AVİA…

авиа … (составная часть сложных слов, соответствующая по значению слову “aviasiya” – “авиационный”)
AVIRTMAC
AVİABAZA
OBASTAN VİKİ
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Avia-Aqreqat Zavodu
Avia-Aqreqat Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Avia-Aqreqat Zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə Zavodu adı altında yaradılmışdır. 1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər Zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma Zavodu adlandırılmışdır. 1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma Zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in bazasında Bakı Aqreqat Zavodu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat Zavodu adlandırılmışdır. 1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır. 1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır. 2006-cı ilin sentyabrından Avia-Aqreqat Zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. 2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
Azal Avia Cargo
Azal Avia Cargo (Azərbaycan Hava Yolları Dövlət Konserninin Yük Aviaşirkəti Azərbaycan Hava Yolları ) Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərən yük daşıma aviaşirkətidir . O, Azərbaycan daxilində və digər MDB ölkələrinə planlı və çarter yükdaşıma xidmətləri göstərir. Onun əsas bazası Heydər Əliyev Beynəlxalq Hava Limanıdır. == Tarix == Aviaşirkət 1996-cı ildə yaradılıb və bütünlüklə Azərbaycan Hava Yollarına məxsusdur.
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
"Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" yubiley medalı
"Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" yubiley medalı — Azərbaycan Mülki Aviasiyasının 75 illik yubileyi münasibətilə təsis edilən medal. == Təsis edilməsi == 2013-cü il sentyabrın 30-da Azərbaycan Respublikasının Milli Məclisində Mülki Aviasiyanın 75 illiyi münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, habelə Azərbaycan Respublikası Mülki Aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan şəxslər təltif edilirlər Maddə 2. Təltif edən orqan Bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir. Maddə 3. Taxılma qaydası "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. == Təsviri == Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 721-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1.
"Qaraheybət" aviasiya poliqo­nunda helikopter qəzası
Qaraheybət helikopter qəzası və ya Qaraheybət faciəsi — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması. İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır. Qəzadan dərhal sonra DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerinə getmişdir. Baş Prokurorun birinci müavini ədliyyə general-mayoru Elçin Məmmədovun rəhbərliyi ilə hadisə haqqında istintaq başlanılmışdır. Hadisənin səbəbi hələ də araşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkədəki digər siyasi xadimlər, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də beynəlxalq qurumlar tərəfindən hadisədə həlak olan şəxslərin doğmalarına və yaxınlarına başsağlığı verilmişdir. == Zəmin == "Mi-17" tipli hərbi helikopter DSX-nin arsenalına təxminən 2011-ci ildə daxil edilmişdir. Bu helikopterin təyinatı quru qoşunların mobilliyinin artırılmasına və döyüş meydanında atəş dəstəyinin verilməsinə hesablanmışdır. DSX-nin aviasiya sistemində "Mi-17" bütün variantlarda istifadə olunur.
160-cı Xüsusi Əməliyyat Aviasiya Polku
160-cı Xüsusi Əməliyyatlar Aviasiya polku (Hava-Desant Qüvvəsi) (ing. 160th Special Operations Aviation Regiment (Airborne)) və ya ləqəbi ilə “Gecə izləyiciləri” (ing. Night Stalkers) — xüsusi əməliyyat qüvvələrinə hava dəstəyi verən Birləşmiş Ştatların Quru Qoşunlarına bağlı xüsusi bir əməliyyatdır qüvvəsidir. Hücumlar, qarşıdurma və kəşfiyyat tapşırıqlarını yerinə yetirən polk ümumiyyətlə gecələr işləyir. 16 oktyabr 1981-ci ildə yaradılan polkun mərkəzi Amerika Birləşmiş Ştatlarının Kentucky ştatındakı Fort Campbell regionunda yerləşir.
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu — Rusiyanın Uzaqməsafəli Aviasiya Bölməsi idi. Ən son vaxtlar bu Ali Komandanlığının 37-ci Hava Ordusu daxil edilmişdir. O, 23 İyunun 1944-də əvvəlcədən formalaşmış Moskva Vilayətində 10 Oktyabr 1943 Yegoryevsk-də formalaşmış.326-cı Gecə Bombardmançı Aviasiya Divizionu kimi, bu 326-cı Bombardmançı Aviasiya Diviziyasının adı dəyişdirilib.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. == Tarixi == Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.
Alabamada aviasiya
Alabama ilk aviasiya hadisəsi 10 mart 1910-cu ildə Orvil Raytın Montqomeridə həyata keçirdiyi uçuşdur. == Hadisələr == 1909 : E.T. Odum Alabama Ştat Yarmarkasına təyyarə gətirdi. 15 mart 1910 : Orvil və Uilbur Rayt ölkənin ilk mülki uçuş məktəbinin əsasını Montqomeridə qoydular. 1931 : Stedhem Ekkr Birminqem Bələdiyyə Hava Limanında Milli Hava Karnavalı seriyasının hava şousuna başladı. 10 iyul 1991 : Lekspres Hava Yolları reys 508 Birminqem Bələdiyyə Hava Limanında qəzaya uğradı. == Təyyarə istehsalçıları == Boeing Delta-4 roketlərini Dekeyterdə istehsal edir. Continental Motors (başlıca ümumi aviasiya təyyarələri üçün mühərrik istehsalçısı) mərkəzi Mobildə yerləşir. Airbus A320 tipli təyyarələri Brukli Mobil Aeropleksində yerləşən sənaye kompleksində qurur. == Aerokosmik == Albamada 73,000 iş yeri aerokosmik sahəyə əsaslanır. Milli Kosmik Elm və Texnologiya Mərkəzi NASA və Alabamada yerləşən yeddi elmi tədqiqat universitetinin birgə tədqiqat müəssisəsidir.
Aviafotoqrafiya
Aviafotoqrafiya — təyyarənin şəklinin uçuşda və ya yerdə çəkilməsi. Aviafotoqrafiyanın tiplərinə havadan, yerdən və uzaqdan çəkilmə daxildir. Hərbi aviasiya fotoqrafiyasında, xüsusilə havadan-havaya, hədəf təyyarələr Mach 1-dən yuxarıda uçduqda, yüksək G altındadırsa, əlavə bacarıq tələb edir. == Tipləri == === Yer-statik === Statik fotoqrafiyada, stasionar təyyarələrin fotoşəkilləri yer üzündəki fotoqraflar tərəfindən çəkilir. Fotoşəkillər təyyarəni xarici və daxili detalları ola bilər. Fotoqraf işıqlandırma, təyyarəni yerləşdirmə, kamera bucaqları və fon üzərində tam nəzarətə malikdir. Pilot və ya digər təyyarələr kimi digər mövzularla məşğul olmaq, aviafotoqrafiyanın digər formalarına nisbətən yer-statik fotoqrafiya üçün daha asan olur. === Hava limanı terminalı === Hava limanından olan fotoşəkil, terminalın pəncərəsindən şəkil çəkərək uçuşu gözləyir. Bəzi hava limanlarında təhlükəsizliyə getmədən ziyarət edə biləcəyiniz pəncərələr və müşahidə zonaları var. Terminaldan parıltıya daha yaxşı nəzarət etmək üçün şüşədən şəkil çəkərkən polarizasiya edilmiş bir süzgəc təklif olunur.
Aviakompaniya
Aviakompaniya və ya Aviaşirkət, insanların və yüklərin aviavasitələr vasitəsi ilə (əsasən təyyarə) daşınması ilə məşğul olan kommersiya şirkəti. Sürətli bir daşıma və nəqliyyat növü olan aviasiya nəqliyyatı digər daşıma üsullarından daha baha başa gəlir. Hava nəqliyyatının mühüm bir tərkib hissələrindən biri də ekspress və kuryer yük daşımalarıdır. == Tarix == Birinci Dünya Müharibəsindən sonra Aviasiya nəqliyyatı sürətlə inkişaf etmişdir. İlk ekspedisiyalar 1919-cu ildə Fransada başlamışdır. Atlantika səyahətləri 1930-cu ildə başlamışdır. Hava nəqliyyatına təyyarə, aviasiya yanacağı, hava limanı, yol və s. elementləri daxildir. Hava limanları böyük, kiçik, yüngül və ya sadə təyyarələri qəbul etmələrinə görə təsnif edilirlər. == Biznes Modelləri == Aviaşirkət sənayesində dörd əsas biznes modeli mövcuddur: Şəbəkə (Network) daşıyıcıları Aşağı qiymətli daşıyıcılar (daşınma xərcləri nisbətən ucuz başa gəlir) Hibrid (Şəbəkə və Aşağı Qiymətli Biznes Modelinin Qarışığından ibarətdir) Çarter Bununla belə, qarşıdakı illərdə bu biznes modellərinin fərqliləşəcəyi və çarter tipli biznes modelinin tamamilə ortadan qalxacağı halda, ultra aşağıdan premium xidmətə qədər beş fərqli biznes modelinin sektora hakim olacağı güman olunur .
Avialeasing (aviaşirkət)
Avialeasing Aviasiya Şirkəti — Özbəkistanın Daşkənd şəhərində yerləşən bir yük aviaşirkəti. Asiya şəhərlərini qərbi və şərqi Avropa şəhərləri ilə əlaqələndirən yük xidmətləri göstərir. "Avialeasing"-in əsas mərkəzi, Daşkənddə yerləşən Daşkənd Beynəlxalq Hava Limanıdır. "Avialeasing" Aviasiya Şirkəti, ABŞ və Özbəkistanın birgə müəssisədir. 1993-ci ildə ABŞ-nin Florida ştatında, şirkətin SRX Qrupu formalaşdırılıb. == Tarixi == Aviaşirkət, 1992-ci ildə qurulmuş və eyni il fəaliyyətə başlamışdır. Özbəkistanın ilk özəl aviaşirkəti, SRX Transcontinental (61%) şirkətinə və İqor Smirnov (39%)-a məxsusdur. == İstiqamətlər == "Avialeasing" aşağıdakı beynəlxalq planlaşdırılmış istiqamətlərə (2005-ci ilin yanvarında) yükdaşıma xidmətləri göstərir: == Donanma == "Avialeasing" aviaşirkətinin donanmasına aşağıdakı təyyarələr daxildir: == Həmçinin bax == Özbəkistan Hava Yolları Silk Way Airlines == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avialeasing Aviasiya Şirkəti ilə əlaqəli mediafayllar var.
Aviamodelizm
Aviamodelizm (avia + model) — texniki, yaxud idman məqsədləri üçün uçuş aparatları, o cümlədən raket modellərinin konstruksiya edilməsi və quraşdırılması.
Avianka Hava Yolları reys 203
Avianka Hava Yolları reys 203, Boqotada yerləşən El Dorado Beynəlxalq Havalimanından Kalidəki Alfonso Bonilla Aragon Beynəlxalq Havalimanına daxili reys ilə hərəkət edən uçuş. 27 noyabr 1989-cu ildə Soaça bələdiyyəsi üzərində Partlayıcı vasitə ilə partladılmışdır. Təyyarə Kolumbiyanın paytaxtı Boqotadan havaya qalxdı. Hava qalxdıqdan 5 dəqiqə sonra 794 kilometr (493 mil) sürətlə hərəkət edən təyyarə gözlənilmədən partladı. == Uçuş == Təyyarə, Pan American World Hava yollarından alınan, HK-1803 qeydiyyat nömrəli Boeing 727-21 idi. Yerli vaxtla 07:13-də havalandı və havaya qalxdıqdan 5 dəqiqə sonra yanacaq deposunun yanında qoyulan bomba 13000 fit (3960m) hündürlükdə partladı. Partlayış təyyarəni parçaladı: Quyruq hissəsindən ayrılan burun hissəsi alovlu halda aşağı endi. Yerdə olan 3 nəfər və üzərilərinə düşən təyyarədəki 107 nəfərin hamısı həlak oldu. == Qəza sonrası == Uçuş 203-ün bombalanması, o zamandan bu yana Kolumbiyada yaşanan ən ölümcül cinayət hücumu olmuşdur. Medellin narkotik kartelinin yaradıcılarından olan Pablo Eskobar, 1990-cı il prezident seçimləri zamanı namizəd olmuş Sezar Qavirianı öldürmək ümidi ilə bu bombalamanı planladı.
