Artma (“buğa”) meyli/azalma(“ayı”) meyli

Uptrend/Downtrend Maliyyə bazarları üzrə texniki təhlildə həm artma, həm də azalma meyllərinin eyni zamanda təsvir edilməsi. Bunun üçün qrafikdə ən azı dörd nöqtənin birləşdirilməsi zəruridir.
Artım sürəti
Aşağı axın
OBASTAN VİKİ
Si Meyli-yi Gerdbişə
Si Meyli-yi Gerdbişə (fars. سي ميلي گردبيشه‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 33 ailədə 54 nəfəri kişilər və 49 nəfəri qadınlar olmaqla cəmi 103 nəfərdir.
Artma miqdarı
Artma miqdarı(artım, en. increment ~ ru. приращение, прибавляемая величина ~ tr. artım, artma miktarı) – ədədin müəyyən kəmiyyət qədər böyüdülməsi; həmçinin belə ədədin artırıldığı kəmiyyət. Məsələn, 10-u ardıcıl olaraq hər addımda 2 vahid artırsaq, onda belə bir ədədlər ardıcıllığı alarıq: 12, 14, 16, 18 və s. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Buğa
Öküz — iş heyvanı kimi istifadə edilən buğa (burulmuş erkək inək). == Ümumi məlumat == Kecmişdə minik-yük nəqliyyatı vasitəsi kimi iribuynuzlu heyvanlardan (kəl, öküz, zebu) da geniş istifadə edilmişdir. Hələ qədim zamanlardan iribuynuzlu mal-qara qoşqu qüvvəsi kimi əkinçilərin həyatında mühüm rol oynamışdır. Qafqazda və Ön Asiyada əsas iş heyvanı hesab edilən öküz və kəllər maldar tayfalar və əkincilər tərəfindən yuksək qiymətləndirilmiş və nəhayət, sitayiş obyektlərindən birinə cevrilmişdir. Qədim Mingəçevirdən tapılan heyvan fiqurunun təsdiqi gostərir ki, e.ə. I minillikdə öküzlərdən yük heyvanı kimi istifadə etmişlər. Sonrakı dövrlərdə də, hətta XIX əsrin 30-40-cı illərinə qədər iribuynuzlu heyvanlardan yük və qoşqu qüvvəsi kimi istifadə edildiyini müxtəlif yazılı və etnoqrafik məlumatlar təsdiq edir. İribuynuzlu heyvanlardan yükdaşıma vasitəsi kimi köçmə maldarlıqla məşğul olan əhali daha cox istifadə edirdi. Xüsusilə arandan yaylağa doğru uzanan köç yollarında ev müxəlləfatı və barxana doldurulmuş fərməşləri iribuynuzlu heyvanlara yükləyir, qadın və uşaqları da onun üstünə mindirirdilər. İctmai, iqtisadi və siyasi vəziyyətlə əlaqdar iribuynuzlu heyvanlardan yük daşımaq məqsədilə təkcə kəndli təsərrüfatlarında deyil, hərbi hissələrdə də istifadə olunmuşdur.
Arıq Buğa
Arıq Buğa (monq. Аригбөх; 1219–1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi. == Həyatı == Böyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi.
Buğa (astrologiya)
Buğa (♉︎) (yun. Ταῦρος) — Zodiakın ikinci bürcü. Günəş təxminən 20 aprel — 20 may tarixləri arasında Buğa bürcündə olur. Buğa bürcü, praktiklik və sabitliklə əlaqələndirilir və torpaq elementi ilə təmsil olunur. == Tarixi mənşə və mifologiya == Buğa bürcü qədim Babil, Misir və Yunan mifologiyalarında yer alır. Yunan mifologiyasında, Buğa bürcü Zevsin Europa adlı gənc qızı qaçırmaq üçün öküz şəklinə girməsi ilə əlaqələndirilir. Həmçinin, Minotavr mifində də Buğa simvolu əhəmiyyətli yer tutur.
