Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsmələr
Əsmələr — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Əsmələr kəndi Maşaver çayının sol sahilində, avtomobil yolunun kənarında, rayon mərkəzindən 7 km şərqdə, dəniz səviyyəsindən 445 m hündürlükdə yerləşir. == Əhalisi == 1870-ci ildə 6 ailədə 40 nəfər, 1918-ci ildə 66 nəfər, 1926-cı ildə 8 ailədə 43 nəfər, 2002-ci ildə 91 ailədə 286 nəfər, 2006-cı ildə 91 ailədə 268 nəfər.
Əsmərud
Əsmərud (fars. اسمرود‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 69 nəfər yaşayır (18 ailə).
Pelin Əsmər
Pelin Əsmər (1972, İstanbul) — Türkiyəli rejisor, prodüser və ssenarist. Boğaziçi Universitetinin İncəsənət və Ədəbiyyat fakültəsinin, Sosiologiya bölumunun məzunu olub. == Bioqrafiya == Pelin Əsmər 1972-ci ildə İstanbulda anadan olub. Atası əslən Türkiyənin Antaka şəhərindəndir. Boğaziçi Universiteinin məzunudur. Boğaziçi Universitetini bitirdikdən sonra Yavus Özkanın "Z1 Film Atölyesi"ndə bir il kino fakültəsində oxuyub.1995-ci ildən başlayaraq Türkiyədə və xaricdə rejissor köməkçisi olaraq uzun və sənədli filmlər çəkmişdir. Rejissor köməkçisi kimi çəkilişində iştirak etdiyi filmlər arasında "Cumhuriyet " (rejissor: Ziya Öztan), "Gönlümdeki Köşk" (rejissor: Elisabeth Rygard) və "Deliyürek" (rejissor: Osman Sınav) kimi filmlər var, bunlardan əlavə çoxlu sayda kommersiya filmləri çəkib.Pelin xanım həm də "Kadir Has Universiteti"nin Radio, Televiziya və Kino şöbəsində sənədli film haqqında mühazirələr oxuyub. == Karyerası == Pelin xanım karyerasına 1998-ci ildə Ziya Öztənin çəkdiyi "Cümhuriyyət" filmində rejissor köməkçisi olaraq başlayıb.2001-ci ildə daha iki filmdə rejisor köməkşisi olaraq çalışıb. 2002-ci ildə müstəqil olaraq çəkdiyi ilk film olan "Kolleksiyaçı" filmini ərsəyə gətirib. Pelin xanım bu filmi kolleksiyaçı olan əmisi Mithat Əsmərdən ilhamlanaraq ərsəyə gətirir.2005-ci ildə Pelin xanımın ilk səs küylu və ona uğur gətirən "Oyun" adlı sənədli filmi əsrsəyə gəlir.