ARXALI

s. (i.s.) having support, (i.s.) having a lot of influential relatives / friends f. Arxalı köpək qurd basar at. söz. ≅ A dog having support can win a wolf

ARXALANMAQ
ARXASINCA
OBASTAN VİKİ
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. == Məzmun == Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu == Obrazlar == Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Arxalı dağlar (film, 1985)
Arxalı dağlar filmi rejissor Adil Ələkbərov tərəfindən 1985-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasından bəhs edir. == Məzmun == Filmdə öz sənətini sevən, ona bütün varlığı ilə bağlanan, zəhmətin qədrini bilən, onu qiymətləndirən bir insan haqqında-Qax rayonundakı Kirov adına kolxozun çobanı Milyaz Mirzəyev və onun başçılıq etdiyi komsomolçu-gənclər briqadasının işi haqqında söhbət gedir. == Festival və mükafat == 1988-ci ildə Moskvada Ümumittifaq kənd təsərrüfatı filmləri kinofestivalında sənədli film ÜİXTNS-in gümüş Medalına layiq görülüb.
Arxalıq
Arxalıq — Qafqaz xalqları arasında və İranda milli kişi və qadın geyiminin bir hissəsidir. Arxalıq beşmetdən (qədim türk üst paltarı, sonralar kazaklar (rus hərbi dəstələri) da geyinirdi) əmələ gəlib. Arxalıq bütün Azərbaycanda ən geniş yayılmış geyimlərindən hesab edilir. Arxalıqlar müxtəlif olur. == Xarici görünüşü == Arxalıq uzun, beli ensiz gödəkcədir. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilir. Arxalığa beldən aşağı hissədə büzmə, yaxıd qırçınlı müxtəlif endə ətək tikilir. Bəzi arxalıqlar gen və düz biçilir, yan hissədə isə çapığı olur. Arxalıqların qollarının da biçimləri müxtəlif olur. Bəziləri düz və uzun olub, dirsəkdən aşağı əlçəklə qurtaran qondarma qol şəklində tikilir.

Значение слова в других словарях