arvad söhbəti

old wives’ fables / old wives’ tales бабьи сказки / бабьи притчи
arvad-ağa, çox gözəldir!
arvadağa*
OBASTAN VİKİ
Nikahsız arvad
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Gecə Söhbəti (1971)
Arvad (film, 1916)
Arvad tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1916-cı ildə ekranlaşdırılmışdır. Film "Filma" səhmdar cəmiyyətində istehsal edilmişdir. Filmdə əsas rolları A.Polonski, P.Amiraqon, K.Piontkovskaya, Regina Lazareva və Y.İvanova ifa edirlər. Film o vaxtlar dəbdə olan yazıçı Artsıbaşovun "Ər" romanına müəlliflərin ekran cavabıdır, yəni parodiyadır. Ssenari müəllifi: A.D.Panova-Potyomkina Rejissor: Boris Svetlov Operator: Qriqori Lemberq A.Polonski P.Amiraqon K.Piontkovskaya Regina Lazareva — Odintsova Y.İvanova Yevgeni Muromski — milyoner-neftçi Karuzov Q.Rozen — Odintsovanın atası N.Bazanova — ana V.Lenin — Flerov K.Dobjinski — tələbə Orlov İ.Şulqin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Arvad daşıma yarışı
Arvad daşıma yarışı və ya fin dilindəki adı ilə eukonkanto – kişilərin qadın partnyorlarını daşıyaraq yarışdıqları idman növü. Bu idman növündə kişi qadını daşıyaraq ən qısa müddətdə finiş xəttinə çatmalıdır. İdman növü Finlandiyanın Sonkayarvi şəhərində yaranmışdır. Bu idman növündə bir çox arvad daşıma stili mövcuddur: klassik stil, yanğınsöndürən stili (çiyinlərdə), eston stili (qadın başı aşağı vəziyyətdə daşınır) və s. Arvad daşıma yarışı Finlandiyanın Sonkayarvi şəhərində ixtira edilib və mənşəyi XIX əsrdə yaşamış Herkko Rosvo-Ronkainen adlı quldurla bağlıdır. Rəvayətlərə görə Rosvo-Ronkainenin dəstəsi ilə kəndlərə basqın edərkən evli qadınları qaçırır və onları bellərində aparırdılar. Digər versiyaya görə Rosvo-Ronkainen adamlarını daha güclü və cəld etmək üçün onlara ağır kisələr daşıtdırırdı və nəticə bu idman növü yaranmışdır. İdman növü zarafat məqsədi daşısa da, iştirakçılar ciddi şəkildə yarışırlar. Arvad daşıma yarışları əsasən Finlandiya, İsveç, Estoniya, Latviyada baş tutsa da, ABŞ, Avstraliya, Honkonq, Birləşmiş Krallıq, Almaniya, Hindistan kimi ölkələrdə də keçirilir. İdman növünün Ginnesin Rekordlar Kitabında öz kateqoriyası mövcuddur.
Gecə söhbəti (film, 1971)
Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.
Ər və arvad (operetta)
"Ər və arvad" — şərqin ilk operettası olub,1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və ilk dəfə 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. O vaxtdan, düz 100 il ərzində əsər heç bir teatrın səhnəsində nümayiş olunmayıb. Operettanın mövzusu ailədə və gündəlik həyatdakı, ailənin təzyiqi və cəmiyyətin təsir göstərdiyi azərbaycanlı qadın. Təqdimat 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının teatr-sirkasında keçirilmişdir. Hüseynqulu Sarabski (Marjan bəy), Əhməd Ağdamski (Minnat xanım), M.H.Terequlov (Safi) və Mirzağa Əliyev (Kerbelayi Gubad) aparıcı hissələrlə çıxış etmiş, Hüseyn Ərəblinski səhnə rejissoru idi Üzeyir Hacıbəyov isə dirijor idi. Ər və arvad operettası sonradan Naxçıvan, Ağdam və Şəki kimi digər teatrlarda səhnələşdirilmişdir.100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası 2010-cu ildə olub.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva,Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış ediblər.
Ər və arvad (musiqili komediya)
Ər və arvad — Üzeyir bəy Hacıbəyovun ilk musiqili komediyası. Azərbaycanda musiqili komediyanın ilk nümunəsi. Musiqili komediya 3 pərdəlidir. Librettosu da bəstəkarındır. Bu əsərlə Üzeyir bəy Hacıbəyovun musiqili səhnə trilogiyasının (buraya "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da daxildir) başlanğıcı qoyulmuşdur. Hər üç əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Əhvalatın süjet xəttinin adiliyi və sadəliyi, iştirakçıların azlığı "Ər və arvad"ı vodevilə yaxınlaşdırır. Əsərin ideyası ağıllı və tədbirli arvadın (Minnət xanım) müflisləşmiş və düşkünləşmiş ərindən (Mərcan bəy) mənəviyyatca üstünlüyünü açıb göstərməkdir. Əsərdə Minnətin məsləhətçisi və müttəfiqinə çevrilən namuslu, vicdanlı nökər obrazının böyük rəğbətlə yaradılması o dövr Azərbaycan cəmiyyətində gedən demokratikləşmə prosesinin təzahürü idi. "Ər və arvad"ın musiqisi manı-rəqs xarakterli olmaqla obrazların daha qabarıq açılmasına xidmət edir.
Ər və arvad (serial, 2016)
Ər və arvad — Elman Dadaşoğlu (2016) və Samirə Cəfərova (2017) rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı, komediya. Serial 11 iyun 2016-cı ildə televiziya da yayımlanıb. Könül (Kəmalə Piriyeva) uşağı olmasını istəyir. Lakin Yaşar (Elcan Rəsulov) bunu istəmir. Könül və Yaşar arasında çox vaxt sözləri çəp gəlir. Yaşar pərdə mağazasında işləyir.
Ceyden və Brent ilə qrup söhbəti (serial, 2020)
"Ceyden və Brent ilə qrup söhbəti" — ilk seriyası 2020-ci il 23 mayda yayımlanan veriliş-serialdır. Serialın əsas mövzusu COVID-19 koronavirus pandemiyasından sonrakı virtual əlaqələrdən başlayır. Proqram oyun oynayan, meydan oxuyan və qonaqları ilə onlayn söhbət quran aparıcıları izlədir. 2020-ci ilin 6 mayında serialın çəkiləcəyi bildirilib. 23 mayda isə ilk mövsümün ilk seriyası yayımlanıb. Mövsüm 6-cı seriya ilə 27 iyunda bitib. İkinci mövsüm 5 sentyabrda başlayıb. Pandemiya bitənə qədər davam etməsi planlaşdırılır.
Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti"
"Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti". Tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar təhlil" (ing. The Political Leaders' "Hard Talk" in Munich on the Conflict Between Armenia and Azerbaijan: A Historical, Political, International Law and Humanitarian Analysis) — Almaniya siyasi eksperti Matias Dornfeldtin 2020-ci ildə yazdığı kitab. Əsər "Verlag Dr. Köster" nəşriyyatı tərəfindən Berlində buraxılmışdır. Kitabda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsi ilə bağlı tarixdə ilk debatı təhlil edir. Bu debat 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında baş tutmuşdur. Müzakirələr zamanı qaldırılan mövzular və məsələlər əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar aspektləri nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik səyləri, Almaniya və digər Avropa siyasətçilərinin mövqeləri də müzakirə olunur. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında münaqişənin həlli variantları təqdim olunur.

Значение слова в других словарях