Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Üçvəcli sümük
Üçvəcli sümük (lat. os triquertum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun oynaqarası qığırdağa məxsus yuxarı, aypara sümüyə məxsus bayır və noxudabənzər sümüyə məxsus ovuc səthləri vardır. == İstinadlar == == Mənbə == Prof.
Üçpərli badam
Üçpərli badam (lat. Prunus triloba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. Qərbi Asiyada, Şimali Koreyada dəniz səviyyəsindən 600-2500 m hündürlükdə, dağlıq meşələrdə təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m, çətirinin diametri 1,5 -2,0 m, tünd qonur rəngli zoğları olan yarpağın tökən ağac və ya koldur. Yarpaqları tünd-yaşıl, tərs-yumurtavaridir, kənarları 3 ayalıdır. Uzunluğu 2,5-6,5 sm, eni 3 sm, kənarları kül rəngli, üst tərəfdən zəif sallanandır. Çiçəkləri kasaşəkilli, yumurtavari və ya lansetvari olub, açıq çəhrayı və ya məxməri rəngdədir, diametri 2-2,5 sm-ə çatıb, tək-tək, bəzən ikisi bir yerdə qısa çiçək saplağında yerləşirlər. Ləçəkləri dairəvi və ya enli yumurtavaridir. Mayda çiçəkləyir, iyul-avqustda yumru, şişkin, sümüklü, 1,8 sm diametrində, qırmızı rəngli meyvəsi yetişir.
Baloğlan Əhədli
Baloğlan Şakir oğlu Əhədli (10 yanvar 2002, Gəgiran, Lənkəran rayonu – 6 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baloğlan Əhədli 10 yanvar 2002-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur. 2020-ci ilə qədər Lənkəran rayon Gəgiran kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Baloğlan Əhədli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Baloğlan Əhədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baloğlan Əhədli 6 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Lənkəran rayonunun Gəgiran kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Baloğlan Əhədli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Üçpərli talış çapağanı