ALLÓ

[ing.] межд. алло! (телефондай рахадамаз “яб гузва! яб це!” манада).
ALLIQ
ALMA¹
OBASTAN VİKİ
Google Allo
Google Allo — Google tərəfindən hazırlanmış mobil ani mesajlaşma tətbiqi. Allo, 18 may 2016-cı il tarixində Google I / O-da mobil video söhbət olan Google Duo-nun yanında yer aldı. Başlanğıc ilkin olaraq 2016-cı ilin yayına planlaşdırılmışdı, lakin bir neçə gün sonra 21 sentyabr 2016-cı ildə ABŞ-də və dünyada baş tutdu. Tətbiq Android və iOS platformalarında mövcuddur. Tətbiqin veb versiyası 15 Avqust 2017-ci il tarixdə yayımlandı. Qeydiyyatdan keçərkən tətbiq istifadəçinin telefon nömrəsinə bağlanır və Google Assistant-dan istifadə etmək üçün Google hesabına keçid istifadə olunur.
Alessandro Allori
Alessandro di Kristofano di Lorentso del Bronzino Allori (it. Alessandro di Cristofano di Lorenzo del Bronzino Allori; 31 may 1535[…], Florensiya[…] – 22 sentyabr 1607[…], Florensiya[…]) — İtaliya (Florensiya) rəssamı, manyerizm üslubunun nümayəndəsi. == Həyat və yaradıcılığı == Alessandro Allori 31 may 1535-ci ildə Florensiyada anadan olmuşdur. Əmisi Anyolo Bronzinonun tələbəsi olan Allori Mikelancelodan güclü təsirlənmişdir. Manyerizmin təsiri onun dizaynı şərti və sərt, rəngləri kəskin olan din mövzusundakı rəsmlərində xüsusilə nəzərə çarpır. Allorinin əsərlərindən ən mühümləri: "Rəbbin vəftiz edilməsi", "İshaqın qurbanı", Culiano Mediçinin, Bianka Kapello portretləri, avtoportret (hər beşi Florensiyadakı Uffisi qalereyasında), kardinal Ferdinando Mediçinin portreti (Florensiyadakı Palasso Pittidə), "Məryəmin mövludu" (Florensiyadakı Santissima-Annunsiata kilsəsində), "Məsih Məryəm və Marfa ilə" (Vyana muzeyində), "Hamamda Varşava" və bir gəncin portreti (Ermitajda). Onun oğlu Kristofano Allori də rəssam olmuşdur. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Аллори, Алессандро // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allobiotopiya
Allobiotopiya — qohumluq baxımından yaxın olan orqanizmlərin eyni ərazidə, lakin müxtəlif ekoloji şəraitdə yaşaması. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Allodiniya
Allodiniya (yun. άλλος állos "başqa" və οδύνη odúnē "ağrı") — ağrılı olmayan bir qıcıqlandırıcıya qarşı ağrının hiss olunmasıdır. Mexaniki, termiki, hərəki formaları var.
Allofan
Allofan X Al2O3 · YSiO2 · H2O; X:Y=1:1 — kolloidal mineraloiddir; Rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Növ müxtəliflikləri == Fosforlu allofan ( ~10 %-dək və daha çox P2O5), ferri-allofan – tərkibində Al < Fe3+ olan allofan. == Xassələri == Rəng – rəngsiz, ağ, mavi, çəhrayı, yaşıl, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 1,9; Sərtlik – 3; Çox kövrəkdir; Əllə toxunduqda qurudur; Sınıqlar – qabıqlı; Morfologiya – Mineral aqreqatları: massiv, böyrək- və salxımvarı, stalaktitəoxşar, torpaqvari kütlələr, opalabənzər qaysaqlar. == Mənşəyi və yayılması == Allofan əsasən ekzogen mənşəlidir və adətən vulkanik məhsulların – kül və şüşənin aşınması zamanı əmələ gələn torpaqlarda toplanır. Həmçinin sulfatlı meteor mənşəli suların təsiri ilə silikat və alümosilikatların parçalanması nəticəsində əmələ gəlir. Oksidləşmə zonasında qeyd edilir. Hidrotermal mənşəli allofanın əmələ gəlməsi başqa mineralların hidrotermal dəyişilməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: halluazit, gibbsit, fosfatallofan. Mineralın tapıldığı yerlər: Qrafental (Almaniya); Banska-Ştyavnitsa (Çexiya); Juravlinski (Rusiya); Kiviklar-Köy (Türkiyə); İndiana ştatında Laurens dairəsi (ABŞ). Azərbaycanda Gədəbəy mis-kolçedan və Daşkəsən dəmir filizi yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında, Balakən, Göy-Göl rayonlarında və b.
