Məhəmməd Zöhrab oğlu Allahverənov (8 avqust 1995; Çəmənli, Bərdə, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.
Məhəmməd Allahverənov | |
---|---|
Məhəmməd Zöhrab oğlu Allahverənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çəmənli, Bərdə, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bərdə |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi, Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020 |
Məhəmməd Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub.[1]
Məhəmməd Allahverənov 2020-ci il iyul ayinda MAHHXHQ kimi N saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 7 oktyabr tarixində Suqovuşan istiqamətində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]