alim, müəllim, elm təşkilatçısı, Sovet İttifaqı və dünyada yarımkeçiricilər fizikasının / mikroelektronikasının banilərindən biri, Azərbaycan Dövlət mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan EA-nın həqiqi üzvü, 1970–1983-cü illərdə Azərbaycan EA-nın prezidenti. Həsən Abdullayev 1952-ci ildə ilk dəfə yarımkeçirici kristallarda p-n keçidin işləmə prinsipinin fiziki mahiyyətini ətraflı izahını verib. O, yenilikçi texnologiyanın inkişafına, qlobal elmi və texnoloji tərəqqiyə əhəmiyyətli bir töhfə verən və güclü təsir göstərən fotoelementlər, günəş və termoelementlər kimi yaddaş elementləri, lazerlər, kibernetikada çip texnologiyası, alternativ enerji kimi elektronikanın tədqiqinə və inkişafı məsələləri ilə məşğul olub. Abdullayevin elmi nailiyyətləri sayəsində, yarımkeçiricilərə əsaslanan dünya texnologiyası intensiv sürətlə miniatürləşməyə başlamış, daha yüngül, mobil və rahat olub. Azərbaycan SSR-də Abdullayev elmi və texnoloji tərəqqi inqilab etmiş və bir növ milli "Silikon Vadisi"ni yaratmışdır. Alim-fizik, dünya elmində əhəmiyyətli rol oynayan yarımkeçirici fizikada, selenyum və analoqlarına əsaslanan yeni bir istiqamət qurmuş, onun əsasında mikroelektronika sahəsində ilkin, öz elmi məktəbini, bu istiqamətdə Akademiyada ilk laboratoriyaları və tədqiqat institutlarını yaratmışdır. Eyni zamanda, o, SSRİ şəraitində üzərinə böyük risk alarag tədqiqat institutları nəzdində yenilikçi layihələrin həyata keçirilməsi üçün ilk Xüsusi Konstruktur Büroları (XKB) yaratmışdır. Həsən Abdullayev SSRİ, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, İtaliya, Hindistan və digər ölkələrdə patentləşdirilmiş mindən çox elmi əsərin və 400-ə yaxın ixtiranın müəllifidir. Həsən Abdullayev 20 avqust 1918-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Abdullayev 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika fakültəsini bitirmişdir.
Həsən Əliyev (akademik)
Həsən Əlirza oğlu Əliyev (15 dekabr 1907, Comardlı, Zəngəzur qəzası – 2 fevral 1993, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, Azərbaycan SSR əməkdar elm xadimi (1974), Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan SSR EA Partiya Komitəsinin katibi (1950), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Azərbaycan MK katibi (1952), AMEA-nın akademik katibi (1952–1957), Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin deputatı (1953–1956), Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru(1968–1987). Həsən Əlirza oğlu Əliyev 1907-ci il dekabr ayının 15-də Ermənistanın Sisyan rayonunun (keçmiş Zəngəzur qəzası) Çomərdlii kəndində anadan olmuşdur. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində bütün Zəngəzur mahalının əhalisi kimi Həsən Əliyevin ailəsi də Naxçıvan şəhərinə deportasiya edildi. Naxçıvanana gəldikdən sonra 1917–1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olmuşdur. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur. 1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki AKTA) daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda oxumaqla yanaşı Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib.
Maqsud Əliyev (akademik)
Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini. Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
Nizami Cəfərov (akademik)
Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti (2015–2022) 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən yenidən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.
Ramiz Məmmədov (akademik)
Ramiz Mahmud oğlu Məmmədov (4 fevral 1950, Qaracalar, Qardabani rayonu – 7 iyun 2021, Bakı) — Azərbaycan alimi, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2014), Doktorluq Dissertasiyası Şurasının sədri (2002), Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri (2005), Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın (Moskva ş.) (2002), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü (2001), Avropa İttifaqının Cənubi Qafqaz ölkələri üzün təsis etdiyi Beynəlxalq Ekoloji Mərkəzin (Tbilisi) Konsultativ Şurasının prezidenti Körpü Azərbaycan-Gürcüstan dostluq və mədəni əlaqələr cəmiyyətinin sədri, Respublika Dövlət Mükafatı Laureatı (2016) ,Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. Ramiz Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR Qardabani rayonunun Qaracalar kəndində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakultısinə qəbul olunmuş və 1972-ci ildə ali təhsilini başa vurmuşdur. 1973-cü ildə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır. Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə 1975–1976-cı illərdə Moskva Okeanologiya İnstitutunda stajyor olmuş, 1977-ci ildə isə həmin institutun əyani aspiranturasına qəbul olunmuşdur. 1980-ci ilin yanvar ayında o Dayaz dənizlərdə və şirinsulu sututarlarında turbulent mübadilə mövzusunda Moskva Okeanologiya İnstitutunun Dissertasiya Şurasında Okeanologiya ixtisası üzrə namizədlik ddissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır. 1980–1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində Xəzər elmi tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmış, 1985-ci ildə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə əvvəl Geologiya, 1989-cu ildə isə yenidən Coğrafiya İnstitutuna işə qaytarılmışdır. 1991-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1995–2013-cü illər ərzində isə həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmiş, 2013-cü ildən isə AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışır. 1996-cı ildə Xəzər dənizinin hidrofiziki sahələrinin dəyişkənliyi və onların çirkləndiricilərin yaılmasına təsiri mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi adını almış, 2001-ci ildə coğrafiya ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir. 2009-cu ildə Azərbaycan Ali Attestasiya Komissiyasının qərarı ilə ona hidrologiya ixtisası üzrə professor elmi rütbəsi verilmişdir.
Telman Əliyev (akademik)
Telman Abbas oğlu Əliyev (2 may 1935 və ya 1935, Goranboy rayonu) — texnika elmləri doktoru, professor, akademik, AMEA-nın müşaviri. Əliyev Telman Abbas oğlu 2 may 1935-ci ildə Azərbaycanın Goranboy rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1943–1950-ci illərdə Azərbaycanın Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin natamam orta, 1950–1953-cü illərdə isə Əzizbəyov adına kənd orta məktəbində təhsil almışdır. 1953-cü ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna qəbul olub və 1958-ci ildə həmin institutu bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat ilə Hesablama mərkəzinə (hazırda İdarəetmə Sistemləri İnstitutu) göndərilib və orada 1962-ci ilə kimi texnik, mühəndis, baş mühəndis vəzifələrində çalışmışdır. 1962-ci ildə aspiranturaya daxil olmuşdur. T. A. Əliyev, 1966-cı ildə, Bauman adına Moskva Dövlət Texniki Universitetinin kafedra müdiri, professor V. V. Solodovnikovun rəhbərliyi ilə namizədlik dissertasiyasını, 1977-ci ildə isə "Texniki kibernetika və informasiya nəzəriyyəsi" ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir və 1985-ci ildə rofessor adını almışdır. 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir. T. A. Əliyev 1958–1960-cı illərdə yaradılmış, Azərbaycanda informatikanın inkişafında həlledici rol oynayan "Elektron hesablama maşınları" laboratoriyasının əsas təşkilatçısı və 1976-cı ilə qədər rəhbəri olmuşdur. O, Sovet İttifaqının informatika və hesablama texnikası cəmiyyətinin İdarə heyətinin üzvü, informatika, hesablama texnikası və kibernetika üzrə Ekspert Şurasının üzvü olmuşdur.
İbrahim Quliyev (akademik)
İbrahim Səid oğlu Quliyev (23 may 1947, Bazar-Korqon rayonu[d], Cəlalabad vilayəti) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2007), geologiya-mineralogiya üzrə elmlər doktoru (1989), professor (1999), AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru. İbrahim Quliyev 23 may 1947-ci ildə mayın 23-də Qırğızıstan Respublikasında, Bazar-Kurqan kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İbrahim Quliyev 1978-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1989-cu ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, 1999-cu ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. İbrahim Quliyev əmək fəaliyyətinə 1970-ci ildə AEA Geologiya İnstitutunda başlayaraq, böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. O, Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, həmçinin AMEA-nın vitse-prezidenti vəzifələrində çalışır. Quliyev İ. S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonaların qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi — texnoloji prinsipləri şərh edilmiş və uzunmüddətli monitorinq aparılması təşkil edilmişdir.
İbrahim İbrahimov (akademik)
İbrahim İbiş oğlu İbrahimov (azərb. İbrahim İbiş oğlu İbrahimov‎; 28 fevral 1912, Qarğabazar, Qaryagin qəzası – 6 noyabr 1994, Bakı) — Azərbaycanda ilk dəfə olaraq riyaziyyat sahəsində elmlər namizədi adını almış azərbaycanlı alim, professor, fizika-riyaziyyat elmləri doktoru (1947), AMEA-nın həqiqi üzvü (1968), Əməkdar elm xadimi (1968). İbrahim İbiş oğlu İbrahimov 28 fevral 1912-ci ildə Azərbaycanın Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. Orta təhsilini Gəncədə tamamlayan İbrahim İbrahimov 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat fakültəsini Riyaziyyat ixtisası üzrə fərqlənmə diplom ilə bitirmişdir. İbrahim İbiş oğlu İbrahimov əmək fəaliyyətinə 1935–1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutunda başlamış, 1939–1947-ci illərdə Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, 1947–1958-ci illərdə isə Pedaqoji Universitetin Riyazi analiz kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1958-ci ildən onun elmi-pedaqoji fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur. 1958–1959-cu illərdə Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959–1963 illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifələrində çalışmışdır. İbrahim İbrahimov 1963-cü ildən ömrünün sonunadək həmin institutun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri olmuşdur. 1977-ci ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olmuşdur. İbrahim müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirdikdən sonra həm bu institutda, həm də Bakı Dövlət Universitetində çalışmağa başlayır.