Allofon
Allofon (ing. Allophone) – fonemin sözdəki yerindən, digər səslərlə qonşu olmasından, saitin vurğulu və ya vurğusuz olmasından asılı olaraq tələffüz variantıdır. Azərbaycan dilində bir neçə allofon səs var. "K k" hərfi söz başında /c/ səsini göstərir, amma sözün ortasında və axrında /ç/ səsi kimi tələffüz olunur. Başda: kömür [cʰœmyɾ] Ortada: məktəb [mæçt̪æb] Axırda: inək [in̪æç] "Ğ ğ" hərfi /ʁ/ fonemini gostərir, lakin bəzi sözlərdə çox hadisələrdə bu hərf /ʕ/ kimi tələffüz olunur. Boğaz [bɔʕɑz̪] Bəlğəm [bæl̪ˤʕæm] == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Allogenez
Allogenez — eyni miqyaslı adaptasiyalarla səciyyələnən orqanizmlərin müəyyən adaptasiya bölgəsində inkişafı.
Alloispermum
Alloispermum (lat. Alloispermum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Allocarpus Kunth Calebrachys Cass. Calydermos Lag.
Alloklazit
Alloklazit (Allaclazit) — mineral. Kobaltla çox zəngindir (Co — 33%). Sinqoniyası rombikdir. Rəngi çəhrayımtıl, göyümtül olur. Metal parıltılıdır. Sərtliyi 5—5,6, sıxlığı 5700—6000 kq/m3olub, hidrotermal mənşəlidir. Kobalt metalı, davamlı göy və yaşıl rənglər, xüsusi poladlar istehsalında işlədilir. Azərbaycanda Daşkəsəndə var.
Allon (Yuxarı Provans Alpları)
Allon (fr. Allons, oks. Alonh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Andre-lez-Alp kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04005. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 62 nəfərin (15–64 yaş arasında) 33-ü iqtisadi cəhətdən, 29-u fəaliyyətsizdir (fəaliyyət göstərici 53,2%, 1999-cu ildə 68,8%). 33 aktiv adamdan 30 nəfəri (22 kişi və 8 qadın), 3 qadın işsiz idi.
Allonj
Allonj — Vekselə (və ya dövriyyədə olan digər qiymətli kağızlara) birləşdirilmiş əlavə vərəqdir. Bu vərəqdə vekselin arxa tərəfinə sığışmayan imzalar (indossamentlər) həkk olunur. Həmin imzalar elə həkk olunur ki, onların başlanğıcı vekselin, sonu isə allonjun üzərində yerləşmiş olsun. Bununla yanaşı, allonjun üzərində ötürücü qeydlər və aval da həkk oluna bilər.
Allophylaceae
Sabunağacıkimilər (lat. Sapindaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Erigeron allochrous
Erigeron allochrous (lat. Erigeron allochrous) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron allocotus
Erigeron allocotus (lat. Erigeron allocotus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erodium allotrichum
Kristafano Allori
Kristafano Allori (17 oktyabr 1577, Florensiya – 1 aprel 1621[…], Florensiya) — barokko dövrünün italyan rəssamı. Karavacionun müasiri olan Allori 1616–1618-ci illərdə Kasimo di Mediçinin himayəsi altında rəssamlıq etmişdir. Allori dövrünün ən məşhur əsəri olan "Judith with the Head of Holofernes" rəsminin müəllifidir. Əsərlərində daha çox dramatik mövzulara yer vermişdir. Allori işıq və kölgədən inanılmaz dərəcədə ustalıqla istifadə etmişdir. İşıq və kölgədən ibarət bu tərzini portretlərində görmək mümkün deyil. Allorinin əsərlərinin çoxu hazırda Detroyt İncəsənət İnstitutunda və Ermitaj muzeyində sərgilənməkdədir.
