Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Verner Şlyaqer
Verner Şlyaqer (28 sentyabr 1972) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Verner Şlyaqer Avstriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Daha sonra Verner Şlyaqer Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Verner Şlyaqer Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Voyager 1
Voyacer 1 — kosmik gəmi. 1977-ci ildə ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Roket Voyacer qızıl plastinkasının daşıyıcısı olmuşdur.
Voyager 2
Voyacer 2 — kosmik gəmi. ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. 8 sentyabr 2015-ci ildə Voyacer 2 yerdən 16,306 milyard km uzaqlıqda olub. Dekabrın 10-da Amerika Geofizika İttifaqının Vaşinqtondakı toplantısında NASA, Voyager 2 kosmik aparatının Günəşin maqnitosferini tərk edərək ulduzlararası fəzaya daxil olduğunu elan etdi.Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək. Onun əkizi Voyager 1 həmin sərhəddi 2012-ci ildə keçmişdi, lakin Voyager 2-nin keçidi daha maraqlıdır, çünki onun daşıdığı cihazlar ulduzlararası plazmanı ölçə bilir və bizə bu haqda ilk məlumat verə biləcək.Xatırladaq ki, Voyager cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (Voyager 2 – 20 Avqust, Voyager 1 – 5 Sentyabr) fəzaya buraxılıb.
Voyager qızıl plastinkası
Voyacer qızıl plastinkası — 1977-ci ildə Voyacer 1 kosmik gəmisində kosmosa göndərilən müxtəlif informasiyalar yığımından ibarətdir. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və musiqi parçaları vardı. Voyacer-1-in 40.000 il sonra 17.6 işıq ili uzaqlıqda olan AC+79 3888 ulduzuna çatması gözlənilir. == İçindəkilər == Amerikalı astronom Karl Saqanın hazırladığı plastinkanın içərisində 116 şəkil, 55 dildə müxtəlif salamlama və diləklər və 27 musiqi parçası vardı. Həmçinin BMT başçısı Kurt Valdhaym və ABŞ prezidenti Cimmi Karterin səsli mesajları əlavə olunmuşdur. Voyacer qızıl plastinkasının içərisinə 27 melodiya daxil olunmuşdur. Bu melodiyalardan biri Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" adlanan kompozisiyadır. == Material == Plastinka qızılla örtülmüş misdən düzəldilmişdir. Plastinkanın qutusu alüminiumdur ve tam saflaşdırılmış uran-238 izotopu ilə örtülmüşdür. Uran-238-in yarım parçalanma periodu 4.51 milyard ildir.
Yager Development
Yager Development GmbH — mərkəzi Berlində yerləşən Almaniya videooyun istehsalçısı . == Tarixi == Yager 1999-cu ildə Uve Beneke, Roman Qolka, Filipp Şellbax, Timo Ulmann və Matias Vize tərəfindən təsis edilmişdir. Onlar ən yaxşı "Yager" (2003) və "Spec Ops: The Line" (2012) videooyunlarının istehsalçısı kimi tanınırlar. Studiya həmçinin "Deep Silver" ilə qismən "Dead Island 2"nin istehsalı üzərində iştirak etmişdir. Oyunun istehsal prosesinin üçüncü ilində studiya ilə şirkət arasında əməkdaşlıq dayandırılmışdır.Şirkət 2020-ci ilin fevral ayında "Tencent Holdings"dən sərmayə almış və "Tencent"ə səhmlərinin kiçik bir hissəsini vermişdir. "Yager"in məlumatına görə, "Tencent"in qoyduğu sərmayə onların hazırkı və gələcək oyunlarının inkişafına və yayımına kömək etmək məqsədi daşıyırdı. "Tencent" 2021-ci ilin iyun ayında əksər səhmləri əldə etmiş və "Yager"dəki payını artırmışdır.
Slayer
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir. Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir. Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür.
Siyaqət xətti
Siyaqət xətti—Ərəb xətt növü. == Tarixi == Siyaqət xətti (hərfi tərcüməsi “hesablamaq” deməkdir) XIV əsrdən sonra yaranmış və daha çox dəftərxana və hesabdarlıq işlərində tətbiq olunmuşdur.
Til Şvayqer
Tilman Valentin "Til" Şvayqer (19 dekabr 1963[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — alman aktyor,rejissor,ssenari müəllifi və prodüseri. == Həyatı == === Təhsili === Til Şvayqer Hoyxelhaymda üç qardaşın ortancılı kimi böyümüşdür və atasının müəllim işlədiyi Qiesen Hayderşuledə oxumuşdur.Anası tarix müəlliməsi kimi işləmişdir.Məktəbi bitirdikdən sonra o Niderlanda hərbi xidmətə yollanmışdır.Bir müddət sonra o hərbi xidmətdən imtina etmiş və bir xəstəxanada sivil xidmətə başlamışdır.O, sonra Germanistik oxumağa başlamış və onu da sonrakı tibb təhsili kimi tərk etmişdir. 1986-cı ildə Şvayqer aktyorluq təhsilnə Köln Kellner teatrında başlamışdır.Sonra o, bunu müvəffəqiyyətlə başa vurmuş.1989ci ildə Kontra Krays teatrına daxil olmuşdur.
Slayer diskoqrafiyası
Slayer 1981-ci ildə gitaraçılar — Kerri Kinq və Ceff Hannemanin yaratdığı, Tom Araya və Deyv Lombardonu üzv olmağa dəvət etdikləri Amerikan treş-metal qrupudur. Slayer-in Metal Blade Records-da qeydə alınmış ilk iki albomu – Show No Mercy (1983) və Hell Awaits (1985) ABŞ-də hit-parada daxil ola bilməmişdir. Bundan sonra qrup Def Jam Recordings səsyazma studiyasına qoşulur və onun sahibi Rik Rubin qrupun Reign in Blood (1986) albomunun prodüserliyini edir. Bu albom Slayer-in ilk dəfə Billboard 200-ə daxil olmasına kömək edir və albom 94-cü pilləyə qədər yüksələ bilir. South of Heaven (1988) albomundan sonra Slayer Rubinin yeni albom şirkəti olan Def American ilə müqavilə imzalayır və 1990-cı ildə Seasons in the Abyss albomu yayımlanır. Albom yayımlandıqdan sonra Lombardo qrupdan ayrılır və Pol Bostaf barabanda onu əvəz edir.1994-cü ildə yayımlanmış Divine Intervention albomunda Bostafın qrupla ilk albomu olur və albom ABŞ-də səkkizinci pilləyədək yüksəlir. Bu, qrupun həmin dövrədək ən yüksək hit-parad göstəricisi idi. Diabolus in Musica (1998) albomu nu-metal elementlərinə görə tənqid olumuş, God Hates Us All (2001) isə albom üzlüyünə görə mübahisələrə səbəb olmuşdu. Bostaf dirsək zədəsinə görə qrupu tərk etdikdən sonra əvvəlki üzv Lombardo onu əvəz edir. Christ Illusion (2006) Slayer-in ən uğurlu səylərindən biri olmuş, ABŞ-də debüt zamanı 5-ci pillədə qərarlaşmış və 2 Qremmi mükafatı qazandırmışdır.
Demon Slayer: Kimetsu no Yaiba
İblis Qatilinin Bıçağı (鬼滅の刃, Kimetsu no Yaiba) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır. Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir. 2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu.