Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Sillem adası
Sillem adası (ing. Sillem Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Sillem adası Baffin Torpağından şimalda yerləşən ada və adacıqlar arasında, sahəsinə görə ikincidir (Baylot adasından sonra). Skott buxtasının daxilində yerləşən adanın şərq sahillərini Qibbs fiordu, qərb sahillərini isə Klark fiordu yuyur. Adanın şimal qutaracağından 6,4 km km şimalda Skott adası yerləşir. Sahilləri qərbdən və şərqdən sürətlə yüksəlir, 600-700 metr yüksəkliyə qalxır. Yüksəkliklər sahil xəttindən yalnız beş yüz metr aralıdan başlayır. Adanın daxili hissəsi isə dağlıq ərazilərdən ibarətdir. Burada maksimal hündürlük dəniz səviyyəsindən 1,660 metrə çatır.