Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Le-Vinyo
Le-Vinyo (fr. Les Vigneaux, oks. Los Vinhaus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. L'Arjantyer-la-Besse kantonuna daxildir. INSEE kodu — 05180. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 464 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm və qoyunçuluq təşkil edir. Yerli torpaq əkinçilik üçün uyğun deyil.
Vinko Paradzik
Vinse Borbaş
Vince Borbaş (mac. Vince Borbás; 29 iyul 1844 – 7 iyul 1905, Kluj-Napoka) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Vince Borbaş bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1872: Pestmegye flórája… 1874: Jelentés a Bánság területén végzett növénytani kutatásokról. 1876: Adatok a sárga virágú szegfüvek… 1877: Adatok Arbe és Veglia szigetek nyári flórája… 1887: Vasvármegye növényföldrajza és flóraja. 1878: Vizsgálatok a hazai Arabisek és egyéb Cruciferák közül. 1878: Floristikai közlemények… 1879: Floristicai adatok (Roripák)… 1879: A hazai Epilobiumok ismeretéhez. 1879: Budapest és környékének növényzete. 1880: A magyar birodalom vadon termő rózsái monográfiájának kísérlete. 1881: Az elzöldült szarkaláb, mint morphologiai útmutató.
Vinson massivi
Vinson massivi — Antarktidanın ən hündür dağıdır. Cənub qütbündən 1200 aralıda yerləşir. Öz növbəsində Elsuort dağlarının tərkib hissəsini təşkil edir. Massivin uzunluğu 21 km, eni isə 13 km təşkil edir. Massivin mövcudluğu haqqında ilk məlumat 1957-ci ilə aiddir. Massiv təyyarədən aşkarlanmışdır. Massiv amerikalı siyasətçi Karl Vinsonun şərəfinə adlandırılmışdır. Ən hündür zirvəsi Vinson pikidir. Dağın hündürlüyü 4892 metr təşkil edir.
Vinyo (İzer)
Vinyö (fr. Vignieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tur-dyu-Pen kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38546. Kommunanın 1999-cı il üçün əhalisi 706 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 220 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Vins Borbaş
Vince Borbaş (mac. Vince Borbás; 29 iyul 1844 – 7 iyul 1905, Kluj-Napoka) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Vince Borbaş bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == 1872: Pestmegye flórája… 1874: Jelentés a Bánság területén végzett növénytani kutatásokról. 1876: Adatok a sárga virágú szegfüvek… 1877: Adatok Arbe és Veglia szigetek nyári flórája… 1887: Vasvármegye növényföldrajza és flóraja. 1878: Vizsgálatok a hazai Arabisek és egyéb Cruciferák közül. 1878: Floristikai közlemények… 1879: Floristicai adatok (Roripák)… 1879: A hazai Epilobiumok ismeretéhez. 1879: Budapest és környékének növényzete. 1880: A magyar birodalom vadon termő rózsái monográfiájának kísérlete. 1881: Az elzöldült szarkaláb, mint morphologiai útmutató.
Vins Qilliqan
Corc Vinsent Qilliqan Cr. (ing. George Vincent Gilligan Jr.; 10 fevral 1967, Riçmond) — amerikalı ssenarist, prodüser və rejissor. AMC kanalında yayımlanan "BədBəxt" və "Ən yaxşısı Sola zəng et" teleserialının yaradıcısıdır. O, həmçinin "Məxfi materiallar" teleserialının icraçı prodüseri olmuşdur. Qilliqan dörd "Praymtaym Emmi" və bir "BAFTA" mükafatı laureatıdır. Qilliqan televiziyadan əlavə 2008-ci ildə işıq üzü görmüş "Henkok" filminin ssenarisini yazmışdır, o həmçinin 2019-cu ildə buraxılmış "Bədbəxt" serialının davam filmi "El Kamino"nun rejissorluğunu və prodüserliyini edib. == Həyatı == Vins Qilliqan 10 fevral 1967-ci ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Onun anası Gail ibtidai məktəb müəllimi, atası Corc sığorta sahəsində çalışıb. Valideynləri 1974-cü ildə boşanıblar.
Binqo
Binqo vilayəti (備後国, Binqo no kuni) — Yaponiyanın Honşu adasının qərbində, Tohoku regionunda mövcud olmuş tarixi vilayət. Müasir dövrün Hiroşima prefekturasının qərb hissəsini əhatə etmişdir. == Tarixi == Qədim dövrlərdə Binqo Kibi (吉備国) dövlətinin tərkib hissəsi olmuşdur. VII əsrdə üç hissəyə, Binqo (備後 — Arxa Kibi), Bittyü (備中 — Orta Kibi) və Bidzenə (備前 — Ön Kibi) bölünmüşdür. Binqo vilayəti Daxili Yapon dənizinin sahilində xüsusi strateji önəmə malik idi. Tomo və Onomiti limanları paytaxt Kiotodan qərb vilayətlərinə gedən strateji yolun üzərində yerləşirdi. XVI əsrdə Binqo vilayəti Mori klanının ərazisi idi. XVII–XIX əsrlərdə isə sahilyanı torpaqlar Tokuqava klanı ilə qohumluq əlaqələri olan Masudayra ailəsinin torpağı olmuşdur. Şimaldakı dağlıq ərazi qonşuluqdakı Aki vilayətinə sahib olan Asano klanı tərəfindən idarə olunurdu. 1875-ci ildə keçirilmiş inzibati islahat nəticəsində vilayətin ərazisi yeni yaradılmış Okayama prefekturasına daxil edilsə də, bir il sonra Hiroşima prefekturasına daxil olmuşdur.
Binsu
Patbinsu və ya sadəcə Binsu — doğranmış meyvə, qatılaşdırılmış süd, meyvə siropu və qırmızı lobyanın da daxil olduğu xırdalanmış buz dənəcikləri ilə hazırlanan məşhur Koreya deserti. Əgər tərkibinə qırmızı lobya daxil edilməzsə o zaman bu desert sadəcə binqsu adlanır. (Patbinsu sözündəki pat-qırmızı lobya mənasına gəlir). == Tarixi == Patbinsunun ilkin forması üyüdülmüş buz, qırmızı lobya, doq, fıstıq tozu və s. 2-3 inqrediyentdən ibarət idi. Patbinsunun bu ilkin forması Coson sülaləsi (1392-1910) dövründən mövcud idi. Məmurların buzları üyüdüb üzərinə meyvə qoyaraq yedikləri ilə bağlı müxtəlif tarixi qeydlər görə bilərik. Patbinsunun müasir forması Yaponiya müstəmləkəsi (1910-1945) dövründə qırmızı lobyadan hazırlanan soyuq yeməklərin tətbiqi sayəsində kəşf edilmişdir. Lakin ilk dəfə üyüdülmüş buz və qırmızı lobya Koreyada bir-birinə qatılaraq desert olaraq təqdim olunmuşdur. Koreya müharibəsi (1950-1953) zamanı xarici mədəniyyətlərin təsiri ilə binsuya meyvə kokteyli, dondurma, müxtəlif meyvələr, qoz-fındıq, şərbət, çırpılmış qaymaq əlavə edildi.
Dinqo
Dinqo (lat. Canis lupus dingo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Konso
Konso və ya Karati — Efiopiyanın cənub-qərbindəki Saaan çayı üzərində bir şəhərdir. Qonşu sakinlərdən bəziləri tərəfindən Pakavle adlanır. == Tarix == 1897-ci ildə Efiopiya imperatoru II Menelik şəhəri ələ keçirdi. Konso və onun mədəniyyəti XX əsrdə tədricən avropalılar tərəfindən aşkar edildi. Ata Azais 1931-ci ildə Vaqa (va'kka) heykəllərini təqdim etdi. 1956-cı ildə Murdok şəhərin arxeoloji meqalitlərini çuşti xalqı ilə əlaqələndirdi. 1962-ci ildə nəşr olunan Markets of Africa-da müəllif şəhərdəki yüksək səviyyəli qədim iqtisadi inkişafları qeyd edir. 1984-cü ildə Amborn bölgənin tarixi əmək tələb edən kənd təsərrüfatı texnikalarını öyrəndi. Ərazi, ümumdünya mədəni əhəmiyyətinə görə 30 sentyabr 1997-ci ildə UNESCO-nun Müvəqqəti Ümumdünya irsi siyahısına, 2011-ci ildə isə rəsmi olaraq Ümumdünya irsi siyahısına daxil edildi. Konso, Efiopiyada "mədəni landşaft" olaraq tanınan ilk yerdir.
Miniso
Miniso (sadələşdirilmiş çincə: 名创优品; ənənəvi çincə: 名創優品; pinyin: Míngchuàng Yōupǐn; hepbörn: Meisō Yūhin) və ya stilizə olunmuş adı ilə メイソウ – dərs ləvazimatı, kosmetika, oyuncaq və mətbəx əşyaları satan Çin mağazalar şəbəkəsi. 2011-ci ildə çinli sahibkar Ye Quofu tərəfindən Aiyaya şirkətinin qolu kimi qurulan şirkətin baş qərargahı Çinin Quançjou şəhərində yerləşir. 2015-ci ildəki gəlirləri 769,9 milyon ABŞ dolları olan şirkətin gəlirləri növbəti il 1,5 milyard ABŞ dolları olmuşdur. Miniso'nun Asiya, Avropa, Okeaniya, Afrika, Şimali Amerika və Cənubi Amerikada 1800-dən çox mağazası var. 2015-ci ildəki planlarına görə gələcəkdə bütün dünyada 6000 mağaza açmaq istəyirlər. == Tarixi == Miniso 2011-ci ildə çinli sahibkar Ye Quofu tərəfindən qurulmuşdur. Şirkət Çində qurulmasına və Yaponiyada mağazası olmasına baxmayaraq əvvəlcə Yaponiya brendi olduğunu elan etmişdir. Miniso daha sonra Çinin xaricində 1800-dən çox mağazasını açmışdır. 2017-ci ilin yanvarına Miniso Şimali Koreya bazarına daxil olmaq istədiyini və dörd ay sonra Pxenyanda ilk mağazasını açmağı planlaşdırdığını bildirmişdir. "The Economist" jurnalına görə mağaza ölkədə populyar olmuşdur.
Minos
Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
Minsk
Minsk (belar. Мінск) — Belarusun paytaxtı, Minsk vilayətinin və Minsk rayonunun inzibati mərkəzi. Sahəsi 348.84 km² olan şəhərin əhalisi 2017-ci il hesablamalarına görə 1,974,800 nəfərdir. == Tarixi == === Qədim tarix === Minsk şəhərinin indiki ərazisi eradan əvvəl 9-cu əsrdə qədim şərq slavyanları tərəfindən məskunlaşmışdır. Svisloç çayı vadisi iki erkən şərqi slavyan tayfalarından olmuş Kriviçlər və Dreqoviçlər arasında sərhəd idi. 980-ci ildə ərazi Kiyev Rus Dövlətinin ən qədim şərqi slavyan kyanzıqlarından biri olan Polotsk knyazlığına daxil edilmişdir. Minsk adı ilk dəfə 1067-ci ildə Nemiqa çayı döyüşü ilə əlaqədar olaraq Əsas Xronikada Měnesk' (Mѣnesk') formasında qeyd olunmuşdur. Buna görə də 1067-ci il Minskin əsasının qoyulduğu il kimi geniş qəbul olunmuşdur. Şəhər hakimiyyəti isə 2 sentyabr 1067-ci il tarixini şəhərin dəqiq quruluş tarixi kimi hesab edir, lakin şəhər o vaxta kimi bir müddət mövcud idi. Minsk adının mənşəyi məlum deyil, lakin bu haqda bir neçə nəzəriyyə mövcuddur.
Ninbo
Ninbo — Çin Xalq Respublikasında Zhejiang əyalətinin şərqində yerləşən şəhər. Qeyri-rəsmi hesablamalara görə şəhərdə 7.605.700 insan yaşayır. Hangzhou körfəzinin cənubunda yerləşən Ninbodan Şərqi Çin dənizi də keçir.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Pinoso
Pinoso (isp. Pinoso) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 126,9 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7909 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 56 km uzaqlıqda yerləşir.
Pinsk
Pinsk (belar. Пінск) — Belarusda şəhər. Brest vilayətində yerləşən bu şəhər Pinsk rayonunun inzibati mərkəzidir. 1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən şəhər əhalisinin sayı 138,045 nəfərdir. Pinsk Polesiya ərazisinin tarixi və mədəni mərkəzlərindən biri hesab olunur.
Şinço
Şinço (新潮, Shinchō; Yeni dalğa) — "Shinchosha" tərəfindən nəşr olunan Yaponiya aylıq ədəbi jurnalı. 1904-cü ildə fəaliyyətə başlamasından bəri bir çox aparıcı yapon yazıçılarının əsərlərini nəşr etdirmişdir. Bu, Yaponiyanın aparıcı beş ədəbi jurnalından biridir. Jurnalda Yaponiya ədəbi əsərlərinin ingilis dilinə tərcümələri dərc olunur. Jurnal "Şinço ədəbi mükafatı"nı təqdim edir.
Cinşi
Cinşi (çin. 進士; pinyin: jìnshì) ― Çin imperiyasında imperiya imtahanında ən yüksək və son dərəcə idi. İmtahan adətən imperiyanın paytaxtında sarayda aparılırdı və buna Paytaxt İmtahanı da deyirdilər. Cinşi dərəcəsi ilk dəfə dövlət qulluğu imtahanının institutlaşdırılmasından sonra yaradılmışdır. Əvvəlcə altı kateqoriya üçün idi, lakin sonradan vahid dərəcəyə birləşdirildi. Bu sistem ilk dəfə Han sülaləsi dövründə yaradıldı. Tan sülaləsi boyunca hər il imtahan verənlərin təxminən 1-2%-i cinşi titulu qazanırdı. == Növləri == Cinshi cidi (進士及第, hərf. "seçilmiş cinşi"), saray imtahanındakı birinci dərəcəli məzunlar, adətən yalnız ilk üç şəxs bu ada layiq görülürdü. Çuanqyuan (狀元, hərf.
Kinto
Kinto (gürc. კინტო) və ya Kintauri — gürcü rəqsi, Şalaxonun sədaları altında oynanılır. == Tarixçə == Oleq Panfilova görə, kintouri rəqsi əfqan baçabozi rəqsinə ritm, bədən və əl hərəkətləri, hətta geyimlərinə görə oxşayır. Kintourini qara enlibalaq şalvarda, baçabozini isə qadın paltarı geyinən kişilər ifa edir. Rəqslərdəki oxşarlıq Gürcüstan tarixi kitablarında kintonu müxtəlif şənliklər və ya bayramlarda kişiləri əyləndirən yüngül əxlaqlı kişilər kimi təqdim edən hekayələr və şəhər əfsanələri ilə təsdiqlənir. Kinto mahnılarının mətnlərində balaca oğlana ("patara biçi") müraciət kimi bir oxşarlıq da var. Doğrudur, məhəbbət məzmunlu müasir kinto mahnılarında əsas fiqur balaca qızdır ("patara qoqo"), ancaq yaşlı insanlar da xatırlayırlar ki, əvvəllər bu mahnılarda balaca oğlandan və ona olan məhəbbətdən danışılırdı. Tengiz Verulavın məqaləsində fars ənənələri ilə analogiyalar nümayiş olunur. O güman edir ki, orta əsr İranına söykənən kinto ənənəsi kinto davranışının daha sonrakı təsvirləri ilə — yalan, hiyləgərlik, fırıldaqçılıq ilə də uzlaşır. XIX əsrin sonuna aid Tiflis folklorunda kinto kəkələyən Artur aid hesab olunan belə bir mətn var: Ancaq bu iki rəqsləri fərqləndirən cəhətlər də var.
Şinzo
Şinzo — ad. Şinzo Abe — Yaponiyanın keçmiş Baş Naziri (2012–2020). Şinzo Koroki — Yaponiya futbolçusu.
Acremonium cinsi
Acremonium cinsi — göbələklər aləminin Ascomycota şöbəsinin Hypocreales sırasının Acremonium cinsinə aiddir. == Təsviri və təbii mühiti == Acremonium növləri cosmopolitan,filamentar göbələklərdirlər ki,adətəd bitki qalıqları və torpaqda geniş yayılıblar. Acremonium növlərində cinsi çoxalma müəyyənləşdirilmədiyindən onları bir çox müəlliflər Deuteramycota şöbəsinə aid edirlər. Digərləri isə struktur xüsusiyyətləri Ascomycota şöbəsinə bənzədiyindən onları bu şöbəyə aid edirlər. == Növləri == Xəstəlik törədicisi kimi Acremoniumun əsasən 3 növü geniş yayılıb.Acremonium falciforme, Acremonium kiliense,Acremonium recifeii. == Patogenlik və klinik xüsusiyyətləri == Ağ taxıllarda mikozlar yaradırlar. Nadir hallarda göz xəstəlikləri,endokardit,peritonit,osteomielit və digərlərinin yaranmasına şərait yaradırlar. == Makroskopik xüsusiyyətləri == Acremonium cinsli göbələklərin koloniyaları özünəməxsus sürətlə inkişaf edir və 5 günə tam inkişfa çatırlar. 25C də PDA(Potato dextrose agar-kartoflu qidalı mühit) 7 gün qaldıqdan sonra koloniyaların ölçüsü 1–3 sm olur. Yaşlandıqca koloniyaların səthi sərbəst hiflərin böyüməsi ilkə əlaqədar olaraq pambığabənzər forma ala bilər.
Ammara Pinto
Ammara Pinto (14 sentyabr 1997) — Malavili üzgüçü. Ammara Pinto Malavini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ammara Pinto birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.32 saniyəlik nəticəsi ilə 71-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).