Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zamanın bölünməsi
İnformasiyanın vaxtında bölüşdürülməsi çoxsaylı işlərin köməyi ilə istifadəçilər arasında resursların paylaşılmasına verilən adadır. 1960-cı illərdə yaranmış və 1970-ci illərdən bəri geniş yayılmış vaxt mübadiləsi bir kompüterdə işləyən istifadəçilərin sayına məhdudiyyət qoymuş və interaktiv proqramları yazmağı asanlaşdırmışdır. Vaxtın mübadiləsi müasir əməliyyat sistemlərinin tərkib hissəsidir.
Zamanın keşikçiləri
Zamanın keşikçiləri (ing. Guardians of Time) — Avstriya heykəltaraşı Manfred Kielnhofer tərəfindən işlənmiş incəsənət layihəsidir. == İdeya və tarix == "Zamanın keçikçiləri" incəsənət layihəsi insanlığın qəribə obrazlar tərəfindən izləndiyinə və qorunduğuna inanan heykəltaraş Manfred Kielnhofer tərəfindən yaradılmışdır. Dizayner və fotoqrafı həmişə insanın insanlıq üçün potensial təhlükə mənbəyi olması ideyası maraqlandırmışdı. Zaman keşikçiləri"ni yaratmışdı. Heykəllər rahibləri xatırladır. Sənətkar insan formasını həm kətan üzərində həm də heykəllərdə alət kimi istifadə edir. Növbəti illərdə Kielnhoferin keşikçiləri müxtəlif şəhərlərin tarixi abidələri, qəsrlər, meydanlar və parklarda sərgilənmişdir. Onlar şimal ölkələri boyunca səhayət edərək bir çox sərgilərin tərkib hissəsi olmuşlar. Öz əsərlərində Manfred Kielnhofer insanlığın daimi təhlükəsizlik arzusunu ifadə edir.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. == Ədəbiyyat == Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Zamanət İbrahimov
Zamanət Gülhəsən oğlu İbrahimov (11 may 1989; Salyan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamanət İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ. Həsənov adına tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən "N" saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamanət İbrahimov sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamanət İbrahimov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Zamanın ruhu
Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir. Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. == Tarixi == Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Barrikadalar zamanı
Barrikadalar zamanı (lat. Barikāžu laiks) və ya sadəcə Barrikadalar (lat. Barikādes) 1991-ci ilin yanvar ayında əsasən Riqa şəhərində baş tutan 1990-cı ilin mayında Sovet Sosialist Respublikaları İttifaqı ilə ondan müstəqilliyini elan edən Latviya Respublikası arasında qarşıdurmaların seriyası. Hadisələrin adı yerli camaatın təxminən 13 və 27 yanvar arasında müdafiə barrikadaların quraşdırmağından gəlir. == Arxa plan == 1940-cı ildə Latviya, Litva və Estoniya SSRİ tərəfindən işğal olunub. Bunnan təxminən eyni zaman meşə qardaşları adı altında partizanların silahlı müqaviməti başlayıb. 1986-cı ildən başlayaraq, Latviyalılar konkret məqsədlərin ətrafında təşkil olmağa başlayıblar. Latviyadaki bu hadisələr həmçinin Üçüncü oyuanış (lat. Trešā Atmoda) kimi, Baltikyanı üç respublikasında ümumiyyətlə bir yerdə baş verilən bu cərəyan isə Nəğməli inqilab kimi tanınır. Kütləvi etirazlar baş verirdi və 1990-cı ilin martın 18-də müstəqillik tərəfdarları olan Latviya Xalq Cəbhəsi, Yaşıl Partiya və Latviya Milli Müstəqillik Hərəkəti Latviya SSR Ali Sovetinə seçkilərini udub, sovetpərəst Bərabər Hüquqlar bloku isə müxalifət qalıb.
Faxtə Zamani
Faxtə Zəmani — insan hüquqları müdafiəçisi və İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyi (ADAPP)]nin rəhbəri. == Həyatı == Faxtə Zəmani Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya göz açıb. Təbriz şəhərində orta məktəbi bitirdikdən sonra Kanadaya mühacirət edib. Ottava Universitetində fizika sahəsində təhsil alıb. Fizika üzrə bakalavr pilləsini bitirdikdən sonra elektronika sahəsində Engineering Specialization in Microwave and wireless ixtisası üzrə mühəndislik fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra araşdırıcı mühəndis kimi çoxsaylı tədqiqat mərkəzlərində, o cümlədən Ottava və British Columbia Universitetində çalışıb. Faxtə Zəmani Avropa və Şimali Amerika boyunca müxtəlif forumlarda çıxış edərək, İranda yaşayan 30 milyondan çox Azərbaycan türkünün dil və mədəni hüquqları uğrunda apardığı mübarizə haqqında dünya ictimaiyyətini məlumatlandırmağa çalışır.
Macəra zamanı
Macəra zamanı (ing. Adventure Time) — Pendlton Vord tərəfindən yaradılmış amerikan cizgi serialı. Cizgi serial Finn və onun ən yaxşı dostu olan ögey qardaşı Ceykin birlikdə Ooo dünyasındakı sərgüzəştlərindən bəhs edir. Vord ilk dəfə 2007-ci ildə Nicktoons kanalı üçün qısametrajlı animasiya filmi hazırlamışdı. Qısa film yayımlandığı vaxt populyarlıq qazanmış və izləyicilər tərəfindən bəyənilmişdi. İdeyanı bəyənən Cartoon Network rəhbərliyi Nickelodeon kanalının bununla maraqlanmadığını nəzərə alaraq Fred Seibert(en) və Vorddan cizgi serial çəkməyi xahiş etdi.Cizgi serial, Dungeons & Dragons(en) adlı fentezi videooyunları da daxil olmaqla müxtəlif mənbələrdən ilham alaraq hazırlanmışdır. İlk seriyaları əl ilə çəkilmiş animasiyalardan istifadə olunaraq hazırlanmışdır. Lakin bu proses əziyyətli olmuş və bir seriyanın hazırlanması təxminən 8–9 ay tələb etmişdir. Daha sonradan yenilənmiş texnologiyalar vasitəsilə hər biri 11 dəqiqə olan yeni seriyalar hazırlanmışdır. Cartoon Network telekanalı 29 sentyabr 2016-cı ildə cizgi serialın onuncu mövsümünün yayımlanmasından sonra 2018-ci ildə başa çatacağını elan etmişdir.
Mustafa Zamani
Mustafa Zamani (fars. مصطفی زمانی‎; 20 iyun 1982, Əmləş, Gilan ostanı) — İran aktyorudur. İlk dəfə filmlərdə tələbəlik illərində — 2005-ci ildə çəkilmişdir. == Həyatı == Mustafa Zamani 21 iyun 1982-ci il tarixində İranın Mazandaran vilayətində dünyaya göz açmışdır. Mustafa adı ona anası tərəfindən verilmişdir. O, öz soyadı (Zamani) ilə fəxr edir. Gənc yaşlarından hər kəs onun gözlərinin gözəlliyindən bəhs edərdi. Mustafa Zamani sənaye idarəçiliyi üzrə təhsil almışdır, mühasib vəzifəsində çalışmışdır. Hobbisi atçılıqla məşğul olmaqdır. Kamera qarşısına ilk dəfə 2005-ci ildə, tələbə ikən çıxmışdır.
Plank zamanı
Plank zamanı — Fizikada Plank zamanı ( t P {\displaystyle t_{P}} ) natural vahıdlər sistemində Plank vahidi kimi tanınan zaman vahididir. İşığın bir vakumda bir Plank uzunluğu məsafəni qət ediyi zamandır, təqribən 5 , 39 ⋅ 10 − 44 s {\displaystyle 5,39\cdot 10^{-44}s} Bu vahid onu ilk dəfə istifadə edən alim- Maks Plankın şərəfinə Plank zamanı adlandırılmışdır. Plank zamanı aşağıdakı düsturla hesablanır: t P ≡ ℏ G c 5 {\displaystyle t_{P}\equiv {\sqrt {\hbar G \over c^{5}}}} Burada: ℏ = h ⁡ / 2 ⁡ π {\displaystyle \hbar =\operatorname {h} /\operatorname {2} \pi } Plank sabiti (bəzən bu ifadədə ħ əvəzinə h da istifadə edilir)G- Qravitasiya sabiti c-işığın vakumdakı sürəti S- zamanın BS-dəki vahidi saniyədir. t P ≈ 5 , 39116 ( 13 ) ⋅ 10 − 44 s {\displaystyle t_{P}\approx 5,39116(13)\cdot 10^{-44}s} Mötərizə içərisindəki iki rəqəm təxmini qiymətin standart xətasını ifadə edir. == Fiziki mənası == Plank zamanı qravitasiya sabiti G-in, xüsusi relyativistik sabit-işıq sürətini c-in və kvant sabiti-Plank sabiti ħ-ın unikal kombinasıyasından ortaya çıxan sabit bir zaman vahididir. Çünkı Plank zamanı ölçü analizindən irəli gəlir. 1 Plank zamanı işıq sürəti ilə hərəkət edən bir fotonun bir Plank uzunluğundakı məsafəni qət etmə müddətidir. Nəzəri olaraq bu ölçülməsi mümkün olmayan ən kiçik zamandır.
