arıq boyun haqqında

Lit. neck that is as thick as a bull’s tail (i.e. very thin neck of a gaunt man) * шея, как у быка хвост (тощая шея)
Arıq ata quyruğu da yükdür.
Arını duman, insanı iman yola gətirər.
OBASTAN VİKİ
Boyun
Boyun — onurğalıların bədəninin başı gövdəyə bağlayan hissəsi. Boyun baş və çiyinlər arasındakı yerdir. (Aristotel) Boyun bir çox həyati funksiyanı yerinə yetirir və çox vaxt xüsusilə həssas bir yerdir. Boyun üzərindən müxtəlif təchizat marşrutları - qida borusu, bağırsaq, traxeya və beynin təchiz etdiyi qan damarları kimi keçir. Servikal vertebra və əzələlər başın ən böyük hərəkətliliyini təmin etmək üçündür. Bütün məməlilərin boyunlarında yeddi fəqərə var. Dünya heyvanlar tarixində qeydə alınan ilk boyun təxminən 375 milyon il əvvəl Devon dövrünün sonunda yaşayan tiktaalikə aid idi. Ancaq bədənin bu hissəsinin meydana gəlməsi ehtimalı daha əvvəl, təxminən 400 milyon il əvvəl, qədim balıqların bədənində yeni bir tənəffüs orqanı, ağciyərlər meydana gələndə ortaya çıxdı. Bəzi heyvanlarda (məsələn, bir zürafə), qidalanma üsulu səbəbindən boyun qeyri-mütənasib olaraq uzun ola bilər.
Arıq (Məlikan)
Arıq (fars. اروق‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.566 nəfər yaşayır (902 ailə).
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219–1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Boyun fəqərələri
Boyun fəqərələri (lat. vertebrae cervicales) — bura onurğa sütununun boyun nahiyəsinə aid yeddi atlas-C1, aksis-C2, III boyun fəqərəsi (C3), IV boyun fəqərəsi (C4), V boyun fəqərəsi (C5), VI boyun fəqərəsi (C6) and VII boyun fəqərələri (C7) aiddirlər. Boyun fəqərələrindən ilk ikisi: atlas və aksis özünə məxsus qurluşa malik olduqları üçün xüsusi adla adlandırılmışdır. Yerdə qalan 5 fəqərə isə oxşar qurluşa malik olduqları üçün müvafiq sıra nömrəsi ilə adlandırılır.
Boyun kələfi
Boyun kələfi lat. plexus cervicalis üç yuxarı və qismən IV boyun sinirlərinin (C1-C3 və qismən C4) ön şaxələrindən əmələ gələrək ota pilləli və kürəyi qaldıran əzələlərin başlanan uclarının önündə yerləşir və döş-körpücük-məməyəbənzər əzələ ilə örtülü olur. Boyun kələfindən çıxan şaxələr üç qrupa bölünür: birləşdirici, dəri və əzələ şaxələri.
Boyun pirsinqi
Boyun pirsinqi — xaricən boyunda diş izlərini imitasiya edir. Ştanqa boynun yan tərəfinə fiksasiya edilir. Bəzək boyundan çıxarıldıqda dəridə vampir diş izlərinə oxşayan yara izi qalır.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Odla Qol-Boyun (2002)
Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Şəhər Elektrik Şəbəkəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Biblioqrafiya haqqında
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Vətəndaş haqqında
Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı. Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı. De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara baxmayaraq, o yazısını bitirə bildi.
