Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şleqeli pinqvini
Şleqeli pinqvini (lat. Eudyptes schlegeli) — Kəkilli pinqvinlər cinsinə daxil olan, Makkuori adasının endemik canlısı. Şleqeli pinqvinləri orta ölçülü pinqvinlər hesab edilir. Uzunluğu 70 sm, çəkisi isə 6 kq təşkil edir. Yetkin pinqvinlər vaxtlarının nöyük hissəsini okeanda keçirir. Əsasən kril, kiçik balıq və zooplanktonla qidalanır. Əvvəllər Şleqeli pinqvini Makaronlar pinqvini ilə eyni növə daxil edilirdi. Makkuori adasının iqlimi mülayimdir. Antarktidada yaşayan pinqvinlərlərdən fərli olaraq iki yumurta qoyurlar. İnkubasiya dövrü 35 gündür.