Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tovuzquşu
Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus). Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır. == Qısa təsviri == Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25 kq-a çatır.
Çavuşqulu (Xoy)
Çavuşqulu (fars. چاوشقلي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 578 nəfər. yaşayır (120 ailə). == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsində, Rinal kəndistanında, Xoy şəhərindən 10,5 km cənub-qərbdədir.
Tovuzquşu (aerobatika eskadronu)
Tovuzquşu (sanskr. सारंग) Hindistan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2003-cü ildə qurulmuşdur. Banqalorda mərkəzləşib. Uçuşlar üçün HAL Dhruv helikopterləri istifadə olunur. Komanda adını Hindistanın milli quşu olan Tovuz quşudan almışdır. Helikopterlərin üzərində tovuz quşu rəsmi var.