Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi
Kazan Kremlinin Blaqoveşenskiy kilsəsi (rus. Благовещенский собор Казанского кремля) — Kazan Kremlinin ərazisində yerləşən kilsə. XVI əsrdə inşa edilmişdir. Pskov memarlıq məktəbinin nümunəsidir. Kremlin ərazisində yerləşən ən qədim tarixi memarlıq abidəsidir.
== Tarixi ==
Kilsənin yerində əvvəl 1552-ci ildə taxta kilsə inşa edilmişdir. 1562-ci ildə çar İvan Qroznının əmri ilə əhəngdaşından kilsə ucaldılmışdır. Kilsədə 1596, 1672, 1694, 1742, 1749, 1757 illərdə yanğınlar baş verib. 1736-cü ildə kilsə restavrasiya olunub və bir neçə dəyişikliklər həyata keçirilib (gümbəzlər soğanvari gümbəzlər ilə əvəz olunub, mərkəzi gümbəz barokko üslubunda uc ilə bəzədilib, qərb tərəfdə birmərtəbəli qonaq evi və pilləkənli eyvan tikilib).
1815-ci ildə kilsədə güclü yanğın baş verib və bura 2 il boş qalıb.