Aviaquldurluq
Aviaquldurluq və ya təyyarə qaçırma, bir təyyarənin silah gücünə və ya fiziki güclə ələ keçirilməsidir. Aviaquldurluq müxtəlif məqsədlərə xidmət edə bilər, aviaquldurlar əvvəllər sərnişinləri girov götürür və ya öldürür, hətta 11 sentyabr terror aktlarında olduğu kimi təyyarəni silah kimi də istifadə edirlər. Aviaquldurluq siyasi və şəxsi səbəblərdən ola bilər. Tarixdə ilk qeydə alınan təyyarə qaçırma hadisəsi 1931-ci ildə Peruda baş vermişdir. 1 May 1961-ci ildə Miami-Key West uçuşunu həyata keçirən təyyarənin Antulio Ramirez adlı şəxs tərəfindən Kubaya qaçırılmasından sonra aviaquldurluğa dair ilk qanuni tənzimləmə, həmin il ABŞ-da həyata keçirilmişdir. Bu qanunla aviaquldurluq, uçuş zamanı hər hansı bir ticarət təyyarəsini haqsız olaraq şiddət tətbiq edərək, zorla və ya təhdidlə ələ keçirmək və ya idarə etmək olaraq təyin edildi və buna görə ağır cəzalar müəyyən edildi. 1961-ci ilin sonuna qədər daha 3 aviaquldurluq hadisəsi baş vermişdir. 1963-cü ildə, BMT-nin üzvü olan ölkələri aviaquldurluğa qarşı bir konvensiya imzalamağa təşviq etməsindən yeddi il sonra, 1970-ci ildə Haaqada yığışan təxminən 50 dövlət öz aralarında aviaquldurluğa dair konvensiya imzaladılar. Müqavilədəki təyyarə qaçırdanların müvafiq ölkəyə təhvil verilməsi tələbi diqqət cəlb edən maddədir. Bununla birlikdə, qanuni tənzimləmələrə baxmayaraq, 1970-ci illərdə həm siyasi, həm də şəxsi səbəblərə görə aviaquldurluq hərəkətlərində bir yüksəliş müşahidə edilmişdir.
Aviasiya
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır. İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü.
Aviasiya mühərrikləri
Aviasiya mühərrikləri — daxilində yanma olan istilik mühərrikləri sinfinə aiddirlər. Belə mühərriklərdə yanacağın yanması hesabına istiliyin alınması və onun işə çevrilməsi baş verir. Uçuş aparatlarının hərəkətini təmin etmək üçün onların alın müqavimətini dəf edən müəyyən dartı qüvvəsi tətbiq olunmalıdır. Uçuşda dartı qüvvəsinin alınması güc qurğusu adlanan qurğular kompleksindən ibarətdir. Beləliklə güc qurğusu iki əsas funksiyanı yerinə yetirir: təyyarədə olan ehtiyat yanacağının kimyəvi enerjisini mexaniki enerjiyə çevirir alınmış işdən istifadə edərək, mühərrikə daxil olan hava selini sürətləndirir; burada alınan reaktiv qüvvə güc qurğusu tərəfindən yaradılan və inkişaf etdirilən dartı qüvvəsidir. Göstərilən iki funksiya iki ayrı-ayrı qurğuda həyata keçirilir: işin alındığı qurğu – güc mühərriki (və ya sadəcə mühərrik) dartı qüvvəsinin yarandığı qurğu-hərəkətetdirici Kimyəvi enerji birbaşa işə çevrilmədiyindən enerji iki pillədə çevrilir. Əvvəlcə yanacaq hava ilə qarışdırılaraq yandırılır, nəticədə kimyəvi enerji istilik enerjisinə çevrilir. Sonra istilik enerjisinin bir hissəsi mexaniki enerjiyə çevrilir. Mexaniki enerji sonra mühərrikin iş tsiklində istifadə olunur. Hərəkətetdirici aparat kimi hava vintləri və ventilyatorlar istifadə olunurlar.