Yuxu zamanı
[mənbə göstərin]Yuxu zamanı – fərqli aləmdə varlığını davam edən, vaxtı ilə mədəni qəhrəman və metafizik varlıqlara ev olmuş fərqli Avstraliya mifologiyalarına xas olan özünəməxsus mifoloji eranın, yaradılış dövrünün təyinatı üçün istifadə edilən termin. 1938-ci ildə antropoloq A.P.Elkin tərəfindən təklif edilib və Uilyam Edvard Henli Stenner tərəfindən məşhurlaşdırılıb. Ehtimal edilirdi ki, əslində “daimi”, “varlıqsız” mənalarını daşıyan aranta dilindəki “alçerinqa” sözünün (alcheringa) yanlış tərcüməsidir. Bəzi ərazilərdə “yuxu zamanı” “Bayame zamanı” (Bayame – ali yaradan-ilah) adlanır. “Yuxu” zamanı mifik qəhrəmanlar öz həyat dövrünü başa vuraraq, insanları, heyvanları və bitkiləri canlandırıb, yerli landşaftı müəyyən və adətləri bərqərar edib. Bu məcrada, ənənəvi olaraq, ingilis dilinə “yuxu” kimi tərcümə edilən söz (aranta – alçera, diyeri – mura-mura, pityantyatyara - tjukurpa) həmçinin bütün ruh varlıqların təyin edilməsi üçün istifadə edilir. “Yuxu zamanı” haqda təsəvvür, demək olar ki, Avstraliyanın bütün aborigen xalqlarında mövcuddur. 1980-ci illərdən başlayaraq “yuxu zamanı” obrazı kütlə mədəniyyəti və müasir (ing. “new age”) populyar mifologiya baxımından yenidən gündəmə gətirilir. Qeyd edilirdi ki, tez-tez bu axınlarda bu anlayışın mənası təhrif olunurdu.
Zeytgeyst (zamanın ruhu)
İtirilmiş zamanın axtarışında
İtirilmiş zamanın axtarışında — Marsel Prust həyatının son 17 ilində yazdığı nəhəng romandır. Roman ümumilikdə 4215 səhifədən ibarətdir. XX əsr ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur.
Ağcakəhəl-Zamani (Bostanabad)
Ağcaköhül-Zamani (fars. اغچه كهل زماني‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (22 ailə).
Doğuş zamanı temperatur
Doğuş zamanı temperatur (doğuş zamanı infeksiya, Puerperalfieber, MKB 10. Klass XV O85 Doğum sonrası sepsis) — doğuş zamanı yoluxucu infeksiyanın yaratdığı xəstəliklərin kollektiv adı. Bu tip xəstəliklərin təsvirinə Hippokratda artıq rast gəlinir. Xəstəlik XVII əsrdə ilk doğum xəstəxanasının qurulmasından bəri epidemiyaya çevrilmişdir. Epidemiya XVIII və XIX əsrlərdə, doğum evlərində şagirdlərə mamalıq öyrənməyə icazə verməyə başladıqda daha da gücləndi. Xəstəliyin səbəbi 1847-ci ildə antiseptiklərin istifadəsinə ehtiyac olduğuna işarə edən İqnats Zemmelveys tərəfindən aşkar edildi - kəşfi çağdaşları tərəfindən tanınmadı və antiseptiklər yalnız 1880-ci illərdə cərrahiyyə və mamalıqda istifadə olunmağa başladı. Doğuş zamanı temperaturun törədiciləri zəncir və qasıq bənzər kokklar (streptokoklar və stafilokokklar) və bəzən Escherichia coli, pnevmokok, Leffler difteriya basillusudur. Doğuşdan sonrakı atəşin daha çox yayılmış səbəbi (xüsusilə gec) Gonokokdur. Əksər hallarda infeksiya çirkli əllərlə və ya steril olmayan alətlərlə toxunaraq baş verir (kontakt infeksiya). Çirklənmiş havadan yoluxma (hava yoluxucu infeksiya) yalnız nadir bir istisna olaraq baş verir.
Döyüş zamanı ölüm
Döyüş zamanı ölüm — tərəflər arasında aparılan müharibə və ya silahlı toqquşma zamanı həlak olan insanlar üçün istifadə edilən hərbi termindir. Amerika Birləşmiş Ştatlarının müdafiə nazirliyi bu termini hər hansı bir müharibəyə və ya silahlı toqquşmada iştirak etmədikdə düşmən və ya dost atəşi ilə vurulan əsgərlərdə istifadə edilmir. Terror aktlarında həyatını dəyişən əsgərlərdə də bu termin istifadə edilmir. Bu termin döyüş cəbhəsində olan hava, dəniz, yer müharibəsində ölənlər üçün istifadə edilir. İslam dinində isə döyüş zamanı həyatını itirənlərə şəhid deyilir. Yolda və ya xəstəxanada yaralardan ölən əsgərlər üçün (İngilis dilində died of wounds, DOW) olaraq adlandırılmışdır.
Komandanın götürülmə zamanı
komandanın götürülmə zamanı ( ing. instruction time (I-time) ~ ru. время выборки команды ~ tr. komut süresi) – komandanı yaddaşdan götürmək üçün mikroprosessora gərək olan taktların (kompüterin sistem saatının impulslarının) sayı. Komandanın götürülmə zamanı komanda dövrünün birinci yarısıdır, onun ikinci yarısı isə çalışdırma (translyasiya və icra) zamanıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zamanı necə yeyək?
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
Zamanın və məkanın fəlsəfəsi
[[İmage:Titian - Allegorie der Zeit.jpg|thumb|250px|Tisian, „Zamanın alleqoriyası" - Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.]] Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər.
Zamanın Əsas Yolu (1977)
== Məzmun == Hadisə filmi Bakıda və Lənkəranda "Kommunizm cəmiyyəti qurucusunun fəal həyat mövqeyi" mövzusunda keçirilən Ümumittifaq elmi-praktik konfransa həsr edilmişdir. Kinolentdə konfrans iştirakçılarının müsahibələri də verilmişdir.
Zamanı necə yeyək? (kitab)
Zamanı necə yeyək? — Rövşən Abdullaoğlunun yazdığı və 2016-cı ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Antik dövrlərdə “Əl-Kimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehirli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində bütün kimyagərlərin axtardıqları kimya heç bir zaman onlardan gizli qalmamışdı. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: Zaman. Zamanı idarə edən həqiqi kimyaya sahib olmuş olur. Bu kitab da məhz bu məsələyə həsr olunmuşdur.
Zamanın əsas yolu (film, 1977)
== Məzmun == Hadisə filmi Bakıda və Lənkəranda "Kommunizm cəmiyyəti qurucusunun fəal həyat mövqeyi" mövzusunda keçirilən Ümumittifaq elmi-praktik konfransa həsr edilmişdir. Kinolentdə konfrans iştirakçılarının müsahibələri də verilmişdir.
"Yanğın zamanı igidliyə görə" medalı
"Yanğın zamanı igidliyə görə" medalı - SSRİ Ali Sovetinin 31 oktyabr 1957-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı
Yunan üsyanı zamanı türk qətliamları
Müsəlman-türk qətliamları, türk qətliamları ya da türk qırğını, Osmanlı İmperiyasının dağılma və Rusiya İmperiyasının Qafqazda hakim olduğu dövrdə müsəlman olmayan etnik qruplar tərəfindən başda türklər olmaqla müsəlman əhaliyə qarşı etnik təmizləmə. Justin Makkarty bu hadisələrdən bəhs edərkən, öldürülənlərin əksəriyyətinin türkcə danışdığını bildirmişdir. Makkarty, 1821-1822-ci illər arasında təxminən 5.5 milyon türkün Avropadan sürgün edildiyini və 5 milyondan çoxunun öldürüldüyünü ya da qaçarkən xəstəlikdən, aclıqdan öldüyünü təxmin etməkdədir. Etnik təmizləmə 1829-1830-cu illərdə serb və yunanların müstəqilliklərini qazanmalarının, 1877-1878-ci illərdə 93 Hərbinin, 1905-1907 I Rus inqilabı zamanı Qafqazdakı güc boşluğunun yaranmasının, 1912-1913-cü illərdə Balkan müharibələrinin, 1918-1920-ci illərdə Qafqazda yeni respublikalar yaranmasının, I Dünya Müharibəsi və sonrakı dövrdə erməni üsyanları, quldur dəstələri ilə Türkiyə İstiqlaliyyət Müharibəsi zamanı Anadolunun yunanlar tərəfindən işğalı nəticəsində meydana gəldi. Maykl Mann 1914-də, Karnegie Endovment adlı məruzəsində bu hadisələrin Avropada daha əvvəllər görülməmiş ölçüdə etnik təmizləmə olaraq ifadə etmişdi. XX əsrin əvəllərində Balkanların Osmanlı idarəçiliyindəki bölgələrdə 4.4 milyon türk yaşamaqda olduğu təxmin edilir. Mariya Todorovaya görə, XIX əsrin son 30 ilində bir milyondan çox müsəlman Balkanları tərk etmişdir. 1912-1926-cı illər arasında 2.9 milyona yaxın müsəlman ya öldürülmüş ya da Türkiyəyə köç etməyə məcbur edilmişdir. I Dünya müharibəsi və Türk İstiqlaliyyət müharibəsi zamanı Anadoluda 2.5 milyon türkün öldüyünə dair iddialar vardır. XIX əsrin sonu və XX əsrin əvvəllərində erməni quldur dəstələri tərəfindən Qafqazda edilən qətliamların qurbanlarının sayı bardəə müxtəlif rəqəmlər səsləndirilir.
Tamania
Tamania (lat. Tamania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Tamania chardonii (A.C.Sm.) Cuatrec. === Sinonim === Espeletia chardonii A.C.Sm.
Zamanlı
Zamanlı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Zamanlı (bulaq) — Gədəbəy rayonunun Zamanli kəndi yaxınlığında iki qrup mineral bulaqların umumi adi; Zamanlı (çay) — Tovuz və Şəmkir rayonlarında çay. Tovuzçayın sol qolu olub, Axıncaçayına tokülür.
Zamanov
Zamanov — Azərbaycanda soyad. Bu soyadı olan tanınmış şəxslərAbbas ZamanovAbbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).Abbas Zamanov (general) — general. Nağdəli Zamanov — Azərbaycan alimi.
Zamenis
Dırmanan təlxələr (lat. Zamenis) — Suilanıkimilər fəsiləsinə aid növ.
Zapania
Lippia (lat. Lippia) — minaçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Lippia:The Plant List saytında takson barədə məlumat.
Amanita
Amanita (lat. Amanita) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinə aid göbələk cinsi.
Zəmanət
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Kamani
Kamani (gürc. კამანი) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 160 m hündürlüktə, Suxumidən 14 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 4, თბ., 2018. — გვ. 504.
Samani
Somoni (tac. сомонӣ) — Tacikistan Respublikasının milli pul vahidi, birinci tacik dövlətinin banisi İsmail Samaninin (tac. Исмоил Сомонӣ) şərəfinə adlandırılıb. Standart kodu ISO 4217 — TJS. 1 samani 100 dirəmdən ibarətdir. Samani 30 oktyabr 2000-ci ildə dövriyyəyə buraxılıb və tacik rublunu (1 somoni = 1000 tacik rublu) əvəz edib. 1 aprel 2001-ci ilə qədər bu dəyişiklik tam həyata keçirilib. == Qəpiklər == Tacikistanın bütün qəpik pulları Sankt-Peterburq zərbxanasında kəsilir. === 2001—2006-ci illər seriyası === 2001-ci il qəpikləri ilə müayisədə 2006-cı il qəpiklərində nominalın təsviri daha böyük verilib. === 2011-ci il seriyası === Pul dövriyyəsinin keyfiyyətini yüksəltmək üçün 15 iyun 2011-ci ildə 5, 10, 20 və 50 dirəm və 1 somoni nominallı yeni qəpik seriyası buraxılmışdır. 1 və 2 dirəm nominallı qəpiklər 2 fevral 2013-cü ildən dövriyyəyə girmişdir.
Ramnit
Ramnit, Windows istifadəçilərinə təsir edən kompüter qurdudur . Onun 2011-ci ilin sentyabr-dekabr ayları arasında 800 000 Windows kompüterinə yoluxduğu təxmin edilirdi Ramnit botneti 2015-ci ildə Europol və Symantec tərəfindən söküldü 2015-ci ildə ən yüksək göstərici olaraq Ramnit-in 3.200.000 kompüterə yoluxduğu təxmin edilirdi. Ramnit USB sürücülər kimi çıxarıla bilən mediaya yoluxur və həmçinin özünü əsas yükləmə qeydində gizlədir. Kompüterə yoluxan kimi o, özünü bütün əlavə və çıxarıla bilən disklərə kopyalayır. O, həmçinin .exe, .dll, .htm və .html uzantıları olan faylları axtarır və yoluxdurur.
Zaman
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklərdə mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.