Buğa (astronomiya)
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa (bürc)

Buğa (dəqiqləşdirmə)
Buğa — Öküzün digər adı. Bürclər Buğa (astrologiya) — öküz bürcü Buğa (bürc) — Zodiak bürclərindən biri. Şəxslər Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. Kit Buğa noyon (?-1260) — Elxanlı sərkərdəsi. Kit Buğa noyon Hülaku xanın sərkərdəsi Buğa qoyon Cəlayır (?-16 yanvar 1289) — Cəlayır elinin Cadaran oymağından monqol sərkərdəsi. Digər Buqa — tunguslarda və qohum bir tayfa olan evenkilərdə cənnət tanrısı. Ölü buğa matadoru (tablo) (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.
Buğa bürcü
Buğa lat. Taurus — Zodiak bürclərindən biri. Şimal Yarımkürəsinin bürclərindən olub qışda görünür. Ən parlaq ulduzu Əldebarandır. Qərb tərəfdən Qoç, şərq tərəfdən Əkizlər, şimaldan Persey və Arabaçı, cənub şərqdən Orion, cənub qərbdən Balina və Eridan ilə qonşudur.
Buğa qoyon
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi. == Həyatı == === Erkən illəri === Buğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü. Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər. === Abaqa və Təkudar xan dövründə === O, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir.
Böyük Buğa
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Oturan Buğa
Oturan Buğa (1831-1890 ) Yerli dildə adı: (Tȟatȟáŋka Íyotake). O, Federal hökumətinin əsir aldığı son Siu (Lakota) qəbiləsinin böyüyüdür. Öz adını 14 yaşında Krou hindularına qarşı mübarizədə fərqlənəndə alıb. Lakota qəbiləsinə 1868-ci ildən başçılıq etməyə başlayıb. == Little Bighorn döyüşü == Ağlar hinduların torpaqlarına 1950-ci illərdə yerləşməyə başladılar və hinduları sıxışdırdılar. Ağlarla müharibə 1868-ci ildə bitmişdi, amma Black Hills adlanan yerdə (bu bölgə hindular üçün müqəddəs idi) qızılın tapılması gərginliyi yenidən artırdı. 1876-cı ildə mart ayında Lakota, Cheyyene və Arapahoların qatıldığı və Rosebud Creekdə keçirilən "Günəş Rəqsi" mərasimində Oturan Buğa gələcəkdən xəbərlər aldığını bilidirdi. Bir neçə həftə sonra General George Amstrong Custer və 7-ci süvari dəstəsi yerlilərin düşərgəsinə hücum etdilər. Bu döyüşdə bir çox hindu və demək olar ki, bütün ağ əsgərlər öldürüldü. == Təslim olması == 4 il sonra buffaloların nəslinin tükənməsi və qida tapılmaması səbəbi ilə Oturan Buğa təslim olmaq məcburiyyətində qaldı.
Üzən buğa
Üzən boğa (əvvəlki adı: Kara şahin, indiki adı Ferdinand) — 2018 Qurban bayramının birinci günü Rizenin İyidere ilçəsində Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarından qaçan, bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsi sahilində tapılan, Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa. == Qaçması == 2018-ci ildə keçirilən Qurban bayramı zamanı Türkiyədə bir qurbanlıq buğa xeyli məşhurlaşıb. Belə ki, "Kara şahin" adlı buğa Qurban bayramının birinci günü təxminən saat 10-da Rizedə — İyidere ilçəsinin Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarında bağlı olduğu ipdən qurtulub, 5 metr yüksəkliyindəki divardan atlayaraq, düşdüyü dərədən qaçıb, qurban kəsilməkdən xilas olmuşdur. Buğanın sahibləri olan Metin Yalçın və Zekeriya Balık adlı ortaqlar onu tapa bilmədikləri üçün jandarmaya müraciət edirlər. Axtarış işləri davam edərkən, bəzi şahidlər buğanı dənizdə üzərkən gördüklərini bildirirlər. Heyvan sahibləri onu Rize və Trabzon arasındakı sahil xəttində axtarırlar. Buğa bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsində dənizin sahilində görünür. İnsanların yaxınlaşdığını görən qurbanlıq buğa, onlardan ürkərək dənizə girir. Hətta balıqçı qayığının yaxınlığına qədər üzür. Bundan sonra balıqçıların da yardımı ilə Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa baytarlıq nəzarətindən sonra sahiblərinə təhvil verilir.
