Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd. Yuxarı Öysüzlü — Azərbaycanın Tovuz rayonunda kənd.
Aşağı Öysüzlü
Aşağı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Öysüzlü kəndinin ərazisindən 213,68 ha (bundan dövlət mülkiyyətində olan 34,01 ha, bələdiyyə mülkiyyətində olan 56,70 ha və xüsusi mülkiyyətdə olan 122,97 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Ayrı-ayrı mənbələrdə Aşağı Öküzlü, Aşağa Öksüzlü variantlarında da qeydə alınmışdır. Yaşayış məntəqəsini XIX əsrdə Öysüzlü (indiki Yuxarı Öysüzlü) kəndindən çıxmış ailələr salmışlar. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi movqeyini təyin edir, ikinci komponenti isə Azərbaycan elatlarından birinin adıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Çal dağının (Kicik Qafqaz) ətəyində yerləşir. == Əhalisi == === Şəhidləri === Əliyev Fuad Ramin oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Mehdiyev Seymur Hüseyn oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Nağıyev Pərviz Güloğlan oğlu (1991-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Öysüzlü
Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır. == Tarixi == 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub-qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur. === Tarixi abidələri === Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Çovdaroğlu Aşıq Məhəmməd — azərbaycanlı aşıq.
Öysüzlü xalçaları
Öysüzlü xalçaları – Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Ümumi məlumat == Bu xalçanın adı Qazaxdan 25km məsafədə yerləşən Aşağı və Yuxarı Oysuzlu kəndlərinin adından götürülmüşdür. "Öysüzlü" xalçaları ətraf kəndlərdə - Aşağı Quşçu, Xatınlı, Bozalqanlı və s. istehsal olunur. == Bədii analiz == "Öysüzlü" xalçalarının ara sahəsinin kompozisiyası düzbucaqlı formada göllər əmələ gətirir və düzbucaqlılar da öz növbəsində, rombların içinə yerləşdirilmişdir. Rombların daxili konturları boyunca bir sıra qarmaqşəkilli çıxıntılar keçir. Çıxıntıların cızığı içəriyə əyilmişdir. Naxışların sıxlığı və qrafik kontur xətlərlə bölünən rənglərin təzadlığı nəticəsində kompozisiyanın çoxplanlı olması barədə vizual effekt yaranır. Müşahidə effektində bir xətt sanki qonşu xəttə keçir. Ağ fonlu ara haşiyə qarmaqlı haşiyədən ibarətdir.
Yuxarı Öysüzlü bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.