Zaman Haqqında, Özüm Haqqında (1972)
Odla qol-boyun (film, 2002)
Müasir Azərbaycan kəndlərində kişi əhalisinin qazanc naminə uzun müddətə ölkədən kənara getməsi nəticəsində kəndlərdə yaranan ictimai-mənəvi ab-hava və problemlər filmin əsas süjet xəttini təşkil edir. Gənc qız (Sevinc Hüseynli) anasının (Firəngiz Babayeva) xəstə olduğunu görüb istəklisindən ayrılaraq neçə illər öncə qazanc dalınca Rusiyaya yollanan və tez bir zamanda var-dövlət əldə edən özündən yaşca böyük kişi (Abbas Qəhrəmanov) ilə ailə qurmağa məcbur olur. Çox keçmir, istəməyərək qurulan ailənin aqibəti ayrılıq və faciə ilə nəticələnir. Toydan sonra əri gəlini evdə qoyub, həmişəlik Rusiyaya qayıdır. Rüsvay olmuş gəlin, düşdüyü pis vəziyyətdən yeganə çıxış yolunu tapır. Film rejissor Mirbala Səlimlinin quruluşçu rejissor kimi kinoda ilk işidir. Həmçinin film rejissorun diplom işidir. Quruluşçu rejissor: Mirbala Səlimli (Mirbala Səlimov kimi) Ssenari müəllifi: Mirbala Səlimli, Vaqif Aslan Quruluşçu operator: Kənan Məmmədov Quruluşçu rəssam: Adil Azay Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatı: Rauf Əliyev (Rafiq Əliyev kimi) Rejissor: Arzu Urşan Operator: Tərlan Babayev Montaj: Gülşən Səlimova Qrim: Babək Rüstəmov Filmin direktoru: Arif Səfərov Bədii rəhbər: Eldar Quliyev Sevinc Hüseynli — gəlin Tural Ağayev — Kamran Sidiqqə Heydərova (Siddiqə Heydərova kimi) — nənə Abbas Qəhrəmanov — təzəbəy Firəngiz Babayeva — ana Xanlar Həşimzadə — Pişton Zahid Mustafayev — qayınata Qənirə Məmmədova — qayınana İlahə Rzayeva — nəvə Əbülfəz Salahov Sima Şabanova (S.Şabanova kimi) R.Xəlilməmmədov V.Rəhimova Zərnigar Ağakişiyeva — Qayınana (Qənirə Məmmədova) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Şəhər Elektrik Şəbəkəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Zaman haqqında, özüm haqqında (film, 1972)
Antarktida haqqında konvensiya
Antarktika haqqında konvensiya və ya Antarktika haqqında beynəlxalq müqavilə — Antarktida ərazisinin demilitarizasiyasını, onun dinc məqsədlər üçün və nüvə silahından azad zona olmasını nəzərdə tutan müqavilə. 1 dekabr 1959-cu ildə Vaşinqtonda imzalanmış və 23 iyun 1961-ci ildə ilk 12 dövlətin ratifikasiyasından sonra qüvvəyə minmişdir. Müqavilənən əsas məqsədi — Antarktidanın bütün bəşəriyyətin istifadəsi üçün imkan yaratmaqdır. Həmçinin elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün azad mühit yaratmaqdır. İstənilən nüvə sınaqlarının keçirilməsi və radioaktiv materialların basdırılması qadağandır. Hazırda müqaviləni imzalayan dövlətlərin sayı 50-dir. == Məqsədlər == Konvensiyanın əsas məqsədi Antarktidadan bütün bəşəriyyətin maraqlarına uyğun istifadəsini təmin etməkdir. Həmçinin elmi tədqiqat azadlığını təmin edir və beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Antarktidada hər hansı bir nüvə partlaması və ora radioaktiv materialların atılması qadağandır. 1982-ci ildə, Antarktika konvebsiyası sisteminin bir hissəsi və IX maddəsinin icrası olaraq Antarktika dəniz canlı resurslarının qorunması konvensiyası (CCAMLR) qüvvəyə mindi.
Antarktika haqqında konvensiya

Hüquqlar haqqında Bill
Hüquqlar haqqında Bill (ing. Bill of Rights) — ABŞ Konstitusiyasının ilk on dəyişiklərinin formal adı. Bu dəyişiklər insan hüquqlarının gücləndirilməsi üçün edilmişdir. Dəyişikliklər Ceyms Medison tərəfindən 1789-cu il sentyabrın 25-də ABŞ Konqresi iclasının birinci çağırışında təklif olunmuşdur və 1791-ci il dekabrın 15-də qüvvəyə minmişdir. ABŞ Konstitusiyasına daxil edilmiş 10 düzəliş "Hüquqlar haqqında Bill" adı altında 1791-ci il dekabrın 5-i qüvvəyə mindi. Sənəd haqqında 8 maraqlı fakt belədir: Sənəd Konstitusiyaya 1788-ci il iyun ayinda ratifikasiyasından 3 il sonra daxil edildi. Bunun səbəbi o idi ki, başdan anti-federalist qüvvələr təklif edilmiş layihəyə etiraz edirdilər, irəli sürdükləri səbəb isə o idi ki, sənəd yeni mərkəzləşmiş hökumət üçün önəmli funksiya daşısa da fərdlərin azadlıqlarıni və ştatların hüquqlarının təhlükəsizliyini təmin edə bilmədi, lakin Konqres bu prinsiplərin təmin olunması üçün sənədə düzəliş etdikdən sonra onlar Konstitusiyanın ratifikasiya edilməsinə razılıq verdilər. Sənədi hazırlayarkən Ceyms Madison Corc Meyson tərəfindən yazılmış "Virciniya Hüquqlar Bəyannamə"sinə istinad etmişdi. 1776-cı il iyun ayında ratifikasiya edilmiş Konstitusiya yalnız ayrı-ayrı fərdlərin hüquqlarının təminatçısı deyil, həm də ABŞ Müstəqillik Bəyannaməsi və Fransa Vətəndaşlarının Hüquqlari Bəyannaməsinin yaranmasına zəmin yaradan konstitusional sənəd idi. Amerikan ata-baniləri Britaniyadan müstəqillik əldə etmək üçün uzun zaman mübarizə aparmışlar, ona görə də onlarin Hüquqlar haqqında Bill-sənədini hazırlayarkən 1689-cu ildə qəbul edilmiş ingilis sənədi-Hüquqlar haqqında Bill-ə istinad etmələri məsələsi ciddi səslənmir.
