Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buravar
Buravar — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Buravar kəndi Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Cəlilabad rayonunun Ləkin inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin yamacındadır. Kənd ərazidəki eyniadlı silsilənin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1017 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Etimologiyası == Burovar coğrafi adının tərkibindəki "bur" sözü talış dilində "hündür", "yüksək", "o" birləşdirici sait, var komponenti isə qədim türk mənşəli termin olub, "kənd", "məskən" bildirir (Yüksək dağ kəndi).
Buğavar
Buğavar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Buğa (erkək maral) sözündəndir.