Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taxılçılıq
Taxılçılıq — taxılların becərilməsindən, taxılın daha qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyət növüdür. Azərbaycanda Eneolit dövrü təxminən e.ə. VI-IV minillikləri əhatə edir. Bu dövrdə ilk dəfə olaraq misdən istifadə edilsə də, əkinçilikdə yenə də daş alətlər əsas mövqeyə malik olmuşlar. Əkinçilik və heyvandarlıq aparıcı sahə olmaqla yerli əhalinin başlıca məşğuliyyəti sayılmış və onun iqtisadi həyatının əsasını təşkil etmişdir. Bu dövrdə taxılın əkilib-becərilməsi, döyülüb yığılmasında ağac, daş və qismən də sümük alətlərdən istifadə edilmişdir. Azərbaycanın dağ və dağətəyi ərazisində dəmyə əkinçiliyin təşəkkül tapması və inkişafı üçün hər cür münasib coğrafi şərait olmuşdur. Taxılçılıq təsərrüfatında yerli taxıl növləri və ənənəvi əkinçilik üsulları üstünlük təşkil edirdi. Azərbaycanda sarıbuğda, gurgəni, qaraqılçıq, xırdabuğda, gülüsər, kərə, Qarabağ buğdası, ağ buğda, səkiləbuğda, qaragiləbuğda topbaşbuğda, ağ arpa, qara arpa, şeşəri arpa, qılıcı arpa növləri əkilib becərilirdi. Səpilmə və yetişmə vaxtına görə buğda və arpa payızlıq və yazlıq olurdu.
Camışçılıq
Camışçılıq — əsasən ətlik-südlük istimaqətli iribuynuzlu heyvandarlığın bir növüdür. Camış bəzi xüsusiyyətlərinə görə qara mal cinslərindən fərqlənir və təsərrüfat nöqteyi nəzərindən onlardan xeyli üstündür. Xüsusi qulluğa ehtiyacları yoxdur. Bununla onların yetişdirilməsi üçün əlverişli şəraitin olması vacibdir. Belə ki, onlara əsasən subtropik, subekvatorial və ekvatorial iqlimin hakim oluğu ərazilərdə arealı daha yüksəkdir. Buna misal kimi onu göstərmək olar ki, inəklər -20 °C şaxtaya dözdükləri halda camışar artıq -1°C çətinlik çəkir. Səbəb isə onun piy qatının olduqca az olmasıdır. Camışdan alınan süd məhsulları keyfiyyətliyik baxımından inək südünü üstələyir. Gönü isə olduqca qiymətli dəri sayılır. Camışçılıq iqtisadi cəhətdən gəlirli sahə olması ilə əlaqədar onun damazlıq və məhsuldarlıq keyfiyyətlərini daha da yaxşılaşdırmaq istiqamətində təkmilləşdirilməsinin aparılması vacibdir.
Camışçılıq (1966)
İfrat axıcılıq
İfrat axıcılıq kapillyar borudan maye heliumun sürtünməsiz axmasıdır. Heliumun hər iki izotopu müəyyən təzyiqlərdə mütləq sıfır temperaturuna qədər maye halında qalır. Klassik fizikaya görə, isə bütün mayelər həmin temperaturda bərk hala keçməli idi. Bu, maye hallarına müvafiq temperaturda istilik hərəkətinə uyğun olan De-Broyl dalğalarının uzunluğunun atomlar arasındakı məsafə tərtibində olması və kvant effektlərinin yaranması ilə əlaqədardır. Belə mayelərə kvant mayesi deyilir. Helium mayesinin özlülüyünün 2,18°K-də sıfra yaxın olmasını və ifrat axıcılıq halına keçməsini ilk dəfə Pyotr Kapitsa kəşf etmişdir.
Camışçılıq (film, 1966)
Camışçılıq: süd və ət (film, 1988)