allahvara 2021
allahvergisi 2021
OBASTAN VİKİ
Allahverən Cəbrayılov
Allahverən Cəbrayılov (tam adı: Allahverən Cəbrayıl oğlu Cəbrayılov; 15 may 1940, Horadiz, Qaryagin rayonu – 8 iyun 2020, Bakı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Fizika-riyaziyyat elmləri doktoru, professor Cəbrayılov Allahverən Cəbrayıl oğlu 15 may 1940-cı ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. === Elmi fəaliyyəti === О, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1962–1965-ci illərdə SSRI Elmlər Akademiyasının V. A. Steklov adına Riyaziyyat İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin aspirantı olmuş, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. A. Cəbrayılov 1965–1969-cu illərdə Moskva Fizika-Texnika İnstitutunun Ali riyaziyyat kafedrasında assistent vəzifəsində çalışmış, 1969–1970-ci illərdə isə Bakıda Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. Fizika-riyaziyyat elmləri doktoru Alik Nəcəfov onun elmi rəhbərliyi altında tədqiqat aparmışdır. === Əmək fəaliyyəti === A. C. Cəbrayılov 1971–1974-cü illərdə Moskvanın Energetika İnstitutunun Ali riyaziyyat kafedrasının dosenti vəzifəsində işləmiş, 1972-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. О, 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının professoru seçilmişdir. Allahverən Cəbrayılov 1975-ci ildən indiyədək Azərbaycan Memarlıq və Inşaat Universitetinin Ali riyaziyyat kafedrasına rəhbərlik etməklə yanaşı, institutun və fakültənin elmi şuralarının və Təhsil Nazirliyinin riyaziyyat üzrə metod şurasının üzvüdür. Professor A. C. Cəbrayılovun 75-dən çox elmi əsəri fəzalar nəzəriyyəsinin tədqiqinə və onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsində tətbiqlərinə həsr edilmişdir.
Allahverən Babayev
Allahverən Hacı oğlu Babayev (Monidigah) — aktyor, Azərbaycan teatr xadimləri ittifaqının üzvü. == Həyatı == Allahverən Babayev 1961-ci il yanvar ayının 20-də Lerik rayonunun Monidigah kəndində anadan olmuşdur. 1978-ci ildə Monidigah kənd orta məktəbini bitirmişdir. 1980–1982-ci illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1982–1983-cü illərdə Biləsuvar rayonunun Əskərabad kənd kitabxanasının müdiri vəzifəsində işləmişdir. 1983–1987-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsində SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxumuşdur. 1987-ci ildə universiteti bitirib, təyinatla Lənkəran Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olunmuşdur. Həmin vaxtdan indiyə qədər bu sənət ocağının səhnəsində 100-ə qədər müxtəlif xarakterli rol oynamışdır. 1994-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının və 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 1 qızı, 1 oğlu var.
Allahverənli
Allahverənli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Hamarqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Həmşirə çayının sahilində, Burovar silsiləsinin yamacındadır. Kəndin əsasını XIX əsrin birinci yarısında allahverənli nəslinə mənsub ailələr qoymuşlar. Emooykonimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 373 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Məhəmməd Allahverənov
Telman Allahverənov
Azər Allahverənov
Azər Kərim oğlu Allahverənov (20 fevral 1972, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü (2021-ci ildən), "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri (2020-ci ildən), Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri (2015-ci ildən). == Həyatı == Azər Kərim oğlu Allahverənov 20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu illərdə Bakı şəhər Nəsimi rayonu 152 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra 1990–1996-cı illərdə Kazan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. Bundan əlavə, 1989–1990-cı illərdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin Bakı məktəbində radio-lokasiya stansiyasının operatoru üzrə, 1991–1992-ci illərdə isə həmin cəmiyyətin Kazan məktəbində rabitəçi-teleqrafçı ixtisasları üzrə təhsil almışdır. Azər Allahverənov əmək fəaliyyətinə 1989-cu ilin avqust ayında başlamışdır. 1989–1990-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzinin elektron-hesablama maşınları üzrə 3-cü dərəcəli elektro-mexaniki olmuş, 1990–1992-ci illərdə Kazan Dövlət Universitetində, sonra isə "Olimp" təmir-tikinti kooperativində çalışmışdır. 1993–1997-ci illərdə Azərbaycan Gənclər İttifaqının Nəsimi Rayon Komitəsinin təşkilat şöbəsinin müdiri seçilmiş, 1994-cü ildən bu komitənin sədr müavini olmuşdur. Azər Allahverənov 1997–1999-cu illərdə Uşaq və Gənclərin Xeyriyyə Fondunun rəhbərlik etmiş, 1999–2001-ci illərdə Azərbaycan Gənclər İttifaqının təşkilat şöbəsinin müdiri və beynəlxalq məsələlər üzrə sədr müavini olmuşdur. Paralel olaraq 2000–2004-cü illərdə Beynəlxalq Miqrasiya Təşkilatı və "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən təsis olunmuş Miqrasiya Resurs Mərkəzinin Məlumat Proqramının rəhbəri, 2002-ci ildən həmin mərkəzin əlaqələndiricisi olmuşdur. 2004–2005-ci illərdə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının proqramlar üzrə direktoru, 2006–2008-ci illərdə bu təşkilatın vitse-prezidenti, 2008–2019-cu illərdə isə prezidenti (2016-cı ildən "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri) vəzifələrində işləmişdir.

Digər lüğətlərdə