Buğa (Cəlayır)
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi. == Həyatı == === Erkən illəri === Buğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü. Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər. === Abaqa və Təkudar xan dövründə === O, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir.
Buğa qoyon Cəlayır

Buğa əl-Kəbir
Buğa əl-Kəbir, Böyük Buğa – IX əsrdə Abbasilər zamanı xidmət etmiş türk (xəzər) mənşəli Xilafət sərkərdəsi. == Həyatı == Qulam kimi Xilafət ordusuna daxil olub, ordu komandanlığına qədər yüksəlib. Azərbaycanda xidmət edib. Mənbələr yazır ki, Buğa əl-Kəbir – Böyük Buğa Gögçə türk soyundan idi, xilafət qulluğunda öz türk adını saxlaya bilmişdi (862 / 868-ci ildə ərəblər tərəfindən edam edilmişdir). == Fəaliyyəti == 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə dırmanaraq, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir. Qalanın alınmazlığını görən Afşin də hücum fikrindən daşınıb, Babəkin qaladan çıxmasını gözləyir. Bir dəfə özünü geri çəkilən kimi göstərərək, qaladan çıxmış xürrəmi dəstələrini məhv edir. Nəticədə Babəkin dəstələri minə qədər döyüşçü itirir.
Kit Buğa noyon
Kit Buğa noyon (XIII əsr – 3 sentyabr 1260) — Elxanlı sərkərdəsi. == Həyatı == Kit Buğa noyon Nayman ulusundandır. Baurçi (süfrəçi) çini daşıyırdı. O, Hülaku xanın sərkərdəsi idi. Elxan onu Şama hakim təyin etmişdi. == Kitbuğa noyon və Eyn-Cəllut vuruşu == 1260-cı ildə Suriya hakimi monqol Kit Buqa noyon azsaylı ordusu ilə (ya 20000, ya da 10000 əsgərlə) Baalbekdə durmuşdu və düşünürdü ki, heç yerdən qorxu yoxdur. Şərqdən onu səhra qoruyurdu, Qərbdə isə xristian cəngavərlərinin qəsrləri dururdu. Ancaq Kit Buqa noyon çölləri yaxşı bilsə də, xristianları yaxşı tanımırdı. O özü xristian idi və xristianlara inanırdı. Sidonun yiyəsi frank Jülyen isə öz dayısının mülkünü də yağmalayırdı.
Əsən Buğa xan
Əsən Buğa xan(Uyğurca: اسن بغای خان); doğ.1417— öl.1462) — Moğolustan hakimi, Sultan Üveys xanın oğlu. == Həyatı == Əsən Buğa xan Sultan Üveys xan oğlu 1417-ci ildə anadan olmuşdu.Satuk xanın ölümündən sonra əmirlərin istəyi ilə xanlıq taxtına əyləşdi. Böyük qardaşı Yunus xan tərəfdarları olan 30 000 moğolla birlikdə Səmərqəndə Əmir Uluqbəyin yanına getdi. Onun yeniyetməliyindən istifadə edən ulus əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar. İş o yerə çatdı ki, məclis zamanı onun gözləri qarşısında naibi Teymur bəy Uyğuru öldürdülər. Əsən Buğa xan təlaşla ordugahı tərk edib qaçdı. Bir neçə gündən sonra Seyid Əli Duqlat tərəfindən tapılıb Aksu şəhərinə gətirildi. Bu şəhər yeni mərkəz seçildi. Təxminən 1456-cı ildə Teymurlu hökmdarı Sultan Əbu Səid mirzə Yunus xanı qardaşı Əsən Buğa xanın üzərinə göndərdi.Nəticədə Yunus xan bütün Qərbi Moğolustana yiyələndi. Əsən Buğa xan 1462-ci ildə vəfat etdi.
Ölü buğa matadoru (tablo)
Ölü buğa matadoru (fr. L'Homme mort) — Eduard Mane tərəfindən 1864-cü ildə çəkilmiş rəsm əsəri.