Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oxcüllüt
Oxcüllüt (lat. Limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Ovcullu
Ovcullu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Ovcullu kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mamaylı kəndi mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqələsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə XIX əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Oykonim müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır. 1933-cü ildə Naxçıvan ərazisində Ovçular adlı kəndin olması haqqında məlumat verilir. Hazırda Şərur rayonunun Dizə kəndində Ovçular məhəlləsi mövcuddur. == Tarixi == Vaxtilə bəyzadələr ailəsinə mənsub olan iki ailə tərəfindən təməli qoyulan bu kəndin ilk nümayəndələri 1920-ci illərdə hakimiyyət dəyişikliyində ərazini tərk etsələr də, bəylərin xidmətçiləri və qohum əqrabaları burada birdəfəlik məskunlaşıblar. Ovçulu nəsli hapıtlıların əsas qollarından biridir. Hapıtlılar səpələnmiş şəkildə Ağdaşın, Zərdabın bəzi kəndlərində də yaşayırlar.
Böyük oxcüllüt
Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU) Təhlükə həddindədir. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir). == Qısa təsviri == Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır.
Kiçik oxcüllüt
Kiçik oxcüllüt (lat. Limosa lapponica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü.