atəşkeş
atəşqurdu
OBASTAN VİKİ
Atəşkəs
Atəşkəs — münaqişə tərəflərinin razılığı ilə hərbi əməliyyatların bütün cəbhə boyu və ya cəbhənin müəyyən bir hissəsində dayandırılması. Ümumi atəşkəsdən sonra adətən sülh müqaviləsi imzalanır. Atəşkəs müharibə şəraitində olan ölkə və ya ölkələrdə silah-sursatla və eləcə də digər vasitələrlə vətəndaşların fərdi, kütləvi qətl edilməsi ilə müşahidə edilən daxili və xarici münaqişələri müvəqqəti və ya daimi durdurmaq üçün münaqişə tərəflərinin birgə razılaşma qərarlarını ifadə edən rəsmi bəyanatdır.
Atəşkəs dövlətləri
Atəşkəs dövlətləri (ərəb. الإمارات المتصالحة‎), həmçinin Atəşkəs sahili (ərəb. الساحل المتصالح‎), Atəşkəs şeyxlikləri (ərəb. المشيخة المتصالحة‎), Atəşkəs Ərəbistanı və ya Atəşkəs Omanı — XIX–XX əsrlərdə müasir Birləşmiş Ərəb Əmirliklərinin ərazisində mövcud olmuş, Birləşmiş Krallığı protektoratı çərçivəsində İran körfəzinin cənub sahillərində şeyxliklər birliyi. == İran körfəzi uğrunda mübarizə == Hindistanda Britaniya müstəmləkə mövqeyi gücləndikcə, ingilislərin Hindistandan Avropaya, xüsusən də İran körfəzindən keçən ən qısa su yolları üzərində hökmranlığını təsdiqləmək marağı artmışdır. Napoleonun Misirə ekspedisiyası Britaniya Ost-Hind şirkətinin Ərəbistan regionundakı səylərini gücləndirmiş və Britaniya ilə Maskat sultanı arasında müqavilələrin imzalanmasına gətirib çıxarmışdır. Ost-Hind şirkətinin donanması və Maskat donanması 1804–1819-cu illərdə Quldur sahilinin şeyxləri ilə müvəqqəti müqavilələr bağlayaraq dəniz quldurlarına qarşı mübarizə bəhanəsi ilə Dəriyyə əmirliyinə qarşı dəniz müharibəsi aparmışdır. Buna baxmayaraq, vəhabi Dəriyyə əmirliyi quruda dominant qüvvə olaraq qalmışdır. 1811–1818-ci illərdə vəhhabi dövləti misirlilər tərəfindən darmadağın edilmişdi. Odur ki, bu, ingilisləri qane etməmişdi, çünki Misir qoşunlarına komandanlıq edən İbrahim paşa onlarla müqavilələr imzalamaq istəmirdi.
Atəşkəs müqaviləsi
Atəşkəs müqaviləsi və ya atəşkəs razılaşması — silahların susdurulması, müharibələrdə münaqişələrə son qoyan son atəşkəs müqaviləsidir. Bağlanılan müqavilənin mətninə "Atəşkəs razılaşması" deyilir. Atəşkəs müqaviləsinin imzalanmasından sonrakı məsələlərin, xüsusən də torpaq tələblərinin həll olunduğu və ya həll edildiyi bir sülh müqaviləsi imzalanır.
Moskva Atəşkəs Müqaviləsi
Moskva Atəşkəs Müqaviləsi, Finlandiya ilə digər tərəfdən SSRİ və Birləşmiş Krallıq ilə 19 sentyabr 1944-cü ildə imzalanmışdır. Müqavilə ilə Davam müharibəsi başa çatmışdır. 1940-cı ildə Moskva sülh müqaviləsi ilə Finlandiya Karelia və Salla bölgələrini və Fin körfəzində bir çox digər adaları SSRİ-yə vermişdi. Yeni atəşkəs ilə 1940-cı il müqaviləsinə sadiq qalındı, ayrıca olaraq Petsamo bölgəsini Sovetlərə vermiş Finlandiya Porkkala bölgəsini də Sovet İttifaqına 50 il müddətinə verdi. (Bölgənin idarəsi 1956-cı ildə Finlandiyaya buraxıldı). Finlandiya Sovet İttifaqına müharibə təzminatı olaraq 6 il müddətinə 300.000.000 dollar ödəyəcəkdi.
Qarabağ atəşkəs bəyanatı (2020)
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir. İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi. 10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı. 18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı. 22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.