Senecio alloeophyllus
Senecio alloeophyllus (lat. Senecio alloeophyllus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Alloise
Alloise (ukr. А́лла Євге́нівна Моско́вка; 19 oktyabr 1984, Poltava) — ALLOISE təxəllüsü ilə daha çox tanınan, pop, soul, R&B və folk üslubunda mahnılar ifa edən ukraynalı müğənnidir. == Bioqrafiya == Alla 19 oktyabr 1984-cü ildə Poltavada anadan olub. Poltava incəsənət məktəbinə, sonra musiqi məktəbinin studiyasına daxil olub. Eyni vaxtda 1 saylı liseydə informatika və ingilis dilinin intensiv tədris olunduğu sinifdə oxuyub. 2002-ci ildə Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. 2004-cü ildə o, «Tomato Jaws» elektron qrupunun bir üzvü olur, sonra DJ-lik edir və bir müddət Kiyev klublarının vokal və dj-rezidenti olur. 2007-ci ildən 2012-ci ilə qədər o, nüfuzlu prodüserlərin qrupun tam uğursuzluğunu proqnozlaşdırmasına baxmayaraq, ölkədən kənarda və hətta birbaşa ölkədə tanınan ilk ukraynalı ingilisdilli qrup olan Gorchitza qrupunun vokalisti və mahnı müəllifi idi. Ukrayna ictimaiyyəti üçün materialın formatsızlığına və yeniliyinə boxmayaraq uğur qazanılır. 2012-ci ilin aprelində ALLOISE Firework Sound ilə solo karyerasına başlayır.
Allometrik mühəndislik
Allometrik mühəndislik — orqanizmlərin populyasiyasında bədən ölçüsü və ya forması üçün miqyaslama əlaqələrinin eksperimental olaraq dəyişdirilməsi prosesi. Daha dəqiq desək, bir əlamətin digərinə nisbətən dispersiyasını dəyişdirməklə mürəkkəb fenotipin tərkib əlamətləri arasında aşkar olan sıx kovariantlığın eksperimental şəkildə pozulması prosesi. Tipik olaraq, bədən ölçüsü iki əlamətdən biridir. İki əlamətin ölçüləri bir-birinə qarşı qurulur və miqyaslama əlaqəsi aşağıdakı kimi təqdim edilə bilər: l o g ( y ) = m l o g ( x ) + l o g ( b ) {\displaystyle log(y)=mlog(x)+log(b)} . Bu cür manipulyasiyalar yeni variantlar yaratmaq üçün kəsişməni (b), yamacı (m) və ya hər ikisini dəyişdirməklə miqyaslama münasibətlərini dəyişdirir. Bu yeni variantlar daha sonra xüsusiyyət və ya uyğunluq fərqləri üçün sınaqdan keçirilə bilər. Diqqətli sınaq vasitəsilə, hər bir hissənin bütün kompleks fenotipin funksiyasına və nəticədə orqanizmin uyğunluğuna necə töhfə verdiyini müəyyən etmək üçün əlamətlər dəstinin hər bir komponentini ardıcıl olaraq sınaqdan keçirmək olar. Bu üsul morfologiyanı bir-birinə uyğunlaşdırmaq və onların xüsusiyyətlərini müqayisə etməklə ölçülərinə görə fərqlənən bioloji qrupların daxilində və ya arasında müqayisə aparmağa imkan verir. == Nümunələr və tətbiqlər == === Lakın fərziyyəsi === Allometrik mühəndislik Devid Lakın fərziyyəsini Sceloporus occidentalis kərtənkələsində yoxlamaq üçün istifadə edilmişdir. Bu araşdırmada, qruplar arasındakı ölçü fərqinin təsirini aradan qaldıraraq, yumurta sarısının miqdarını idarə edərək, digərinin morfologiyasına uyğunlaşdırmaq üçün iki populyasiya istifadə edilmişdir.
Allophylus cobbe
Allophylus cobbe (lat. Allophylus cobbe) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Allostelites
Qatırquyruğu (lat. Equisetum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinə aid bitki cinsi. Bu cins 100 milyon il əvvəl Paleozoy erası meşələrində geniş yayılmışkən, bu gün aid olduğu Equisetidae yarımsinfinin yeganə həyatda qalan üzvüdür. Sözügedən erada, qatırquyruğuna yaxın bəzi bitkilərin 30 metr hündürlüyə çata bildiyi təxmin olunur. Müasir dövrə kimi ancaq 25 növü təmsil edən bir fəsilə (qatırquyruğukimilər - Eguisetaceae) və bir cins (qatırquyruğu - Eguisetum) gəlib çatmışdır. Avstraliyada yalnız bir növ tarla qatırquyruğu (Eguisetum arvense) yayılmışdır. Növlərin əksəriyyəti Şimal yarımkürəsinin mülayim ərazilərinə uyğunlaşmışlar, ancaq qədim növlər Orta və Cənubi Amerikanın tropik və subtropik ərazilərində yayılmışdır. Çili, Peru, Ekvadorda yayılmış ağacşəkilli (E. xylochaete) növün hündürlüyü 3-3,5 m-ə, Peruda yayılmış növün (E. martii) hündürlüyü isə 5 m-ə çatır. Ən hündür qatırquyruğu - nəhəng qatırquyğudur (E. gigantea). Bu növ Çili, Peru, Meksika və Kubanın rütubətli tropik və subtropik meşələrində yayılmışdır.
Allostelites arvensis
Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir. == Botaniki təsviri == Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir.
Allopatiya
Allopatiya (yunan dilində ἄλλος və πάϑος sözlərindən götürülüb digər, əzab və xəstəlik mənalarını verir) - naturopatlar, homeopatlar və alternativ tibb üzvləri tərəfindən farmakoterapiya və digər klassik tibb üsullarını izah etmək üçün istifadə olunan termindir. Termin homeopatiyanın banisi Hahneman tərəfindən irəli sürülmüşdür. == Terminin istifadə sahələri == .Simptomatik terapiya zamanı müalicənin xarici təzahürlərin aradan qaldırılmasından daha çox patologiya proseslərinin aradan qaldırılmasına yönləndirildiyinə görə, müasir tibdə bu termin demək olar ki, istifadə olunmur. Klassik tibdə isə bu termin yalnız homeopatik və adi ('allopatik', 'ortodoks') dərman vasitələrinin klinik sınaqlarının nəticələrini müqayisə edərkən istifadə olunur. Bu termini daha dəqiq ifadə etmək istəsək “sübutlara əsaslanan tibb” termini ilə əvəz edə bilərik. Bu terminin prinsipi diqqətlə sınaqdan keçirilmiş, faydası zərərindən çox olan vasitələrlə müalicə etməyə əsaslanır. Klassik təbabəti homeopatiyadan fərqləndirən də məhz bu prinsipdir. Klassik tibb homeopatiyadan fərqli olaraq müalicəyə başlayarkən fayda və risk balansını nəzərə alır, effektivliyi sübut edilmiş dərmanlardan istifadə edir. "Allopatiya" termini dərman müalicəsi üsullarını və klassik təbabətin elmi prinsiplərini təyin etmək üçün alternativ təbabətin və homeopatiyanın istifadəçiləri tərəfindən kifayət qədər geniş istifadə olunur. == İstinadlar == == Ədəbiyyat == [Кэрролл, Роберт Тодд.
Allocarpus
Alloispermum (lat. Alloispermum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Allocarpus Kunth Calebrachys Cass. Calydermos Lag.

Значение слова в других словарях