Korlar haqqında hekayət
Korlar haqqında hekayət (nid. De parabel der blinden) - Holland İntibah Dövrü rəssamı Böyük Piter Breygel tərəfindən 1568-ci ildə çəkilmiş rəsm əsəri. Tabloda bir-birindən zəncir kimi tutub yeriyən altı korun təsviri verilmişdir. Ən irəlidə yeriyən birinci kor bələdçi büdrəyir və əl ağacı ilə birlikdə xəndəyə düşür. Ardınca gələn kor da onun üstünə yıxılır. İkinci əl ağacına bağlı olan üçüncü kor da özündən qabaqkıların üzərinə aşacaq. Beşinci və altıncı korların hələ heç nədən xəbəri yoxdur, lakin onları da mütləq özlərindən əvvəlki yol yoldaşlarının ardınca xəndəyə yuvarlanmaq aqibəti gözləyir. Həmin altı fiqurda yıxılmanın altı müxtəlif anları (fazaları) təsvir olunmuşdur.
Roland haqqında nəğmə
"Roland haqqında nəğmə" (fr. La Chanson de Roland) — qədim fransız jestləri janrında ən məşhur və əhəmiyyətli qəhrəmanlıq şeirlərindən biridir, Ronseval dərəsində Böyük Karl ordusu ilə bask ordusu arasında gedən döyüşdən bəhs edir. Fransız ədəbiyyatının ən qədim əsas əsəridir. “Roland nəğməsi”nin qədim fransız dilində 9 əlyazması dövrümüzə qədər gəlib çatmışdır. 1129-1165-ci illər arasında Anglo-Norman ləhcəsində yazılmış və Oksford Universitetinin Bodleian Kitabxanasında saxlanılan Oksford əlyazması kanonik sayılır. Görünür, o, ehtiyac yarananda müğənninin yaddaşını təzələmək üçün istifadə olunan bir növ “şparqalka” olub. İki mənşə nəzəriyyəsi var: Bedier müəllifin müəyyən bir Turold, 12-ci əsrin din xadimi olduğuna inanır. Ramon Menendez Pidal dastanın tədricən meydana çıxması nəzəriyyəsini irəli sürür, onun özəyini nağılçılar işləyib hazırlayırlar. Əsər 778-ci ilin avqustunda İspaniyadakı təcavüzkar kampaniyadan qayıdan Böyük Karl qoşunlarının arxa mühafizə dəstəsinin Ronceval dərəsindəki döyüşdə ölümündən bəhs edir. Şeirdə Sarasenlər (mavrlar, ərəblər) frankların əleyhdarları kimi təqdim edilir, baxmayaraq ki, əslində Rolandın dəstəsi basklarla döyüşdə həlak olub.
Sizif haqqında mif
Sizif haqqında mif (fr. Le Mythe de Sisyphe) — fransız yazıçı Alber Kamünün kitab həcmindəki fəlsəfi essesi. Essenin orijinalı 1942-ci ildə, Castin O'Brayen tərəfindən tərcümə edilmiş ingiliscə versiyası isə ilk dəfə 1955-ci ildə çap olunur. Sorn Kyerkeqor, Artur Şopenhauer, Fridrix Nitsşe kimi filosoflardan təsirlənən Kamü özünün absurd fəlsəfəsini irəli sürür. Absurdizm insanın "öz həyatına məna qatmaq" kimi ən təməl ehtiyacına kainatın "yersiz sükut"la qarşılıq verməsidir. Kamü insan həyatının absurdluğunu yunan mifologiyasındakı Sizif obrazının vəziyyətinə bənzədir. Belə ki, tanrılar onu iri bir daş parçasını dağ ilə üzüyuxarı qaldırmaqla cəzalandırırlar və o, daşın sonda yenə də aşağıya yuvarlanacağını bildiyi halda, bu mənasız tapşırığı ömrünün sonuna qədər yerinə yetirməyə məhkumdur. Esse ilə Kamünün Yad romanı (1942), Anlaşılmazlıq (1942) və Kaliqula (1944) tamaşaları, xüsusilə də Üsyan (1951) essesi ilə arasında müəyyən oxşarlıqlar nəzərə çarpır. Kamü esse üzərində işləməyə 1940-ci ildə Fransanın işğal olunduğu, yəni milyonlarla insanın alman ordusundan qaçdığı dövrdə başlayır. Essedə yazılanların bu hadisə ilə birbaşa demək olar heç bir əlaqəsi olmasa da, gözü qarşısında baş verənlər Kamüyə absurdu anlamağa daha çox kömək edir.
