(Ağcabədi, Ağdam) 1. əldən salmaq. – Məni oğlumun dərdi çolpuduf (Ağdam) 2. karıxdırmaq. – Bu kişi məni çolputdu (Ağcabədi)
I (Ağdaş) axsamaq. – Səmədin kəli çolpuyur II (Çənbərək, Mingəçevir) ora-bura qaçmaq, tələsik iş görmək
(Şəki) çaşmaq, karıxmaq. – Laf çorpumişəm, bilminəm heç hansı işi tutum