Aviasiya psixologiyası
Aviasiya və ya havaçılıq — hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu. == Sənayesi == Təyyarə, vertolyot, planer, aviasiya mühərriki, cihazı, həmçinin aviasiya texnikası üçün bort və yerüstü avadanlıq istehsal edən maşınqayırma sənayesi XX əsrin əvvəllərində yaranmış, iri sənaye sahəsi kimi isə Birinci Dünya müharibəsi illərində inkşafa başlamışdır. Rusiyada ilk aviasiya müəssisələri 1910–1912-ci illərdə yaranmışdır. 1917-ci ilə qədər təqribən 15 kiçik aviazavod var idi. Sovet hökumətinin 28 iyun 1918-ci il tarixli dekreti ilə aviazavodlar milliləşdirilmiş və həmin il Mərkəzi Aerohidrodonika İnstitutu yaradılmışdır. SSRİ-də aviasiya sənayesi əslində ölkənin sosialistcəsinə sənayeləşdirilməsi prosesində, birinci beşillik dövründə bir sıra iri təyyarəqayırma və mühərrikqayırma zavodlarının, habelə əlvan və qara metallurgiya müəssisələrinin tikilməsi ilə yaranmış, ikinci beşillikdə sürətlə inkişaf etmişdir. 1933–1938-ci illərdə istehsal həcmi 5,5 dəfə artmışdır. İkinci Dünya müharibəsi illərində sovet aviasiya sənayesi böyük rol oynamışdır. Cəbhə xəttindən ölkənin şərq rayonlarına köçürülən zavodlar qısa vaxtda bərpa edilmiş, genişləndirilmiş və Sovet Ordusunu yüksək keyfiyyətili döyüş və nəql, təyyarələri ilə təmin etmişdir. Sovet aviasiya sənayesi Nasist Almaniyasının avaiasiya sənayesini ötmüşdü.
Aviasiya qəzaları və insidentləri
Aviasiya qəzası — bir təyyarənin, vertolyotun uçuşu əsnasında meydana gələn qəza. == İstinadlar == == Xarici keçidlər == Aviation Safety Network Established in 1996. The ASN Safety Database contains descriptions of over 15800 airliner, military and corporate jet aircraft accidents/incidents since 1921. Bureau of Aircraft Accidents Archives Established in 2000. The B3A contains descriptions of over 22,000 airliner, military and corporate jet aircraft accidents since 1918. National Transportation Safety Board Accident Database & Synopses Aviation Statistics Arxivləşdirilib 2015-03-11 at the Wayback Machine Statistical and geospatial analysis of general aviation accidents.
Aviasiya sığortası
Aviasiya sığortası — daxil olmaqla sığorta: aviasiya müəssisəsinin (aviaşirkətin) risk sığortası; aviasiyada məhsul məsuliyyətinin sığortası. Aviasiya sığortası 20-ci əsrin əvvəllərində yaranmış və mülki aviasiyanın inkişafı, təyyarələrin sayının artması və yüklərin və sərnişin daşınmasının həcmi sayəsində ikinci yarısında ən yüksək zirvəyə çatmışdır. Aviasiya sığortasının bir xüsusiyyəti itkilərin fəlakətli xarakteri və müvafiq olaraq böyük miqdarda sığorta ödənişləridir. Bu səbəbdən bəzən sığorta hovuzlarında qruplaşdırılan böyük sığorta şirkətləri bu sığorta ilə məşğul olurlar. Demək olar ki, bütün aviasiya riskləri bu sığorta növü üçün balanslı sığorta portfeli əldə etmək üçün təkrar sığorta olunur. == Aviaşirkətin risk sığortası == Aviaşirkətlərin risk sığortasına daxildir Kasko sığortası və ya bir təyyarənin əmlak növü kimi sığortası; Təyyarə sahibinin məsuliyyət sığortası; Ekipaj sığortası; Hava yüklərinin sığortası digər risklər. Sığorta gövdəsi sığortası yerdə, havada, suda və ya nəqliyyat zamanı baş vermiş qəza nəticəsində təyyarənin itirilməsi və ya zədələnməsini əhatə edir. Aviasiya gövdəsinin standart şərtləri hərbi risklər, terror aktları, zorakılıq və ya təxribat, tətillər, vətəndaş iğtişaşları, təyyarənin tutulması və hakimiyyət orqanlarının qərarı ilə çıxarılmasını istisna edir Müharibə riskləri kimi standart sığorta ilə bağlı bəzi istisnalar ayrı bir müqavilə əsasında sığortalana bilər. Aviaşirkətdəki risklərin sığortasına istehsaldakı fasilələrdən sığortalanma və mühərrik komponentlərinin pozulmalarından sığorta da daxildir. == Aviaşirkətlərin məsuliyyət sığortası == Aviaşirkətin məsuliyyət sığortası, əksər ölkələrdə və müvafiq olaraq xaricə uçarkən aviaşirkətlər dəymiş ziyana görə üçüncü şəxslərin qarşısında məsuliyyətlərini sığortalamağa borcludurlar Sərnişinlərin ölümü və baqajın itirilməsi və ya zədələnməsi halında minimum məsuliyyət dərəcəsini təyin edən Daşıyıcıların Məsuliyyəti haqqında Varşava Konvensiyası var.
Aviasiya tibbi
Aviasiya tibbi — tibb elminin bir sahəsi. Təyyarədə uçuşun tibbi cəhətdən təhlükəsizliyini, uçuş heyətinin sağlamlığını və onun müasir təyyarədə iş qabiliyyətinin mühafizə edilib yüksək səviyyədə saxlanılmasını təmin edən tədbirləri öyrənir. Aviasiya tibbi uçuş heyətinin əmək, istirahət, yuxu və qida rejimini müəyyən edir, onun sağlamlığına xüsusi funksional diaqnostika üsulları ilə tibbi nəzarət edir, təyarrəçinin fərdi xüsusiyyətlərindən asılı olan qəzasız uçuşun elmi əsaslarını və s. öyrənir. Aviasiya tibbinin problem və üsullarının çoxu kosmik tibbin problem və üsullarına yaxındır. Aviasiya tibbinə aviasiyada tibb xidmətinin təşkili və taktikası, radiobiologiya, aviasiya fiziologiyası və gigiyenası, aviasiya psixologiyası və s. daxildir. == İstinadlar == == Əlavə ədəbiyyat == Zadik, Y; Chapnik, L; Goldstein, L. "In-Flight Barodontalgia: Analysis of 29 Cases in Military Aircrew". Aviation, Space, and Environmental Medicine. 78 (6).
Aviasiya xətti
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. == İstinadlar == == Xarici keçidlər == FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.
