Alfons Dode
Alfons Dode(fr. Alphonse Daudet; 1840—1897) — fransız yazıçısı, dramaturqu.
== Həyatı ==
Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb.
Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və...
Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi.