aviazavod
avietka
OBASTAN VİKİ
Şifada aviazərbə
Şifada aviazərbə — 3 noyabr 2023-cü ildə İsrailin Qəzzəyə hücumu və Qəzzə şəhərini mühasirəyə alması fonunda İsrailin ağır yaralı xəstələri daşıyan və Şifa xəstəxanasından yola düşən təcili yardım konvoyuna aviazərbəsi. Hücum nəticəsində 15 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdır. Konvoyun bir hissəsi olan Fələstin Qızıl Aypara Cəmiyyəti həlak olan 15 nəfərin hamısının mülki vətəndaş olduğunu bildirmişdir. İsrail Müdafiə Qüvvələri (IDF) hava hücumunu həyata keçirdiyini etiraf etmiş, hücumda "HƏMAS" yaraqlılarının öldürüldüyünü, təcili yardım maşınlarından birinin "HƏMAS" personalını və silah-sursarını daşımaq üçün istifadə edildiyini bildirmişdir. "HƏMAS" hökumətinin bir hissəsi olan Qəzzə Səhiyyə Nazirliyi təcili yardım maşınlarının hərbi səbəblər üçün istifadə edilməsi iddiasını təkzib etmişdir. "Human Rights Watch" təşkilatı "təcili yardım maşının hərbi məqsədlər üçün istifadə edildiyinə dair sübut tapmadığını" əlavə etmişdir. "The Washington Post" videoları təhlil etmiş, silah və ya hərbi geyimdə olan şəxslərə dair heç bir dəlil tapmamışdır.
Səbrə məscidinə aviazərbə
Səbrə məscidinə aviazərbə — 15 noyabr 2023-cü ildə, HƏMAS–İsrail müharibəsi zamanı İsrail döyüş təyyarələrinin Qəzzənin mərkəzində yerləşən Səbrə məscidini hədəfə alması və bombalaması. Hücum nəticəsində azı 50 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdır. Aviazərbə Qəzzənin mərkəzi hissəsində, Səbrə məhəlləsindəki məscidi hədəf alınaraq həyata keçirilmişdir. Hücum nəticəsində azı 50 nəfər həlak olmuşdur. Ölənlərlə yanaşı, onlarla insanın da yaralandığı bildirilmişdir.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbə (31 oktyabr 2023)
31 oktyabr 2023-cü ildə Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr və ya Cəbəliyyə düşərgəsi qətliamı — İsrail Müdafiə Qüvvələrinin 31 oktyabr 2023-cü il tarixində Qəzza zolağındakı Cəbəliyyə qaçqın düşərgəsinin bombalaması. İsrailin Qəzzəyə hücumu zamanı həyata keçirilən aviazərbə əsasən qadın və uşaqlar olmaqla 120-dən çox insanın ölümünə səbəb olmuşdur. Bu, geniş şəkildə qınanmışdır. Hadisə müharibə cinayəti hesab edilir. Cəbəliyyə qaçqın düşərgəsi çox sıx məskunlaşmışdır və evakuasiya əmrinə baxmayaraq, sosial şəbəkələrdə yayılan videolarda çoxlu sayda mülki şəxsin düşərgədə qaldığı göstərilir. Düşərgə HƏMAS–İsrail müharibəsi zamanı İsrailin çoxsaylı hava hücumlarının hədəfi olmuşdur. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, aviazərbə nəticəsində yüzdən çox insan dağıntılar altında qalmışdır. İndoneziya Xəstəxanası bildirmişdir ki, ölənlərin çoxu qadın və uşaqlardır. Qəzzə Zolağı Daxili İşlər Nazirliyi düşərgənin "tamamilə dağıdıldığını", ilkin hesablamalara görə 400-ə yaxın yaralı və ya ölü olduğunu bildirmişdir. İMQ sözçüsü Daniel Haqari İsrail qırıcılarının qaçqın düşərgəsinə hücum etdiyini təsdiqləmiş, və hücumun "Əl-Əqsa fırtınası" əməliyyatına rəhbərlik edən "HƏMAS" komandirinin, onlarla fələstinli yaraqlının öldürüldüyünü və Fələstin tunellərini məhv etdiyini bildirmişdir.