Aviasiya yanacağı
Aviasiya yanacağı — havanın oksigenlə oksidləşməsi prosesində istilik enerjisinin alınması üçün uçan aparatın mühərriyinin yanma kamerasına hava ilə birlikdə daxil edilən yanan maddədir. Onun iki növü var: aviasiya benzini və reaktiv yanacağı. Birinci növ, bir qayda olaraq, porşen, ikinci turboreaktiv mühərriklərində tətbiq olunur. Eləcə də dizel yanacağından, hazırda kerosindən istifadə edən dizel porşen aviasiya mühərriklərinin işlənilməsi məlumdur. Hal-hazırda artan neft qıtlığı səbəbindən neft aviasiya yanacağının əvəz olunması üsulları axtarılır, o cümlədən yanacağın variantları nəzərdən keçirilir: sintetik, kriogen (maye hidrogen daxil olmaqla), kriogen metan yanacağı (KMY) və s. 1989–90-cı illərdə maye hidrogen və KMY-də Ty-155, 1987–88-ci illərdə kondensləşdirilmiş texniki propan-butanla (АСКТ) işləyən Ми-8ТГ vertolyotu sınaqdan keçirilmişdi. Hər hansı bir təyyarə mühərriyi onun üçün güc, iş rejiminin dövrlərin artmasına yönəlmiş dəyişmə müddəti, etibarlılıq, resurs üzrə tələb olunan parametrləri təmin edə bilən müəyyən yanacaq növü üçün nəzərdə tutulmuşdur. Təyyarə mühərriklərində həmçinin yanacağın tövsiyə olunan analoqlarından istifadə etmək olar, bu halda, bir qayda olaraq, mühərriyin istifadəsinə məhdudiyyət qoyulur. Qeyd etmək lazımdır ki, aviasiya yanacaqları yalnız aviasiya texnologiyasında istifadə olunmur. == Aviasiya benzinləri == === Aviasiya benzininin əsas keyfiyyət göstəriciləri: === detonasiyaya davamlılıq (detonasiya alovlanması əmələ gətirmədən işçi qarışığın yüksək sıxılma dərəcəsi olan mühərriklərdə benzinin yararlı olmasını müəyyən edir) Fraksiya tərkibi (benzinin buxarlanmasını göstərir, bu da onun işçi yanacaq-hava qarışığı əmələ gətirmə qabiliyyətini təyin etmək üçün çox vacibdir; qaynama temperaturu diapozonu (40–180°С) və doymuş buxarların təzyiqi ilə xarakterizə olunur (29–48 kpа)) Kimyəvi sabitlik (saxlanma, nəql və tətbiq zamanı kimyəvi tərkibin dəyişməsinə davamlılıq) === Aviasiya benzini istehsalı === Aviasiya benzini istehsalının əsas üsulu neftin birbaşa qovulması, yüksək keyfiyyətli komponentlər, etil mayesi və müxtəlif aşqarların əlavə edilməsi və ya edilməməsi ilə katalitik krekinqi və ya riforminqidir.
Aviasiya şousu
Aviasiya şousu (aviaşou) — xüsusi təşkil edilmiş şouda təyyarəni idarə etmək bacarığını göstərilməsi. Aviasiya texnikanın göstərilməsi də deyilir. == Tarix == Birinci Dünya Müharibəsindən sonra təcrübəli döyüş pilotları yeni bacarıqlarını nümayiş etdirməyə çalışdılar. Bir çox amerikalı pilot uçuş sirklərində çıxış etməyə, ölkənin kiçik şəhərlərini gəzməyə və uçuş bacarıqlarını nümayiş etdirməyə və sərnişin daşımalarını təşkil etməyə başladı. Nəticədə bu pilotlar birləşməyə və daha mütəşəkkil aviaşou keçirməyə başladılar. Hava yarışları və akrobatik stunları göstərən bir aviaşou, ölkə daxilində hərəkət etdilər. Hava yarışları mühərrik performansının yaxşılaşdırılmasına və gövdənin inkişafına təkan verdi — məsələn, Schneider Kuboku daha sürətli və daha rasional monoplan layihələrinin yaradılmasına səbəb oldu, ən yaxşısı Spitfire-in birbaşa sələfi Supermarine S.6B oldu. Pul mükafatları pilot və dizaynerlər arasında rəqabəti artırdı və irəliləməni xeyli sürətləndirdi. Amelia Earhart bəlkə də çoxsaylı aviaşoularının ən populyar üzvü idi. O, Atlantik və İngilis kanalı üzərindən uçuş kimi rekordlar vuran ilk qadın idi.
Aviation (mahnı)
"Aviation" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu olan Everything You've Come to Expect-dən üçüncü sinql. 16 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılıb. == Mahnı klipi == Klipdə Törner və Keyn çimərlikdə çuxur qazırlar, onlar torpağı qazarkən bir kişi və gəlin paltarı geyinmiş qadın maşından düşüb onlara yaxınlaşır. Keyn birdən qayıdıb kişini öpür ki, bu da onların arasında dava olmasına səbəb olur. Bu vaxt qadın sahilə qaçır, Törner və Keyn isə kişinin adamları tərəfindən torpağa basdırılır. Klipin sonrası "Everything You've Come to Expect" mahnısında göstərilir. Video Malibudakı Point Dume-də çəkilib və rejissoru Saam Farahmanddır. Klip 16 mm ilə çəkilib, Chung Chung-hoon, videonun vizual keyfiyyətini təmin edərək, çəkilişlər üzrə rejissor vəzifəsini icra etdi.
Aviator (film, 2004)
Aviator (ing. The Aviator) — Martin Skorsezenin ABŞ aviatoru və kinoprodüseri Hovard Hyuz haqqında 2004-cü ildə çəkdiyi bioqrafik dram filmi. Kinofılmdə əsas rolu Leonardo DiKaprio oynadı və bu performansına görə "BAFTA", "Oskar" və "ABŞ Kinoaktyorlar Gildiyası" kimi kinoakademiya mükafatlarının nominasiyasına layiq görüldü və "Qızıl Qlobus" mükafatının laureatı oldu. Ümumilikdə, Skorsezenin kinoəsəri BAFTA-nın on dörd nominasiya və dörd mükafatı, "Oskar"ın on bir nominasiya və beş mükafatı, "ABŞ Kinoaktyorlar Gildiyası"nın üç nominasiya və bir mükafatı və nəhayət "Qızıl Qlobus"un altı nominasiya və üç mükafatını qazandı. == Rollarda == == Hovard Hyuza verilmiş diaqnoz == DVD nəşrinə bonus olaraq filmin müəllif versiyasında Hovard Hyuzun obsesif-kompulsiv pozğunluq (OKP) diaqnozu haqqında qısa hekayə var. Hekayənin adı "The Affliction of Howard Hughes: Obsessive-Compulsive Disorder" / "Hovard Hyuzun xəstəliyi: obsesif-kompulsiv pozğunluq". Psixiatr Ceffri Şvarts "Aviator"un çəkilişində iştirak etmişdir. Hovard Hyuzun real həyatda həqiqətən də obsesif-kompulsiv pozğunluqdan əziyyət çəkib-çəkmədiyi tam olaraq bilinməsə də, Hyuz rolunu canlandıran Leonardo DiKaprio bu narahatlığın əlamətlərini inandırıcı şəkildə göstərdi.
Aviatrassa
Aviatrassa, aviasiya xətti və ya hava xətti — nəqliyyat təyyarələrinin müntəzəm uçması üçün təsdiq olunmuş marşrut. Aviatrassa təyyarələrin təhlükəsiz qalxıb-enməsi üçün aerodromlar və zəruri yerüstü avadanlıq (aviamayak, tanınma nişanları və s.) ilə təchiz edilir. Rusiyada ilk aviatrassa 15 iyul 1923-cü ildə Moskva ilə Nijni Novqorod arasında açılmışdır, uzunluğu 420 kilometr olmuşdur. 1975-ci ildə SSRİ hava xətlərinin ümumi uzunluğu 800 min kilometrdən çox olmuşdur. 1975-ci ildə SSRİ ilə 70-dən ölkənin paytaxt və ya iri şəhəri arasında hava rabitələri var idi. 1970-ci illərdə Azərbaycanda 20-dən artıq aviatrassa var idi. Məsələn, Bakı–Gəncə–Naxçıvan, Bakı–Xankəndi, Bakı–Şəki–Balakən, Bakı–Ağdam, Bakı–Yevlax, Bakı–Lənkəran və s. == İstinadlar == == Xarici keçidlər == FAA Order JO 7400.2L, Procedures for Handling Airspace Matters, effective 2017-10-12 (with changes), accessed 2017-12-04 FAA Aeronautical Information Manual, Chapter 1 Cold War Berlin air corridor disagreement.

Значение слова в других словарях