Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çarxqollu-sürgüqollu mexanizm
Çarxqollu-sürgüqollu mexanizmi porşenin irəli-geri hərəkətini fırlanma hərəkətinə (məsələn: daxili yanma mühərriklərində) və əksinə çevirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmini hissələri iki qrupa bölünür, bunlar hərkətli və hərkətsizdirlər: hərəkətli olanlar: porşen, sırğalarla birlikdə, porşen barmağı, sürgü qolu, dirsəkli val yastıqlarla birlikdə və çarx qolu, nazimçarx. hərəkətsiz olanlar:silindrlər bloku (daxili yanma mühərriklərində baza hissə sayılır), silindrlər başlığı, nazimçarx, mufta, silindrlər blokunun başlığı, bərkidici hissələr, kipləşdiricilər, tutqaclar == İşləmə prinsipi == Daxili-yanma mühərriklərində Qazın təsiri altında porşen aşağıya, dirsəkli vala tərəf hərəkət edir. "Porşen-sürgü qolu" və "sürgü qolu-val" cütlüyünü köməyi ilə porşenin xətti hərkəti dirsəkli valın fırlanma hərkətinə çevrilir. Hidravlik dönmə mexanizmində (əks sxem) Dirskli val xaric momentin təsirindən fırlanma hərkəti icra edir. Onun bu hərkəti "val-sürgü qolu-porşen" zənciri vasitəsilə porşenin xətti hərkətinə çevrilir. == İstinad == Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004.
Pəriçınqıl Qaragölü
Pəriçınqıl Qaragölü — Laçın rayonu ərazisində göl. Alagöllər dağının (Qarabağ yaylası) cənub-qərb yamacında, 2961 metr yüksəklikdə şirin sulu göldür. Mal-qaranın suvarılmasında istifadə olunur. Ərazidəki Qaragöl adlı bir neçə göldən fərqləndirmək üçün Pəriçınqıl dağının adından istifadə olunmuşdur. Gölün sahəsi 0,94 km², maksimal dərinliyi isə 5,4 metrdir.