ABŞ-nin İraq və Suriyada aviazərbələri (fevral, 2024)
2024-cü ildə ABŞ-nin İraq və Suriyada aviazərbələri — 2 fevral 2024-cü ildən başlayaraq Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən, İraq və Suriyada yerləşən İranın İnqilab Keşikçiləri və İranın dəstəklədiyi milis qruplarını hədəf alan bir sıra aviazərbələr. Hücum "İraqda İslam Müqaviməti" tərəfindən bir həftə əvvəl İordaniyadakı ABŞ əsgərlərini hədəf alan və üç ABŞ hərbçisinin ölümünə səbəb olan PUA hücumuna cavab olaraq həyata keçirilmişdir. 7 oktyabr 2023-cü ildə HƏMAS–İsrail müharibəsinin başlamasından bəri İran tərəfindən dəstəklənən milis qrupları İraq, İordaniya və Suriyada yerləşən ABŞ bazalarına 170-dən çox hücum həyata keçirmişdir. Bu hücumlar onlarla hərbçinin yaralanması ilə nəticələnmişdir. 28 yanvar 2024-cü ildə "İraqda İslam Müqaviməti" tərəfindən həyata keçirilən "Shahed 136" PUA-sı ilə həyata keçirilən hücumda İordaniyada yerləşən ABŞ bazası olan 22-ci Qüllədə 3 ABŞ əsgəri həlak olmuş və 47 nəfər yaralanmışdır.
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr (2023–2024)
Cəbəliyyə qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixindən etibarən HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Cəbəliyyə qaçqın düşərgəsinin HƏMAS və digər silahlı qruplar üçün qala olduğunu iddia edərək orada həyata keçirdiyi aviazərbələr. Qəzzənin sıx məskunlaşmış Cəbəliyyə düşərgəsində 31 oktyabrda həyata keçirilmiş aviazərbələr nəticəsində altmışdan çox insan həlak olmuş, bazarın çox hissəsi dağıdılmışdır. Növbəti gün aviazərbə nəticəsində 45 nəfər həlak olmuş, yaşayış kompleksinin bir hissəsi dağıdılmışdır. 31 may 2024-cü ildə İDF Cəbəliyyədən geri çəkilmişdir. Fələstin rəsmiləri qaçqın düşərgəsinin 70%-nin dağıdıldığını bildirmişdir. İsrail hərbçiləri Fələstinin reaktiv yaylım atəşi sistemlərini və 10 kilometrdən çox yeraltı tunelləri məhv etdiyini, həmçinin yeddi israilli girovun cəsədini çıxardıqlarını elan etmişdilər.
Faxurə məktəbinə aviazərbələr
Faxurə məktəbinə aviazərbələr — İsrailin Qəzzə zolağının şimalında, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi (UNRWA) tərəfindən sığınacaq kimi istifadə edilən Cəbəliyyə qaçqın düşərgəsində yerləşən Faxurə məktəbinə iki dəfə həyata keçirdiyi aviazərbə. 4 noyabr 2023-cü ildə İsrailin hava hücumu nəticəsində ən azı 15 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. Birinci aviazərbə4 noyabrda, səhər saatlarında həyata keçirilmişdir. Hücum zamanı məktəbdə minlərlə insan yaşayırdı. Hücum nəticəsində azı 15 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. Ölənlər arasında uşaqlar da var. Fələstin Səhiyyə Nazirliyi daha onlarla insanın yaralandığını bildirmişdir. 18 noyabr tarixində, səhər tezdən məktəbə ikinci aviazərbə həyata keçirilmişdir. Hadisə yerində olan jurnalistlər hər yerdə cəsədlər barədə məlumat vermiş, bu zərbənin İsrailin mülki vətəndaşlara Qəzzə zolağının cənubuna qaçması üçün bir mesajı ola biləcəyini irəli sürmüşdülər. "Qətliam" kimi təsvir edilən hadisənin ardınca yayılan videolarda onlarla cəsədin göründüyü bir neçə otaqdan keçən bir adam təsvir edilir.