Tərəzi bürcü haqqında
Tərəzi bürcü — səmada 534 kvadrat dərəcəlik sahəni tutur. Onun tərkibinə adi gözlə görünən 50 ulduz daxildir. "Tərəzi"də parlaq ulduz yoxdur, amma onu himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən sonra Yerdən görünən ən parlaq planetdir. Qədim romalılar tərəfindən məhəbbət, gözəllik və izdivac ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə "Tərəzi"ni deyil, həmçinin Buğa bürcünü də idarə edir. Onun radiusu 6050 km, elementi hava, tərkibi istilik, xarakteri isə hakimiyyətlilikdir. Göydə dördbucaqlı şəklində düzülmüş ən parlaq ulduzlardandır: α Tərəzi, Zuben Əl-Cənubi, Parıltılıq dərəcəsi: 5,15m, 2,75m β Tərəzi, Zuben Əl-Şimali; γ Tərəzi, Zuben Əl-Əqrəb; δ Tərəzi — dəyişkən ulduz. Parıltılıq dərəcəsi 4,8m — 6,0m; σ Tərəzi — dəyişkən ulduz.. α və β tərəzinin birləşdirici xəttini, а γ и σ — tərəzi qapanlarını təşkil edir.
Viruslar haqqında ensiklopediya
Xınalıq haqqında filmlər
Yer haqqında elmlər
Yer haqqında elmlər (geoelmlər) - Yer planetinin quruluşunu (litosfer, hidrosfer, atmosfer), əhalisini, onun təsərüfat fəaliyyətini və Yerətrafı kosmik məkanı öyrənən elmlər qrupudur. Yerin öyrənilməsi Yer qrupundan olan digər planetlərin öyrənilməsini asanlaşdırır. Günəş sistemini öyrənən zondlar meydana gəldikdən sonra Yer haqqında elmlərə planetologiya elmi də əlavə olundu. Bu elm Ayı, planetləri, onların peyklərini, meteor və kometləri öyrənir. Yer haqqında elmlərə daxildir: təbiət elmləri: geologiya, fiziki coğrafiya və s. ictimai elmlər: əhali coğrafiyaı, iqtisadi coğrafiya və s. Yer bütün haqqında elmlər ümumi və regional sahələrə bölünürlər. Ümumi elm həmin elmin ümumi qanunauyğunluqlarını, regional elm isə həmin elmin dar bir sahəsini öyrənir.
Kevin haqqında danışmalıyıq
Kevin haqqında danışmalıyıq (ing. We Need to Talk About Kevin) — 2011-ci il psixoloji triller, dram filmi. Filmin rejissoru Linn Remsidir, ssenarisini Rori Stüart Kinnir ilə birlikdə yazıb. Film Layonel Şriverin müəllifi olduğu eyniadlı roman əsasında çəkilib. Baş rollarda Tilda Suinton, Con K. Rayli və Ezra Miller yer alıb. Film psixopat uşaqdan bəhs edir.
Qadının fəzilətləri haqqında
Qadının fəzilətləri haqqında (lat. De mulierum virtutibus) — Plutarxın "Moraliya" seriyasında salamat qalmış əsər. Plutarxın qadınların cəsarəti haqqında seçdiyi bu hekayələr seçimi Delfidə keşişlər arasında yüksək vəzifələrdə çalışan və müəllifin "İsida və Osiris haqqında" traktatını da ona həsr etdiyi dostu Kleya üçün tərtib edilmişdir. Bununla belə, o, bu əsərdən Leontisin ölümü münasibətilə Kleya ilə gender bərabərliyi mövzusunda söhbətə əlavə olaraq danışır.