Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlfəqqə
Əlfəqqə (Gemma, Şimal Tacının α-sı) Şimal Tacı bürcündə ən parlaq ulduz. Yerdən məsafəsi 75 işıq ili, yaxud 22,9 parsekdir.
Əhli-Həqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur.İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir. Yarsanilər dediyinə görə bəzi insanlar onları aşağılayaraq "Əliallahi" və ya "Əliyə ibadət edənlər" adlandırırlar ki, yarsanilər bunu inkar edir.
Əl-Həqq
Əl-Həqq (ər. الحقّ) — Allahın adlarından biri.
Ələq Surəsi
96-cı surə əl-Ələq (Laxtalanmış qan) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surə adını 2-ci ayədə işlənən və laxtalanmış qan mənasını verən ələq sözündən götürmüşdür.
Sövməəyi-Həqq (Sərab)
Sövməəyi-Həqq (fars. صومعه حق‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 110 nəfər yaşayır (27 ailə).
Ziya Ül Həqq
Məhəmməd Ziyaülhaqq (12 avqust 1924[…], Calandhar[d], Britaniya Hindistanı – 17 avqust 1988[…], Bahavalpur, Pəncab) — Pakistanın altıncı prezidenti. Pakistanda, seçki ilə hakimiyyətə gələn Zülfiqar Əli Bhuttonu 1977-ci ildə hərbi çevrilişlə devirən generaldır. 1979-cu ildə Bhutto edam edilmişdir. Şəriət nizamını elan edən Ziyaülhaqq 1988-ci ildə ABŞ səfirinin və qərargahlarınında olduğu təyyarənin salınması nəticəsində həyatını itirənə qədər rəhbərlikdə qalmışdır. Ölümündən sonra seçkiləri açıq fərqlə qazanan Zülfiqar Əli Bhuttonun qızı Bənazir Bhutto baş nazir olmuşdur.
Əhəng
Əhəng — əhəng daşı və təbaşir kimi karbonat dağ süxurlarının, müəyyən dərəcədə yandırılması nəticəsində əmələ gəlir. Kimyəvi tərkibinə görə, o demək olar ki tamamilə, əsasən СаО(Bax Kimya-7ci sinif 2015)tərkibli sərbəst kalsium və maqnezium oksidlərindən ibarətdir. Tikintidə, eləcə də müxtəlif kimyəvi maddələrin alınması üçün istifadə olunur. Əvvəllər bir çox yerdə kustar üsullarla istehsal edilirdi, evlərin interyerinin və eksteryerinin rənglənməsi, ağacların dezinfeksiyası və bəzi dərman məhlulları üçün istifadə olunurdu. Azərbaycanda Bakı yaxınlığındakı Suraxanı kəndində tarixən əhəng istehsalı ilə məşğul olublar. Bunun üçün yerin təkindən çıxan odun bişirdiyi əhəng daşı və təbaşirdən istifadə edirdilər.
Ağardıcı əhəng
Ağardıcı əhəng və ya xlorlu əhəng — pambıq və kətan parçaları ağartmaq üçün işlədilən qarışıq xlorid-kalsium hipoxlorit. İlk dəfə 1799-cu ildə Çarlz Tennant tərəfindən hazırlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Зефиров Н. С. и др. т.5 Три-Ятр // Химическая энциклопедия. М.: Большая Российская Энциклопедия. 1998. ISBN 5-85270-310-9. Менделеев Д. И. Основы химии. Москва, Ленинград, ГНТИХЛ. 1947. == Xarici keçidlər == Ağardıcı əhəng // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Xlorlu əhəng
Ağardıcı əhəng və ya xlorlu əhəng — pambıq və kətan parçaları ağartmaq üçün işlədilən qarışıq xlorid-kalsium hipoxlorit. İlk dəfə 1799-cu ildə Çarlz Tennant tərəfindən hazırlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Зефиров Н. С. и др. т.5 Три-Ятр // Химическая энциклопедия. М.: Большая Российская Энциклопедия. 1998. ISBN 5-85270-310-9. Менделеев Д. И. Основы химии. Москва, Ленинград, ГНТИХЛ. 1947. == Xarici keçidlər == Ağardıcı əhəng // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Əhəng daşı
Əhəndaşı və ya əhəngdaşı — böyük bərkliyə malikdir: qədimdə onu daş tikililərdə material kimi istifadə edirdilər. Onun üzərində balıqqulağı izləri aydın görünür. Bu süxurun yaranmasında daşlaşmış heyvan qalıqları iştirak edir. Bu da bir fərziyyə deyil ki, Xeops ehramı əhəngdaşından tikilib. Böyük Moskva knyazlığında olan əksər məbədlər Myaçkov əhəngdaşından tikilmişdir. Bu əhəngdaşı Moskva çayı yaxınlığında yerləşən Myaçkov kəndində çıxarılırdı və xüsusi gəmilərdə tikinti aparılan məkana daşınırdı. Əbəs yerə Moskva qədimdə ağ daşdan tikilmiş şəhər adlandırılmırdı. Hal-hazırda əhəngdaşı sement istehsalında xammal kimi, metallurgiyada flüs kimi, kimya sənayesində sodanın, xlorlu əhəngin, kalsium karbidin istehsalında geniş tətbiq edilir. == Növləri == Əhəng daşını içindəki gilin miqdarından aslı olaraq yalnız havada bərkiyən hava əhəngi (yağlı əhəng) və həm havada həm də suda bərkiyən su əhəngi (hidroliz əhəng) olaraq iki qrupa bölmək olar. Azərbaycanda əhəng daşı yataqları əsasən Qaradağ rayonunda geniş yayılmışdır.
Balıqqulağı (əhəng daşı)
Balıqqulağı (əhəng daşı) - əsasən bütöv və xırdalanmış mollyuska və braxiopod qabıqlarından ibarət olur. Adətən sahilboyu zonada əmələ gəlir.
Johan Hegg
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.
Yohan Heqq
Johan Hegg (29 aprel 1973, Stokholm) — İsveçli rokçu. Amon Amarth qrupunun vokalisti. == Həyatı == 29 aprel 1973-cü ildə İsveçin paytaxtı Stokholmda doğulub. Hal-hazırda fəaliyyətini davam etdirir.
Oğlanqala mərmərləşmiş əhəng daşı yatağı
Oğlanqala yatağı — mərmərləşmiş əhəng daşı Şərur rayonu ərazisində, Şərur d.y.st.-ından 8 km şimal-şərqindədir. == Geoloji quruluşu == Geoloji quruluşunda Üst Karbon yaşlı, tünd-boz və qara rəngli kristallik mərmərləşmiş əhəngdaşılar iştirak edir. == Tektonik cəhəti == Tektonik cəhətdən Dizə-Sədərək sinklinalının cənub-qərb qanadında yerləşir. Faydalı qat xırda və orta dənəli olub, müxtəlif istiqamətdə kalsit damarları ilə kəsilir. == Sıxlığı == Sıxlığı 2,53-2.72 t/m³-dir. == Tərkibi == Tərkibində CaO-nın miqdarı 51,8% təşkil edir. Əhəngdaşı yüksək keyfiyyətli üzlük daşı və dekorativ çınqıl kimi yararlıdır. Yatağın sənaye ehtiyatı 2299 min m³, blok çıxışı 35%-dir.