Məğazi qaçqın düşərgəsinə aviazərbələr
Məğazi qaçqın düşərgəsinə aviazərbələr — 7 oktyabr 2023-cü ildə HƏMAS–İsrail müharibəsinin başlamasından bəri İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında yerləşən Məğazi qaçqın düşərgəsinə endirdiyi aviazərbələr. 17 oktyabr 2023-cü il tarixində İsrail qüvvələri Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Məğazi qaçqın düşərgəsindəki məktəbə hava zərbəsi endirmişdir. Hücum nəticəsində UNRWA-nın əməkdaşları da daxil olmaqla 6 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır. Məktəb binasına ciddi ziyan dəymişdir. 5 noyabr 2023-cü ildə İsrail Müdafiə Qüvvələri Qəzzə zolağının mərkəzində yerləşən Məğazi qaçqın düşərgəsinə hava zərbəsi endirmişdir. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla azı 45 nəfər həlak olmuşdur. İDF düşərgənin İsrailin hava hücumu ilə vurulduğunu təsdiqləməmiş və aviazərbələr "xüsusi kəşfiyyata əsaslanan, xüsusən də terrorçu elementlərə qarşı zərbələr" olduğunu bildirmişdir. 6 dekabr 2023-cü ildə, saat 21:00 radələrində İsrail qüvvələri Bərkət Vaz ərazisində yerləşən yaşayış binasını bombalamış, əksəriyyəti uşaq olmaqla 18 fələstinli həlak olmuş, 20 nəfər yaralanmışdır. 24 və 25 dekabr 2023-cü il tarixlərində İsrail qüvvələri düşərgəni bombalamışdır. Hücum nəticəsində 100-dən çox insan həlak olmuşdur.
Şati qaçqın düşərgəsinə aviazərbələr
Şati qaçqın düşərgəsinə aviazərbələr — 9 oktyabr 2023-cü il tarixində HƏMAS–İsrail müharibəsinin bir hissəsi olaraq İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzə zolağında yerləşən Şati qaçqın düşərgəsinə aviazərbələri. Hücumlar nəticəsində dörd məscidi dağıdılmış, içəridə olan insanlar həlak olmuşdur. Düşərgədə 90 mindən çox qaçqının yaşayır və bu, Qəzzənin üçüncü ən böyük qaçqın düşərgəsidir. 12 oktyabrda 13 nəfərin ölümü ilə nəticələnən ikinci aviazərbə həyata keçirilmişdir. Şati düşərgəsi 1948-ci ildə Ərəb–İsrail müharibəsi zamanı İsrail qüvvələri tərəfindən qaçan və ya qovulan təxminən 23,000 fələstinli üçün yaradılmışdır. Buraya kanalizasiya sistemi, sağlamlıq mərkəzi və 23 məktəb (17 ibtidai, 6 orta) daxildir. 0,52 km² ərazisi ilə 2023-cü ilə qədər dünyanın ən sıx məskunlaşmış yerlərindən biri olmuşdur. "HƏMAS"ın Qəzza zolağından İsrailin cənubunu işğal etməsindən sonra İsrail Qəzzə zolağında müxtəlif ərazilərə aviazərbələr endirmişdir. Şati aviazərbələri zamanı dörd məscid – Qərbi məscidi, Yasin məscidi və Susi məscidi vurulmuşdur. Peyk çəkilişlərinə görə hamısı məhv edilmiş və yerli xəbərlər içəridə naməlum sayda insanın öldüyünü bildirnişdir.