Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pontlu Kleopatra
Pontlu Kleopatra (e. ə. II əsr – e. ə. I əsr) — Pont şahzadəsi və Ermənistan kraliçası. Pont kralı VI Mitridat və kraliça Laodikanın qızlarından biri idi. Kleopatra bəzən onu eyniadlı bacısından fərqləndirmək üçün Böyük Kleopatra kimi çağırılır və Pont Krallığında anadan olub və böyüyüb. O, erməni kralı Böyük Tiqranın arvadı idi. Eramızdan əvvəl 94-cü ildə Tiqranla evlənərək Pont və Ermənistan arasında ittifaqı möhkəmləndirdi. Tiqranın və bütün Ermənistanın həyatında həlledici rol oynadı.
Çimino şuntu
Çimino şuntu, Çimino-Bresçia fistulu (ing. Cimino-Shunt, Cimino-Brescia-Fistel) , arterial-venoz şunt — cərrahi müdaxilə olub, mil arteriyası ilə yanaşı yerləşən lat. V. cephalica və yaxud lat. V. mediana cubiti arasında anastomozun (körpü, şunt, pəncərə) qoyulmasıdır. Məqsəd dializ müalicəsinə möhtac xroniki böyrək xəstələrini hemofiltirasiya yaxud dializ aparatına qoşmaq üçün qapı, giriş əldə etməkdir. Bu zaman arterial qanın şunt vasitəsilə venaya vurulması onun qanla doldurur ki, nəticədə həmin venaya sancılmış iynə yaxud venadaxili kateter vasitəsilə dializ aparatına qanın ötürülməsi asanlaşmış olur.
Suntu (Mahnişan)
Suntu (fars. سونتو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (98 ailə).