Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quba tıxması
== Tərkibi == Xəmir üçün: Əla növ buğda unu — 520q, kərəli marqarin — 190q, üzlü süd — 127q, yumurta — 2 əd., maya — 8q, zəfəran — 0 0,3q, duz. İç üçün: əla növ buğda unu — 130q, kərə yağı — 64q, şəkər — 127q, hil — 0,3q, muskat qozu — 0,3q. == Hazırlanma qaydası == Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90–100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35–40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90–100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20–25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180–200 °S-də 35–40 dəqiqə bişirilir.
Sosial stiqma
Stiqmatizasiya (yun. στíγμα — "etiket, marka") — markalaşma, damğalama, stiqma tətbiq etmə. Brendləşmə sözündən fərqli olaraq, stiqmatizasiya sözü sosial etiketləşdirməyə aid edilə bilər. Bu mənada stiqmatizasiya bir keyfiyyətin (adətən neqativ) bir fərd və ya bir çox insanla əlaqələndirilməsidir, baxmayaraq ki, onunla əlaqəsi yoxdur və ya bu, sübut olunmayıb. Stiqma çoxsaylı stereotiplərin tərkib hissəsidir. İ. Hoffmanın fikrincə, stiqmatizasiya sosial mənada biabırçı sosial keyfiyyətlə stereotip arasında münasibət növü – ona qarşı gözlənilən münasibət deməkdir, ictimai tanınma hüququndan məhrum olması səbəbindən tam sosial həyat yaşaya bilməməyi müəyyən edir. Müsbət deviasiya ilə bağlı məsələlərdə stiqma nəzəriyyəsi bildirir ki, bu halda problem insanın davranışında deyil, ona qarşı sosial münasibətdədir. Hər hansı bir insanın müəyyən bir vəziyyətdə ümumi qəbul edilmiş normalardan kənara çıxması təbiidir və bu, patologiya deyil.