Qarabağ atəşkəs razılaşması (2023)
Qarabağ atəşkəs razılaşması — 20 sentyabr 2023-cü ildə Azərbaycanın Dağlıq Qarabağda separatçı erməni Dağlıq Qarabağ Respublikasına qarşı hərbi hücumunu dayandıran atəşkəs razılaşması. Müqavilə 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra regionda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, DQ Müdafiə Ordusu ləğv edilmişdir. Rusiya sülhməramlıları baza düşərgəsində 1,049-u uşaq olmaqla 2,261 nəfəri sığındırılmışdır. Dağlıq Qarabağ Azərbaycan ilə yerli etnik ermənilər arasında mübahisəli region olmuşdur. 1991-ci ildə orada separatçı erməni separatçı Dağlıq Qarabağ Respublikası yaradılmışdır, lakin region beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınmışdır. DQR tezliklə öz ordusunu, Dağlıq Qarabağ Müdafiə Ordusunu təsis etmişdir. 19 sentyabr 2023-cü ildə Azərbaycan regionda yerli DQ silahlı qüvvələrinə qarşı hərbi hücuma başlamışdır. Azərbaycan regionda baş vermiş bir neçə mina insidentini əməliyyat üçün əsas götürmüşdür. İki ayrı partlayış nəticəsində 6 nəfər, üçüncü partlayışda Azərbaycan avtomobil yolları departamentinin iki əməkdaşı, daha dörd nəfər hadisəyə cavab verərkən, daha bir mina partlaması nəticəsində dörd əsgər və iki mülki şəxs həlak olmuşdur.
Atəşkəs və sürgün xatirələri (Ağaoğlu)
Atəşkəs və sürgün xatirələri (türk. Ateşkes ve sürgün hatıraları) — Əhməd bəy Ağaoğlu tərəfindən 1919–1921-ci illərdə Maltada sürgündə olarkən türkcə yazdığı memuar. == Məzmun == Xatirələr 1919–1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaş-mayıb. Burada oxucu Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Mərkəzi Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər. Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb. "Atəşkəs və sürgün xatirələri" XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər. == Nəşr və tərcümə == Əsər Dürdanə Ramazanlı tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2018-ci ildə Bakı Kitab Klubunda 200 səhifədə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Atəşkəs və sürgün xatirələri" ( (az.)). bbclub.az.
Dağlıq Qarabağ atəşkəs bəyanatı (2020)
Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı) — İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatı. Üçtərəfli sənəd Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmışdır. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edir. == Zəmin == İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli və ani irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktaybr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi. 10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı. 18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə 19–20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı. 22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı.
HƏMAS–İsrail atəşkəs razılaşması (2023)
2023-cü il HƏMAS–İsrail atəşkəs razılaşması — HƏMAS–İsrail müharibəsi zamanı İsrail və HƏMAS-ın rəhbərlik etdiyi Fələstin silahlı qruplaşmalar arasında Qəzza zolağında 24 noyabr 2023-cü ildən 30 noyabr 2023-cü il tarixləri arasında qüvvəyə minmiş müvəqqəti atəşkəs razılaşması. Qətərin vasitəçiliyi ilə əldə edilmiş ilkin razılaşmada Qəzzada saxlanılan 50 israilli girovun və İsraildəki 150 fələstinli məhbusun azad ediləcəyi, həmçinin daha çox humanitar yardımın Qəzzaya daxil olmasına icazə veriləcəyi nəzərdə tutulmuşdur. Bu atəşkəs dörd gün davam etməli idi və daha çox girovun buraxılması şərtilə uzadıla bilərdi. 27 noyabrda Qətər Xarici İşlər Nazirliyi 20 israilli və 60 fələstinlinin azad ediləcəyi atəşkəs rejiminin iki günlük uzadılması barədə razılığa gəldiyini açıqlamışdır. Birinci uzadmanın sonuna yaxın, 30 noyabrda hər iki tərəf atəşkəsin daha bir gün uzadılması barədə razılığa gəlmişdir. Qətər və Misirdəki vasitəçilər atəşkəsin daha da uzadılması üçün danışıqlara çalışdıqlarını bildirmişdilər.
12 may 1994-cü il tarixli atəşkəs sazişi
12 may 1994-cü il tarixli atəşkəs sazişi — Birinci Qarabağ müharibəsi zamanı (1988–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra bir tərəfdən Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası, digər tərəfdən Azərbaycan tərəfindən bağlanmış üçtərəfli atəşkəs sazişi. Müqaviləni 9 may 1994-cü ildə Məmmədrəfi Məmmədov (Azərbaycan tərəfdən), 10 may 1994-cü ildə Serj Sarkisyan (Ermənistan tərəfdən), 11 may 1994-cü ildə Samvel Babayan (Dağlıq Qarabağ Respublikası tərəfdən) imzalamışdır.. Müqavilənin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur. 2020-ci ildə münaqişə zonasında İkinci Qarabağ müharibəsi başlamışdır və noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatmışdır. == İstinadlar == == Xarici keçidlər == Сайт Казимирова В. М., руководителя посреднической миссии России, полномочного представителя Президента Российской Федерации по Нагорному Карабаху, и сопредседатели Минской группы ОБСЕ от России Полный текст Бишкекского протокола на сайте Владимира Казимирова 25 лет принуждения Азербайджана к миру.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.

Значение слова в других словарях