Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cütləşmə
Cütləşmə — zooloji baxımdan iki fərdin vəhtədi nəticəsində yaranır. Cütləşmə zamanı bir fədin bədənində hasil olunan Sperma digər fədin daxilinə axır. Bu zaman yumurtalığa daxil olan olan maye bir və ya bir necə yumurtalığı mayalandırır. Nəticədə isə dişi fərdin bətnində döl əmələ gəlir. Bəzi canlılarda çütləşmə təmas olmadan belə baş verə bilir. Məsələn: balıqlarda kürünün mayalanması suda baş verir. Hermofrodid canlılarda mayalanma elə bir fərdin daxilində baş verir. Bu proses İnstinktiv olaraq baş verir. Bəzi canlıların bədənindən qoxu gəlir. Bu proses öncəsi dişilərin cinsi orqanlarında müəyyən proselər baş verir.
Önləmə təyyarəsi
Önləmə təyyarəsi (İngiliscə: Interceptor aircraft), düşmən təyyarələrinin vəzifələrini yerinə yetirməsinə maneə olmaq üçün yaradılmış olan təyyarə növüdür. Xüsusilə də, kəşfiyyat təyyarəsi və bombardmançı kimi müdafiəsiz təyyarələrə qarşı istifadə edilirlər. Çox yüksək performans üçün yaradılmış olan yüngül önləmə təyyarələri və hər bir hava şəraitində, gecə və uzun mənzildə xidmət edə bilən daha ağır önləmə təyyarələri olmaqla iki fərqli dizayn fəlsəfəsi ilə yaradıla bilər.
Üfləmə kanalı
Üfləmə kanalı – (rus. канал продувания, ing. blowhole, puffing hole, buller) göl və dənizlərin abrazion sahilini təşkil edən süxurlarda bir qurta­racağı klifin aşağı hissəsinə, digər ucu isə sahilyanı platonun səthinə açılan maili kanal. Klif çıxıntısına dalğanın zərbəsi zamanı, intensiv hava axınının təsiri altında süxur­lardakı çatlarda əmələ gəlir. Güclü dalğalanma zamanı kanalın yuxarı dəliyindən su fontanı atıla bilər.