allahvara 2021
allahvergisi 2021
OBASTAN VİKİ
Allahverən Cəbrayılov
Allahverən Cəbrayılov (tam adı: Allahverən Cəbrayıl oğlu Cəbrayılov; 15 may 1940, Horadiz, Qaryagin rayonu – 8 iyun 2020, Bakı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. Fizika-riyaziyyat elmləri doktoru, professor Cəbrayılov Allahverən Cəbrayıl oğlu 15 may 1940-cı ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. О, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1962–1965-ci illərdə SSRI Elmlər Akademiyasının V. A. Steklov adına Riyaziyyat İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin aspirantı olmuş, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. A. Cəbrayılov 1965–1969-cu illərdə Moskva Fizika-Texnika İnstitutunun Ali riyaziyyat kafedrasında assistent vəzifəsində çalışmış, 1969–1970-ci illərdə isə Bakıda Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. Fizika-riyaziyyat elmləri doktoru Alik Nəcəfov onun elmi rəhbərliyi altında tədqiqat aparmışdır. A. C. Cəbrayılov 1971–1974-cü illərdə Moskvanın Energetika İnstitutunun Ali riyaziyyat kafedrasının dosenti vəzifəsində işləmiş, 1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. О, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru seçilmişdir. Allahverən Cəbrayılov 1975-ci ildən indiyədək Azərbaycan Memarlıq və Inşaat Universitetinin Ali riyaziyyat kafedrasına rəhbərlik etməklə yanaşı, institutun və fakültənin elmi şuralarının və Təhsil Nazirliyinin riyaziyyat üzrə metod şurasının üzvüdür. Professor A. C. Cəbrayılovun 75-dən çox elmi əsəri fəzalar nəzəriyyəsinin tədqiqinə və onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində tətbiqlərinə həsr edilmişdir.
Allahverən Babayev
Allahverən Hacı oğlu Babayev (Monidigah) — aktyor, Azərbaycan teatr xadimləri ittifaqının üzvü. Allahverən Babayev 1961-ci il yanvar ayının 20-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1978-ci ildə Monidigah kənd orta məktəbini bitirmişdir. 1980–1982-ci illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1982–1983-cü illərdə Biləsuvar rayonunun Əskərabad kənd kitabxanasının müdiri vəzifəsində işləmişdir. 1983–1987-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxumuşdur. 1987-ci ildə universiteti bitirib, təyinatla Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olunmuşdur. Həmin vaxtdan indiyə qədər bu sənət ocağının səhnəsində 100-ə qədər müxtəlif xarakterli rol oynamışdır. 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 qızı, 1 oğlu var.
Allahverənli
Allahverənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Həmşirə çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Kəndin əsasını XIX əsrin birinci yarısında allahverənli nəslinə mənsub ailələr qoymuşlar. Emooykonimdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 373 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məhəmməd Allahverənov
Telman Allahverənov
Telman Fazil oğlu Allahverənov (7 iyul 1995; Mingəçevir, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Telman Allahverənov 1995-ci il iyulun 7-də Mingəçevir şəhərində anadan olub.2003-cü ildə Mingəçevir şəhər 1 Nömrəli tam orta məktəbə gedib və 2014-cü ildə bitirib. Azərbaycan Ordusunun əsgəri olan Telman Allahverənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Telman Allahverənov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Значение слова в других словарях