Avro

“Avro” – ümumi Avropa valyutasının adıdır. 1995-ci ildə qəbul olunmuş, 1999-cu ildən AB ölkələrində dövriyyəyə buraxılmışdır. 2002-ci ildən isə Avropa Valyuta Birliyinə üzv olan ölkələrin milli valyutalarının tədavülünə son qoyulmuş və həmin ölkələrdə vahid Avropa valyutası – avro tədavülə buraxılmışdır. 1 avro = 100 sent
Avizolaşdırılan Akkreditiv
Avrobazar
OBASTAN VİKİ
Avro
Avro (€; Euro; Ευρώ, bank kodu ISO 4217) — Avropanın böyük bir qrup ölkələrinin ümumi pul vahidi. Avronun rəsmi pul vahidi olduğu 20 ölkə var: Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, Estoniya, Latviya, Litva, Xorvatiya). Bundan başqa avro 7-si Avropa ölkəsi olmaqla daha 9 ölkədə rəsmi valyutadır. 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi. Bu dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi. 1999-cu ildən beynəlxalq maliyyə bazarına təqdim edilmiş, 2002-ci ilin 1 yanvarından isə nağd əskinaslar dövriyyəyə buraxılmışdır. Avro 1979-cu ildən 1998-ci ilə kimi avropa valyuta sistemində dövriyyədə olan Avropa valyuta vahidini (ECU) əvəz etdi. Almaniya Avstriya Belçika Estoniya Finlandiya Fransa Niderland İrlandiya İspaniya İtaliya Kipr Latviya Lüksemburq Litva Malta Portuqaliya Sloveniya Slovakiya Xorvatiya Yunanıstan Avro (alm.) (ing.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Avro Vulcan
Avro Vulcan (ing. Avro Vulcan) — İngiltərə istehsalı, Britaniya Hərbi Hava Qüvvələri tərəfindən 1953-1984 illər arası istifadə edilmiş delta qanadlı subsonik bombardman təyyarəsidir. Vulcan, soyuq döyüş əsnasında RAF'ın SSRİ-yə qarşı daşındırıcı bombardman donanmasının bir parçası idi. Folklend müharibəsi əsnasında Argentinaya qarşı da şərti bombardman məqsədiylə istifadə edilmişdir. İkinci dünya müharibəsindən sonra Böyük Britaniya Hərbi Hava Qüvvələri, artan Sovet nüvə təhdidinə qarşı yeni bir nüvə və strateji bombardman təyyarəsi ehtiyacı hissedildi. Bu ehtiyacın nəticəsi olaraq 1947-ci ildə baş dizayner Roy Chadwick liderliyində, Avro Aviasiya firması bir neçə ay içərisində delta qanadlı təyyarənin ilk layihəsini Böyük Britaniya Hərbi Hava Qüvvələrinə təqdim etdi. Qəbul edilən bu layihə nəticəsində ardıcıl istehsala başlandı. Təyyarə 30 avqust 1952-ci ildə ilk uçuşunu reallaşdırdı və 1956-ci ildə xidmətə başladı. Xidmətə verdiyi illər üçün ümumi mənada təmin edici bir təyyarə olsa da, təhdidinə qarşı inkişaf etdirildiyi Sovetlər Birliyi coğrafiyasının böyüklüyü və inkişaf edən hava müdafiə sistemlərinə qarşı, əskikliklərini aradan qaldırmaq məqsədi ilə davamlı bir modernizasiya proqramına tabe tutulmaq məcburiyyətində qaldı. Bu səbəblə yeni və daha güclü mühərriklər ilə inkişaf etdirilmiş yanacaqdoldurma və erkən xəbərdarlıq sistemləriylə təchiz olunmuş 2-ci versiya Avro Vulcan istehsalına keçildi.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Avro 2024
2024 UEFA Avropa Çempionatı və ya qısaca UEFA Avro 2024, (ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024) — futbol üzrə UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən 17-ci buraxılışı. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparır. Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq. Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq. İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya sonuncu Avropa çempionu idi.
UEFA Avro 1912
UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb. Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq. Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək.
UEFA Avro 1960
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər. Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur.
UEFA Avro 1964
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır. Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir. Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir.
UEFA Avro 1968
Futbol üzrə 3-cü Avropa çempionatı — final turniri 1968-ci il 5-10 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Bu turnirdə "Avropa Kuboku" adından imtina edib, "Avropa çempionatı" adına keçilməsi qərara alınmışdır. Çünki UEFA bu turnirdə Olimpiya sisteminin qarışıq sistemlə əvəzlənməsini məqsədəuyğun hesab etmişdir. Yeni qaydalara görə milli yığmalar əvvəlcə 8 qrupda mübarizə aparır, bu qruplardakı komandalar öz aralarında evdə və səfərdə olmaqla iki görüş keçirirdilər. Sonra, yəni 1/4, 1/2 və finalda əvvəlki kimi "uduzan çıxır" sistemi dövrəyə girirdi. Qruplar formalaşdırılarkın ilk dəfə bu turnirdə "səpələmə" prinsipi tətbiq olunmuşdur. Səkkiz güclü millinin hər biri bir qrupun başında durmuşdur. Turnirdə ümumilikdə 31 komanda iştirak etmişdir. SSRİ və İtaliya milliləri arasında keçirilən yarımfinal oyunu 0:0 hesablı bərabərliklə nəticələnmişdir. Qalibi püşkatma (dəmir pul atmaq) müəyyənləşdirmişdir.
UEFA Avro 1972
UEFA Avro 1972 — final turniri 1972-ci il 14–18 iyun tarixində Belçikanın Brüssel, Lyej və Antverpen şəhərlərində keçirilən futbol yarışı. Bu çempionatın qalibi adına AFR millisi layiq görülmüşdür. Finalda AFR SSRİ millisini 3 : 0 hesabı ilə məğlub etmişdir. 1/2 oyunları, üçüncü yer uğurunda oyun və final oyunu UEFA-nın əvvəlcədən elan etdiyi ölkədə — Belçikada oynanılmışdır. Belçika millisi bu çempionatda heç bir imtiyaza sahib deyildi və digər komandalar kimi turnirin seçmə mərhələsinə qatılmışdı. Seçmə mərhələsi oyunlarından öncə pley-off sistemində qalibin müəyyən edilməsi ilə bağlı UEFA tərəfindən vacib qərar qəbul olunmuşdur. Bu qərardan sonra pley-off mərhələsində hər iki oyunun nəticəsinin cəminə görə (əlavə vaxt da nəzərə alınmaqla) qalibi müəyyənləşdirmək mümkün olmadıqda, püşkatma keçirilməsinə deyil, 11 metrlik cərimə zərbələri təyin edilməsinə başlanmışdır. Belə bir qərarın qəbuluna ilk növbədə UEFA Avro 1968-də SSRİ millisinin püşkatmadan (dəmir pul atmaq) sonra finala adlaya bilməməsi səbəb olmuşdur. Eləcə də bu çempionatdan başlayaraq hər komandaya oyun ərzində iki oyunçu dəyişikliyi etməyə icazə verilmişdir. Almaniya SSRİ Belçika Macarıstan 4 top Gerd Müller 1 top: Herbert Vimmer Anatoli Konkov Odilon Polleönis Raul Lambert Pol van Himst Layoş Kyu Q Yevgeni Rudakov M Revaz Dzodzuaşvili M Frans Bekkenbauer M Murtaz Xurtsilava M Paul Braytner Ym Uli Höness Ym Günter Netser Ym Herbert Vimmer H Raul Lambert H Yupp Haynkes H Gerd Müller Mənbə: UEFA Çempionatın hesabatı RSSSF saytında çempionatın statistikası (ing.) 1972.
UEFA Avro 1976
Futbol üzrə 5-ci Avropa çempionatı — final turniri 1976-cı il 16-20 iyun tarixində Yuqoslaviyanın Belqrad və Zaqreb şəhərlərində keçirilən futbol yarışı. Bu çempionatın qalibi adına Çexoslovakiya millisi layiq görülmüşdür. Finalda həlledici qol 11 metrlik cərimə zərbələri zamanı Antonin Panenkanın vurduğu top olmuşdur. Sonralar bu cür vurulan 11 metrlik cərimə zərbələri "Panenkasayağı zərbə" adlanmışdır. UEFA Avro 1976-nın final turniri dörd oyundan - iki 1/2 oyunundan, üçüncü yer uğrunda oyundan və final oyunundan ibarət olan sonuncu turnir idi. Maraqlıdır ki, final turnirindəki hər dörd oyunda əlavə vaxt təyin edilmişdir. UEFA Avro 1976-nı bir növ sensasiyalı çempionat da adlandırmaq olar. İtaliya, İspaniya, İngiltərə, Fransa, Macarıstan, Polşa və SSRİ kimi güclü milli komandalar final turnirinə düşə bilməmişlər. O illərdə Macarıstan və Polşa milliləri güclü komandalar hesab edilirdi. Hətta Polşa millisi FİFA Dünya Kuboku 1974-ün bürünc mükafatçısı idi.
UEFA Avro 1980
Futbol üzrə 6-cı Avropa çempionatı — 1980-ci il 11–22 iyun tarixində İtaliyada keçirilən futbol yarışı. Əvvəlki Avropa çempionatlarından fərqli olaraq bu çempionatın final mərhələsində ilk dəfə 8 komanda iştirak etmişdir: seçmə mərhələnin 7 qalibi və turnirin ev sahibi olaraq İtaliya milli futbol komandası (ev sahibi komandaya bu imtiyaz da turnir tarixində ilk dəfə idi verilirdi). Çempionatın keçirilmə sxemi də dəyişmişdir: 8 komanda 2 yarımqrupa bölünmüşdür. Bu yarımqrupların qalibləri birbaşa finala vəsiqə qazanmışlar. İkinci yeri tutan komandalar isə üçüncü yer uğrunda keçirilən oyunda bürünc medalların taleyini müəyyənləşdirmişlər. Ümumilikdə turnir çox da maraqlı keçməmiş, əsasən komandaların çoxunun ehtiyatlı oyun oynaması, aşağı məhsuldarlıq (oyun başına 1,93 qol), azarkeşlərin oyunlara marağının aşağı səviyyəsi, eləcə də ingilis azarkeşlərin tribunalarda səbəb olduqları qarışıqlıqlar ilə yadda qalmışdır. İngiltərə Belçika Yunanıstan İspaniya İtaliya Niderland Almaniya Çexoslovakiya 3 top Klaus Allofs 2 top Zdenek Neqoda Horst Hrubeş Kes Kist (1-i penaltidən) Q Dino Dzoff M Klaudio Centile M Qaetano Şirea M Karl-Haynts Förster M Hasn-Peter Brigel Ym Marko Tardelli Ym Yan Kulemans Ym Bernd Şuster Ym Hasni Müller H Karl-Haynts Rummenigge H Horst Hrubeş Mənbə: UEFA Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) UEFA Avropa çempionatlarının tarixi. 1980.
UEFA Avro 1984
Futbol üzrə 7-ci Avropa çempionatı — final turniri 1984-cü il 12-27 iyun tarixində Fransanın yeddi şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. Fransa millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın qalibi də elə Fransa millisi olmuşdur. Əvvəlkilərlə müqayisədə bu çempionatın keçirilmə sxemində bəzi dəyişikliklər edilmişdir: 8 komanda yenə də əvvəlki kimi iki qrupda mübarizə aparsa da, bu qruplarda ilk iki yeri tutan komandalar sonradan öz aralarında 1/2 oyunları keçirmişlər. Bu çempionatdan etibarən üçüncü yer uğrunda oyun da ləğv edilmişdir. Çempionat, tarixində ilk dəfə beynəlxalq turnirin qalibi adını qazanmış Fransa millisinin ("Muşketyorlar yığması") və 5 oyunda rəqiblərinin qapısından 9 qol keçirmiş Mişel Platininin benefisi olmuşdur. Belçika Danimarka İspaniya Portuqaliya Rumıniya Fransa Almaniya Yuqoslaviya 9 top Mişel Platini (1-i 11 metrlik cərimə zərbəsindən) 3 top Frank Arnesen (2-si 11 metrlik cərimə zərbəsindən) 2 top Jan-Fransua Domerq Ruy Jordan Antonio Maseda Rudi Föller Preben Elkyayer-Larsen Q Harald Şumaxer M Juan Dominquş Pintu M Karl-Haynts Förster M Morten Olsen M Andreas Breme Ym Fernandu Şalana Ym Alen Jiress Ym Jan Tiqana Ym Frank Arnesen Ym Mişel Platini H Rudi Föller Mənbə: UEFA Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) KLİSF saytında çempionatın statistikası (rus.) UEFA Avropa çempionatlarının tarixi. 1984.
UEFA Avro 1988
Futbol üzrə 8-ci Avropa çempionatı — final turniri 1988-ci il 10-25 iyun tarixində Almaniya Federativ Respiblikasının səkkiz şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. AFR millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın keçirilmə sxemi dəyişməmişdir: komandalar iki qrupa bölünərək mübarizə aparmış, hər qrupda ilk iki yeri tutan komanda 1/2 finala vəsiqə qazanmışdır. Avropa çempionu adına Niderland millisi layiq görülmüşdür. Final oyununda Niderland millisinin oyunçusu Rud Qullit və çempionatın bombardiri Marko van Basten SSRİ millisinin qapısından iki cavabsız top keçirmişlər. İngiltərə Danimarka İrlandiya İspaniya İtaliya Niderland SSRİ Almaniya SSRİ finala qədər gəlib çıxsa da simvolik komandanın heyətini heç bir sovet oyunçusu daxil edilməmişdir. Q Hans van Brökelen M Cuzeppe Berqomi M Ronald Kuman M Frank Raykard M Franko Barezi Ym Cuzeppe Cannini Ym Lotar Matteus Ym Yan Vauters H Ruud Qullit H Canluka Vialli H Marko van Basten Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) KLİSF saytında çempionatın statistikası (rus.) UEFA Avropa çempionatlarının tarixi. 1988.
UEFA Avro 1992
Futbol üzrə 9-cu Avropa çempionatı (isv. Europamästerskapet i fotboll 1992, ing. UEFA Euro 1992) — final turniri 1992-ci il 10-26 iyun tarixində İsveçin dörd şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. İsveç millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Bu, 8 komandanın iştirakı ilə keçirilən futbol üzrə sonuncu Avropa çempionatı olmuşdur. Sonrakı çempionatda final turnirinin iştirakçılarının sayı bundan iki dəfə çox idi. SSRİ dağıldığına görə püşkatmadan iki həftə əvvəl SSRİ millisinin yerinə MDB millisinin iştirakına icazə verilmişdir. Danimarka millisinin çempionluğu hamı üçün gözlənilməz olmuşdur.
UEFA Avro 1996
Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı. İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır. Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur. Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur.
UEFA Avro 2000
Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000‎) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı. 11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi. Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı. Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.
UEFA Avro 2004
Futbol üzrə 12-ci Avropa çempionatı (port. UEFA Campeonato da Europa de Futebol Portugal 2004) — final turniri 2004-cü il 12 iyun-4 iyul tarixində Portuqaliyada keçirilən futbol yarışı. Turnirin qalibi sensasiyaya imza ataraq çempion adına layiq görülən Yunanıstan millisi olmuşdur. Turnirin rəsmi topu Adidas şirkəti tərəfindən hazırlanan və Adidas Roteiro adlanan top idi. Almaniya, İtaliya və İspaniya qrup mərhələsini keçə bilmədikləri üçün azarkeşlərini məyus etdilər. Fransa isə 1/4 final oyununda Yunanıstana məğlub oldu. Turnirin ev sahibi Portuqaliya qrupda keçirdiyi ilk oyunda məğlub olsa da, İspaniya və Rusiya milliləri ilə oynadığı 2 oyunda qalib gələrək sonrakı mərhələyə qrup lideri olaraq adladı. Avropa çempionatları tarixində ilk dəfə idi ki, turnirin açılış oyununda qarşılaşan komandalar finalda da üz-üzə gəlirdilər. 57-ci dəqiqədə künc zərbəsindən ötürülən topu rəqib komandanın qapısından keçirən Yunanıstan millisinin oyunçusu Angelos Xaristeasın vurduğu qol oyunda yeganə qol oldu. Buna qədər Avropa çempionatlarının final mərhələsində sadəcə bir dəfə iştirak etmiş (və heç bir oyunda qələbə qazana bilməmiş) Yunanıstan millisinin bu uğuru hamı üçün gözlənilməz idi (britaniyalı bukmeykerlər Yunanıstanın şansını 1/100 kimi dəyərləndirirdilər).
UEFA Avro 2008
UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.
UEFA Avro 2012
UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb. Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq. Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək.
UEFA Avro 2016
Futbol üzrə 2016-cı il Avropa Çempionatı ya da qısaca olaraq Avro 2016, UEFA tərəfindən təşkil olunan 15-ci Avropa Futbol Çempionatıdır. Fransanın ev sahibliyi etdiyi turnir 10 İyun - 10 İyul 2016 tarixləri arasında baş tutub.Turnirdə Portuqaliya millisi qələbə qzanmışdır. Son iki Avropa Futbol Çempionatında İspaniya qalib gəlmişdir. 1996-cı ildən bəri 16 komandanın iştirak etdiyi Avropa Futbol Çempionatında ilk dəfə olaraq 24 komanda çıxış edəcək. Yeni formatda finalçılar 4 komandadan ibarət 6 qrupdan təşkil olunmuş qrup mərhələsindən sonra, üç turluq pley-off mərhələsi ilə ən sonda finalda yarışacaqlar. Turnirdəki 24 komandanın 19-u təsnifat mərhələsində qruplarda ilk iki yeri tutanlar və ən yaxşı nəticə göstərən üçüncü yerdəki komanda ev sahibi Fransa ilə birlikdə turnirə birbaşa vəsiqəni təmin etməklə, 4-ü isə üçüncü yeri tutan yerdə qalan komandaların səfərdə və evdə keçirdikləri pley-off matçlarından sonra turnirdə iştirak edəcək sonuncu komandaları müəyyən etmişdir. Turnirə ev sahibliyi edəcək ölkə 28 May 2010-cu ildə İtaliya, Türkiyə ve Fransa arasından seçilmiş və Fransa ən sonda Türkiyəni bir xal qabaqlayaraq iştirak hüququnu əldə etmişdir. Matçlar 10 şəhərdə 10 fərqli stadionda oynanılacaq. Bunlar: Bordo, Lans, Lill, Lion, Marsel, Nis, Paris, Seynt-Denis, Seynt-Éttyen və Tuluzadır. Fransa bu turnirə 1960-cı ildəki açılış turniri ve 1984-cü ildən sonra ikinci dəfə ev sahibliyi edəcəkdir.
UEFA Avro 2020
UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir. Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu. Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı. UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü. Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi. Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi. Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi.
UEFA Avro 2021
UEFA 2020 Avropa çempionatı və ya qısaca UEFA Avro 2020 (həmçinin UEFA Avro 2021) – Avropanın ali futbol qurumu olan Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən təşkil ediləcək sayca 16-cı turnirdir. Turnirin qalibi finalda İngiltərəni məğlub edən İtaliya oldu. Turnirin 2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyasına görə 1 il təxirə salındı. UEFA-nın 17 mart 2020-ci il tarixində keçirilmiş iclasında UEFA prezidenti Aleksandr Çeferinin verdiyi qərara əsasən, turnir 11 iyun 2021-ci il tarixində start götürüldü. Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi. Avropa Çempionatları tarixində ilk dəfə bu turnirdə video köməkçi hakim (VAR) texnologiyasından istifadə edildi. Turnir əvvəlki illərdən fərqli olaraq bir və ya iki ölkədə yox, 12 ölkədə keçirilmişdir. Bu barədə ilk məlumatı, "UEFA"nın keçmiş prezidenti Mişel Platini 2013-cü ildə məlumat vermişdi. Oyunların keçiriləcəyi bütün stadionlar nəhəng tutuma malikdir. Londonda yerləşən Uembli stadionu 1996-cı ildəki çempionatdan sonra ikinci dəfə yarımfinal və final oyunlarına ev sahibliyi etdi.
UEFA Avro 2024
2024 UEFA Avropa Çempionatı və ya qısaca UEFA Avro 2024, (ing. UEFA Euro 2024 və ya UEFA EURO 2024) — futbol üzrə UEFA üzvü assosiasiyaların kişi milli komandaları üçün dörd ildən bir təşkil edilən 17-ci buraxılışı. 14 iyun - 14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq turnirdə 24 milli yığma mübarizə aparır. Turnir üçüncü dəfədir ki, Almaniya ərazisində, ikinci dəfə isə yenidən birləşdirilmiş Almaniyada keçiriləcək. Bundan əvvəl 1988-ci ildəki turnir Qərbi Almaniyada keçirilmiş, Münhen şəhəri isə bir neçə ölkədə təşkil edilən Avro 2020-nin dörd oyununa ev sahibliyi etmişdir. Leypsiq şəhərinin turnirin keçiriləcəyi şəhərlər arasında olması turnirin ilk dəfə keçmiş Şərqi Almaniyada keçirilməsini təmin edəcək. Bununla da, Avro 2024 birləşmiş Almaniyanın tək ev sahibi ölkə qismində təşkilatçılıq çıxış etdiyi ilk turnir olacaq. Bu turnirdən sonra Avropa Çempionatları həmişəki dördillik rejimə qayıdacaq (bundan əvvəl turnirin 2020-ci ildə keçiriləcək versiyası COVID-19 pandemiyası səbəbilə 2021-ci ilə təxirə salınmışdı). Turnirin qalibi daha sonra 2025 CONMEBOL-UEFA Çempionları Kuboku matçında Kopa Amerika 2024 turnirinin qalibinə qarşı oynayacaq. İngiltərəni penaltilər seriyasında məğlub edərək 2020-ci il turnirinin qalibi olan İtaliya sonuncu Avropa çempionu idi.
UEFA Avro 2028
UEFA Avro 2028 və ya sadəcə Avro 2028 olaraq adlandırılan 2028 UEFA Avropa Futbol Çempionatı UEFA-nın üzv assosiasiyaların kişilərdən ibarət milli komandaları üçün təşkil etdiyi və dörd ildən bir keçirilən 18-ci UEFA Avropa Çempionatı olacaq. Turnirin 2028-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Turnirə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası birlikdə ev sahibliyi edəcək. Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir. 16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi. Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər. Seçim mərhələsi aşağıdakı kimidir: 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir 5 aprel 2022: İddiaçıların elanı 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı 16 noyabr 2022: İlkin tender sənədlərinin təqdim edilməsi 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir. İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikası – 7 fevral 2022-ci ildə İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya Respublikasının futbol assosiasiyaları birgə təklif elan etdilər. İngiltərə əvvəllər turnirə 1996-cı ildə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin on iki oyunu London və Qlazqoda keçirilib. Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.
UEFA Avro 2032
UEFA Avro 2032 və ya sadəcə Avro 2032 kimi adlandırılan 2032 UEFA Futbol Çempionatı UEFA tərəfindən üzv assosiasiyaların böyük kişilərdən ibarət milli komandaları üçün təşkil edilən 19-cu UEFA Avropa Çempionatı olacaq. Turnirin 2032-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Ev sahibinin 2023-cü ilin sonunda seçiləcəyi gözlənilir və turnirdəki iştirakcı komandaların sayı 32 komandaya qədər artırıla bilər. Turnirə İtaliya və ya Türkiyədən birinin ev sahibliyi edəcəyi gözlənilir. Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir. 16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi. Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər. Seçim mərhələsi aşağıdakı kimidir: 27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir 5 aprel 2022: İddiaçıların elanı 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı 16 noyabr 2022: İlkin tender sənədlərinin təqdim edilməsi 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir. İtaliya – 2019-cu ilin fevral ayında İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina "Sky Sport Italia"ya federasiyanın təklifi nəzərdən keçirdiyini söylədi. Təklif İtaliyanın Avro 2020-də qalib gəlməsindən bir neçə gün sonra Qravina tərəfindən yenidən təklif edildi.
Cənub-Şərqi Avropa ölkələri
Cənub-Şərqi Avropa ölkələri — regiona Ukrayna, Rumıniya, Moldova, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Serbiya, Monteneqro, Kosova, Xorvatiya, Bosniya və Herseqovina daxildir. Regionun ərazisinin və əhalisinin təxminən yarısı Ukraynanın payına düşür. Bu qrup ölkələrin İCM (iqtisadi coğrafi mövqeyi)-nin başlıca xüsusiyyətini Adriatik, Qara və Azov də- nizləri ilə əhatə olunması müəyyən edir. Dunay çayının Serbiya, Monteneqro, Bolqarıstan və Rumıniyanın, Dnepr çayının Ukraynanın, Dnestr çayının isə Moldova ərazisindən keçməsi bu ölkələrin daxili bölgələrini Qara dənizlə birləşdirir. Regionda əhalinin təbii artımı Avropanın bütün regionlarından çoxdur. Xüsusilə Albaniya yüksək təbii artımı ilə fərqlənir. Əhalinin milli tərkibində slavyan xalqları üstünlük təşkil edir. Region ölkələri həm əhalisinin sıxlığına, həm də urbanizasiya səviyyəsinə görə Mərkəzi Avropadan xeyli geridə qalır. Ən iri şəhərləri Buxarest, Kiyev, Xarkov, Odessa, Dnepropetrovskdur. Ukrayna inkişaf etmiş sənaye-aqrar ölkədir.
Cənubi Avropa
Cənubi Avropa — Avropa qitəsinin cənub hissəsi. Cənubi Avropaya bir qayda olaraq Aralıq dənizinin Pireney yarımadası ərtafındakı ölkələr (Portuqaliya, İspaniya, Andorra), Monako, Appenin yarımadasında yerləşən ölkələr (İtaliya, Vatikan, San-Marino), Yunanıstan, həmçinin ada dövlətləri olan Malta və Kipr aid edilir. Bəzən Cənubi Avropaya Xorvatiya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukraynanın cənub hissəsi olan Krımı, Odessa, Xerson, Nikolayev, Zaporojye vilayətlərini və Türkiyənin Avropa hissəsini aid edirlər. Cənubi Avropa — Avropa qitəsinin cənub hissəsi. Cənubi Avropa ərazisinə Aralıq dənizi sahillərində yerləşən Pireney yarımadası olkələri — (Portuqaliya, İspaniya, Andorra), Monako, Appenin yarımadasında yerləşən ölkələr — (İtaliya, Vatikan, San-Marino), Yunanıstan, həmçinin ada dövlətləri olan Malta və Kipr daxildir. Bəzən Cənubi Avropanın tərkibinə Xorvatiya, Serbiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, həmçinin Türkiyənin Avropa hissəsi də daxil ediir. Bosniya və Hertseqovina — Sarayevo Albaniya — Tirana Kipr — Nikosiya Makedoniya — Skopye San-Marino — San-Marino Serbiya — Belqrad Sloveniya — Lyublyana Xorvatiya — Zaqreb Monteneqro — Podqoritsa Portuqaliya — Lissabon İspaniya — Madrid Andorra — Andorra-la-Velya Monako — Monako İtaliya — Roma Vatikan — Vatikan Yunanıstan — Afina Malta — Valletta Türkiyə — Ankara Cənubi Avropada əhalinin sıxlığı yüksəkdir, hər km².-ə 100 və daha çox insan düşür, əhalinin dini etqdında xristianlıq (katolik) dini üstünlük təşkil edir. Əhalini urbanizasiya səviyyəsi: Yunanıstan — 59 % İspaniya — 91 % İtaliya — 72 % Malta — 89 % Portuqaliya −48 % San-Marino — 48 % Bu ölkələrdə əhalinin təbii artımı çox da yüksək deyildir: Yunanıstan — 0,1 İspaniya — 0 İtaliya — (-0,1) Malta — 0,4 Portuqaliya — 0,1 San-Marino — 0,4 Мурзаев Э. М. Где же проводить географическую границу Европы и Азии? Изв. АН СССР, сер.
Dura-Avropos
Dura-Avropos (yun. Εὐρωπός, yaxud ərəbcə Qal'at es-Salihiye) — Suriyada Fərat çayı sahilində, indiki Qələ əs-Salihiyyə (Suriya) yaxınlığında, e.ə. 300-cü ildən eramızın 256-cı ilinədək mövcud olmuş qala. Çoxsaylı arxeoloji tapıntıları ilə məşhurdur. Onların içərisində ən mühümü yaxşı saxlanılmış freskalar kompleksinə malik, Konstantinəqədərki dövrə aid "yığıncaq evi"dir. Selevki çarı I Nikator (təqribən e.ə. 358 — təqribən e.ə. 280) tərəfindən əsası qoyulmuş, Makedoniyanın eyniadlı məskəninin adı ilə Avropos adlandırılmışdır (Dura adı yalnız eramızın I əsrinə aid mənbədə İsidor Xarakslının "Parfiya istehkamları" siyahısında qeyd olunmuşdur). Müntəzəm planlı məskən forması Selevkilər dövrünə aid edilir. Şəhərin mərkəzində aqora, Apollon (sonralar Artemida məbədi kimi yenidən tikilmişdi), Zevs Megistos məbədləri, saraylar (hamısı e.ə.
