Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Corylus avellana
Adi fındıq (lat. Corylus avellana) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. == Təbii yayılması == Amerikada, Kanadada, Kiçik Asiyada, Avropada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3-9 m-ə çatan, sıx çətirli, çox gövdəli ağac və ya koldur, çətiri yumurtavari, sıxbudaqlıdır. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Tumurcuqları yumurtavari, qırmızımtıl-qonur rənglidir, kənarlarında dəyirmi pulcuqları vardır. Yarpaqları 6-12 sm uzunluqda, 5-9 sm enində, dəyirmi, yumurtavari-dəyirmi və ya oval formadadır, dib hissəsi bir qədər qeyri-bərabər ürəkvaridir, təpə hissəsi kəskin surətdə mişardişlidir, yuxarı hissəsində 5-6 iri dilimvari diş vardır, üst tərəfi tünd-yaşıl, bulanıq, alt tərəfi açıqdır; cavan yarpaqlarının üzəri seyrək tüklüdür, sonralar üst tərəfi çılpaqlaşır, alt yan damarları 8-10 cütdür. Yarpaq saplaqlarının uzunluğu 10-20 mm-dir. Çiçəkləri müxtəlifcinslidir. Erkəkcik sırğaları 2-5 sm uzunluqdadır, 3-5-i bir yerə toplanmışdır.
Pallant (titan)
Pallant (yun. Πάλλας) –yunan mifologiyasında kiçik titan, Krios və Evribiyanın oğlu, Hesioda görə okeanida Stiksin əri, Qısqncın, Qüvvətin, Gücün və Zəfərin atası.