Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Larisa Vinoqradova
Larisa Afanasyevna Vinoqradova (5 dekabr 1947 – 16 sentyabr 2009, Bakı) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Larisa Vinaqradova Afanasyevna 5 dekabr 1947-ci ildə Türkmənistanın Mari şəhərində anadan olmuşdur. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinin vokal sinfini bitirmişdir. 1 dekabr 1968-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının xor artisti vəzifəsinə qəbul edilmişdir. Bir qədər sonra aktyor kimi II dərəcəli artist-vokalist keçirilir. Daha sonra aparıcı səhnə ustası kimi fəaliyyətini davam etdirmişdir. Teatrda işlədiyi müddət ərzində bir neçə rollar ifa etmişdir. "Şən dul qadın"da Qanna, "Maritsa"da Qrafinya Maritsa, "Silva"da Silva, "Düyməcik"də Feya, "Bayadera"da Odetta, "Uçan sıçan"da Rozaminda, "Foz Mari"də Vanda, "Çelovek iz Lamonci"də Aldonso, "Drakon"da Elza, "Razvod po-polski"də Krısya, "Mənim gözəl xanımım"da Eliza, "Arşın mal alan"da Gülçöhrə, "Sabahın xeyir, Ella!"da Ella, "Bir dəfə Bağdadda" Züleyxa, "Sıqan prmyer"də Yulyuşka, "Qırmızı papaq"da ana, "Perekryostok"da Zümrüd kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. Subay idi. Larisa Vinaqradova Afanasyevna 16 sentyabr 2009-cu il də Bakı şəhərində vəfat etmişdir.
Zore Vinoqradova
Zore Vinoqradova (17 (30) noyabr 1916 – 18 may 1989, Odessa) — Sovet bioloqu. Biologiya elmləri doktoru (1958). == Bioqrafiyası == 17 noyabr 1916-cı ildə Feodosiya vilayətinin Kulçora kəndində kəndli ailəsində anadan olmuşdur. Atası 1938-ci ildə repressiyaya məruz qalmış və əmək islah düşərgədə dünyasını dəyişmişdir. Zore ilk təhsilini kənd məktəbində alır. 12 yaşında Feodosiya internat məktəbinə daxil olur. Daha sonra fəhlə məktəbini bitir. Sonra Krım Pedaqoji İnstitutunun tələbəsi olur. 1937-ci ildə "müəllim" ixtisasına yiyələnərək Krım tatar məktəbində müəllim və Sudakdakı orta məktəbdə kimya müəllimi işləmişdir. Konstantin Vinoqradovun dəvəti ilə 1938-ci ildə Qara-Dağ bioloji stansiyasında tədqiqatçı olur.