E119 Avropa marşrutu
Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir. E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir. Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva. E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M2, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.
E60 Avropa marşrutu
E60 Avropa marşrutu — Fransanın qərbi Brest şəhərindən Qırğızıstanın şərqi İrkeştam şəhərinə qədər uzanan Avropa marşrutu.
E982 Avropa marşrutu
Avropa E-yolu E982 — Türkiyənin cənub sahilindəki Mersin və Tarsus şəhərlərini bir-birinə bağlayan bir Avropa B sinfi yoldur. Ankaradan təxminən 380 kilometr cənubdadır. Mersinin cənub-qərbindəki D400 qovşağından E90 və O21 qovşağına qədər uzanır. Uzunluğu 68 kilometrdir və tamamilə avtomagistral yoldan ibarətdir.
E99 Avropa marşrutu
E99 Avropa marşrutu və ya E99 — Azərbaycanın Sədərək rayonu Dəmirçi kəndindən Türkiyənin Şanlıurfa ili Akçakale kəndinə qədər olan Avropa marşrutu. Yolun uzunluğu 856 km.
Ermənistan 2010 Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya 2010 müsabiqəsində Ermənistan təmsilçisi Eva Rivas olacaq. 13 dekabrda ARMTV 2010-cu ildə Avroviziya iştirakını rəsmən təsdiq etdi. 18 dekabrda yarış üçün ölkənin seçməsində birinci təsnifat elan edildi. Milli final 2010-cu ilin fevral ayında keçiriləcək. Ermənistanı təmsil etmək üçün on mahnı rəqabət aparacaq. Mahnılar 1 fevrala qədər ARMTV-ə təqdim edilə bilər. On mahnı seçiləcək və 10 fevralda göstəriləcək. Erməni bəstəkarlara və yazıçılara iştirak etmək üçün imkan verilirlər. Televiziya ilə yayılınan milli finalın qalibi 50% jüri və 50% tele səsvermənin nəticələindən sonra müəyyən olunacaq.
Ermənistan 2015 Avropa Oyunlarında
Ermənistan — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Ermənistan 2015 Avropa Oyunlarında 25 idmançı ilə qatıldı. Ermənistan 2015 Avropa Oyunlarında 1 gümüş medal qazandı və medal sıralamasında 38-ci yeri tutdu. Ermənistan 2015 Avropa Oyunlarında 25 idmançı ilə 6 idman növündə qatıldı. Ermənistan bayrağını 2015 Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya Stadionuna Ermənistan Milli Olimpiya Komitəsinin nümayəndəsi Qraçya Rostomyan gətirdi.
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Mahnı Müsabiqəsinə 2006-cı ildə qoşulmuş və ümumilikdə isə 13 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədəki 13 iştirakından 7-də ilk onluqda yer almışdır. İndiyədək müsabiqədə heç vaxt qalib gəlməmişdir. Ən yaxşı nəticələrini 2008-ci ildə Siruşonun ifa etdiyi "Qele Qele" mahnısı ilə və 2014-cü ildə Aram Mp3-nin ifa etdiyi "Not Alone" mahnısı ilə qazanmış və dördüncülük əldə etmişdirlər. Ən pis nəticəni isə 2019-ci ildə yarımfinalda 16-ci olaraq göstərmişdirlər. Ermənistan 2012-ci ildə Bakıda keçirilən müsabiqəyə qatılmamışdır.
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2007-ci ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Ermənistan uşaq Avroviziyasında ilk qələbəsini 2010-cu ildə Vladimir Arzumanyanın ifa etdiyi "Mama" adlı mahnı ilə qazanıb.
Estoniya 2010 Avroviziya Mahnı Müsabiqəsində
Estoniyanı Avroviziya 2010 mahnı müsabiqəsində müğənni Malkolm Linkoln “Siren” mahnısı ilə təmsil edəcək. 11 martda Tallində “Eesti Laul-2010” ("Estoniya mahnısı-2010") müsabiqəsinin finalı başa çatıb. Bu müsabiqə Avroviziyanın milli seçim turu sayılır. Finalda 155 iddiaçsı arasından seçilmiş 10 ifaçı çıxış edib. Müsabiqənin qalibi iki tur nəticəsində müəyyənləşib. Birinci turda bəyəndikləri mahnıya tamaşaçılar və münsiflər səs veriblər. Daha çox xal toplayan iki ifaçı ikinci tura keçib və həlledici turda qalibi yalnız tamaşaçılar seçiblər. Televiziya tamaşaçılarının 54 faizi Malkolm Linkolnun “Siren” balladasına, 46 faizi isə Lenna Kuurmaanın “Rapunzel” mahnısına səs veriblər. Lenna Kuurmaa müsabiqənin favoriti hesab olunurdu.
Estoniya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Estoniya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Estoniya 2015 Avropa Oyunlarında
Estoniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Estoniya ümumilikdə 58 idmançı ilə təmsil olunub.
Estoniya 2019 Avropa Oyunlarında
Estoniya Avroviziya Mahnı Müsabiqəsində
Estoniya Avroviziya Mahnı Müsabiqəsinə 1994-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Estoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. 1994-cü ildə ilk dəfə müsabiqəyə qoşulan Estoniya göstərdiyi zəif nəticə səbəbindən 1995-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. Ölkə 1996-cı ildən bəri hər il Avroviziyada iştirak etmişdir. İştirak etdiyi illər ərzində Estoniya yalnız bir dəfə 2001-ci ildə Tanel Padar, Deyv Benton və 2XL qrupunun birlikdə ifa etdiyi "Everybody" mahnısı ilə müsabiqədə qələbə qazanmışdır. QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
FIBA Avropa
FIBA Avropa, FIBA üzvü 51 Avropa basketbol federasiyasının meydana gətirdiyi bir konfederasiyadır.
Fransa 1956 Avroviziya Mahnı Müsabiqəsində
Fransa 1956 Avroviziya Mahnı Müsabiqəsində — Fransa müsabiqədə iştirak edən yeddi ölkədən biri olub. Fransanı müsabiqədə iki müğənni təmsil etmişdir. Mate Alteri "Le temps perdu" mahnısı ilə çıxış etmişdir. Dani Doberson isə "Il est là" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil. 1956 Avroviziya Mahnı Müsabiqəsi 1956| İl səhifəsi — Eurovision.
Fransa 2009 Avroviziya Mahnı Müsabiqəsində
Fransa 2009 Avroviziya Mahnı Müsabiqəsində — Fransanı 2009 Avroviziya Mahnı Müsabiqəsində Patrisiya Kaasın ifa etdiyi "Et s'il fallait le faire" mahnısı təmsil etmişdir.
Fransa 2015 Avropa Oyunlarında
Fransa — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Fransa 2015 Avropa Oyunlarında 251 idmançı ilə təmsil olundu. Fransa 2015 Avropa Oyunlarında 12 qızıl, 13 gümüş və 18 bürünc medal qazanaraq ümumilikdə 43 medal ilə medal sıralamasında 5-ci yeri tutdu.
Fransa 2019 Avropa Oyunlarında
Fransa Avroviziya Mahnı Müsabiqəsində
Fransa Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən indiyə kimi Fransa yalnız iki dəfə 1974 və 1982-ci illərdə Avroviziyada iştirak etməmişdir. Ölkə 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Fransa Avroviziyada beş dəfə qələbə qazanmış, dörd dəfə ikinci, yeddi dəfə üçüncü və ümumilikdə iyirmi dörd dəfə ilk beşlikdə yer almışdır. Fransa Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. Fransa ilk Avroviziya qələbəsini 1958-ci ildə Andre Klavyönün ifa etdiyi "Dors, mon amour" mahnısı ilə qazanmışdır. Bir il sonra 1960-cı ildə ölkə təmsilçisi Jaklin Boye ifa etdiyi "Tom Pillibi" mahnısı ilə Fransaya ikinci Avroviziya qələbəsini qazandırmışdır. Çox keçmədən 1962-ci ildə Fransanı müsabiqədə təmsil edən İzabel Obre səsləndirdiyi "Un premier amour" mahnısı ilə ölkəyə üçüncü qalibiyyət sevincini yaşatmışdır. Fransanın dördüncü Avroviziya qələbəsi 1969-cu ildə Frida Bokkaranın ifa etdiyi "Un jour, un enfant" mahnısı ilə əldə edilmişdir.
Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2004-cü ildə iştirak etmişdir. Norveçin Lillehammer şəhərində keçirilən müsabiqədə Tomas Pontyenin ifa etdiyi "Si on voulait bien" mahnısı ilə təmsil olunan Fransa 18 iştirakçı ölkə arasında altıncı yeri tutsa da, növbəti ildə Fransa televiziyası müsabiqədə iştirakdan imtina etmişdir. Fransa bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə 13 illik fasilədən sonra 2018-ci ildə geri dönmüşdür. "Jamais sans toi" mahnısı ilə Fransanı müsabiqədə təmsil edən Anjelina nəticədə 203 xalla 2-ci yeri qazanmışdır.
Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016
Cədvəl
FİFA Dünya Kuboku 2010 (seçmə mərhələ, Avropa)

Значение слова в других словарях