Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adiant
Adiant; Baldırıqara (lat. Adiantum) - pteriskimilər fəsiləsinə aid bitki cinsi. == Etimologiya == Latın adı yunan dilindən (αδιαινειν) nəmlənməyən mənasını verir. Belə ki, bitkinin üzərinə düşən su dərhal axıb tökülür və beləliklə o quru qalır. == Yayılması == Əsasən tropik cinsdir. Növ müxtəlifliyinə görə iki əsas bölgədə yayılıb — Cənubi Amerikanın And dağları və Şərqi Asiyada (xüsusilə Çin florası 39 növü əhatə edir) Bu cinsin növləri rütubətli torpaqlarda bitir və qayalıqlar və şəlalələrin kənarları üçün xarakterikdir. == Növləri == == İstinadlar == Adiant:The Plant List saytında takson barədə məlumat.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Bruklin Netsdə forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. == Həyatı == Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant

Zöhrətüklü adiant
Adiantum capillus–veneris, baldırıqara (lat. Adiantum capillus–veneris) — adiantkimilər fəsiləsinin adiant cinsinə aid bitki növü. Bu, ayıdöşəyinin bir növüdür. Azərbaycanda bu bitki Abşеronda və Lənkəran dağlarında yayılmışdır. == Təbabətdə == Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xеyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu kеçəlləşmədə və yеni saçın çıxması üçün kömək еdir. Adiantın qurumuş "saçı"-nın həlimi ishala qarşı xеyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə еdir, həşəratlar dişləyərkən xеyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa komprеs qoymaq və məlhəm sürtmək baş ağrısına xеyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur.