Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
NKVD üçlükləri
Xalq Daxili İşlər Komissarlığı üçlükləri — SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında respublika, diyar və vilayət idarələrində "antisovet elementlərinin" repressiyası üçün əməliyyatların aparılması məqsədi ilə 1937-ci ilin avqust ayından 1938-ci ilin noyabrına qədər faəliyyət göstərmiş inzibati (məhkəmədənkənar) orqandır. Xalq Daxili İşlər Komissarlığı üçlükləri SSRİ Daxili İşlər Komissarının 30 iyul 1937-ci ildə № 00447 "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" operativ əmrinə əsasən respublikalar üzrə Xalq Daxili İşlər Komissarlığı rəhbərliyinin (diyar, vilayət), partiya katiblərinin (diyar, vilayət) və respublika prokurorlarının (bölgə, əyalət) rəhbərliyi ilə qurulurdu. Onlar güllələmə, həbs düşərgəsinə sürgün etmə və türmədə 8–10 il həbs cəzası vermək hüququna malik idilər. == Tarixi == 31 iyul 1937-ci ildə SSRİ Daxili İşlər üzrə xalq komissarı Nikolay Yejov "antisovet elementlərin məhvini" qarşısında məqsəd qoyan və "operativ üçlüklərin" üzvlərini müəyyən edən "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" 00447 nömrəli operativ əmri imzalamışdır. == Fəaliyyətin nəticələri == 1 oktyabr 1936-cı ildən 1 noyabr 1938-ci ilə qədər SSRİ XDİK orqanları tərəfindən 1 565 041 insan həbs edilmişdir. O cümlədən XDİK-nın 00447 nömrəli əmrinə əsasən 702 656 nəfər həbs edilmişdi. Bu dövr ərzində 1 336 863 nəfər məhkum olunmuşdur ki, onlardan da 668 305 nəfəri (50%) güllələnmişdir. == Xalq Daxili İşlər Komissarlığı üçlüklərinə qarşı repressiya == Üçlüklərin əksər üzvləri 1938-ci ildən sonra repressiya olundular. ÜKP MK və SSRİ XKS ortaq qərarında qeyd olnurdu ki, istintaqları sadələşdirilmiş şəkildə keçirmələrinin nəticəsində "XDİK işçiləri agentura-məlumat işlərini tamamilə başlı-başına buraxıblar", və bu üçlüklərin işində həm də "qanunla müəyyən edilmiş prosessual qaydaların kobud şəkildə pozulması və istintaqın gedişatına məsuliyyətsiz münasibət" öz yerini alıb.