Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vetçina
Vetçina — duzlanmış və hisə verilmiş, arxa və ya ön kürək sümüyü və ya digər hissəslərdən, məsələn, qabırğadan hissədən olan donuz, o cümlədən, dana, hind quşu, toyuq və s. əti. Vetçina bir növ kolbasa məmulatıdır. Müsəlmanlar və yəhudilər tərəfindən donuz ətinin qadağan olması səbəbi ilə istifadə olunmur. Lakin digər ətlərdən hazırlanmış vetçinadan istifadə etmək sərbəstdir. Kolbasadan fərqli olaraq o hamar, bütöv ət tikəsindən olur. Ət sümükdən bütöv lay-lay, yağdan ayrılır, marinadda saxlanılır, preslənir. Vetçinanın çiy, bişmiş və hisə verilmiş növü olur. == Tarixi == Tüstünün tərkibində 200-dən çox müxtəlif kimyəvi birləşmə var ki, onlardan da əsasən bir neçəsi ərzağa xüsusi dad və qoxu verir. İstiyə və tüstüyə məruz qalmış ərzağın (ət, balıq və sairə) tərkibindəki su azalır, mikroorqanizmlərin çox hissəsi məhv olur, fiziki-kimyəvi proses gedir, oksidləşməsinin qarşısı alınır, dad xüsusiyyətləri zənginləşir və uzun müddət xarab olmadan qala bilir.
Qatçina
Qatçina (rus. Гатчина) — Rusiyanın Leninqrad vilayətində yerləşən şəhər. Şəhər Sankt-Peterburqun 45 km cənubundadır. Şəhər Qatçina rayonunun mərkəzidir. Ərazisi 28,75 km² olan şəhərin əhalisi 2010-cu il etibarı ilə 92,937 nəfər dir.Qatçina, Dünya Mirası olan Sankt-Peterburq Tarixi Mərkəzi və Abidələr Bağlı Qrupların bir parçasıdır.
Naumaxiya (Qatçina)
"Naumaxiya" — Leninqrad vilayətinin Qatçina şəhərində Silviya parkının şimal sərhədində Kolpanka çayının sahilində yerıəşən hovuzdur. Tikili XVIII əsrin sonlarında - 1797-1799-cu illərdə Nikolay Lvovun layihəsinə əsasən tikilmişdir. XVIII əsrin sonlarında Kolpanka çayının sahilində tikinti işlərinin aparıldığı zaman N.Lvov "şlüzlü Kaskad" adlanan bəndin tikildiyi büllur kimi şəffaf suya diqqət yetirir. Memar burada miniatürdə Sirakuzada keçirilən dəniz döyüşlərinin (navmaxiya) nümayiş olunduğu antik teatra oxşar "Naumaxiya" hovuzunu yaratmaq qərarına gəlir. Özünün yaratdığı Naumaxiyaya memar Lvov XVIII əsrin ikinci yarısında əksər peyzaj parklarını bəzəyən antik xarabalıq xarakterini vermişdir. Suyun mənbəyi qranitlə çərçivəyə alınmışdır. Həmin çərçivəyə alınmış yerə antik xarabalığa oxşar şəkildə mərmər sütunlarla bəzədilən daş pilləkanlar aparırdı. Yarıməsr mövcudluğu ərzində hava amillərindən asılı olaraq öz əvvəlki görkəmini itirmişdir. 1854-cü ildə tikilinin təmir işləri aparılmış, hovuz, terras və pilləkanlar yenidən yaradılmışdır. Sonradan burada heç bir iş aparılmamışdır.
Böyük Qatçina sarayı
Böyük Qatçina sarayı 1766-1781-ci illərdə II Yekaterinanın favoriti qraf Qriqori Orlov üçün Antonio Rinaldinin layihəsinə əsasən tikilmişdir. Gümüş gölün yanındakı təpədə yerləşən saray hal-hazırda hündür ağaclarla əhatələnmişdir və orta əsrlər qəsrini xatırladır. Sarayın interyeri XVIII əsrin ikinci yarısında mövcud olan rus klassizmi və XIX əsr tarixiliyi nümunəsindədir. Saray çar ailəsinin istirahət etdiyi ən sevimli yerlərdən biri olmuşdur. == Sarayın tarixi == == Tikintisi == 1765-ci ildə II Yekaterina knyaz Boris Aleksandroviç Kurakinaidən Qatçina xutorunu almışdır. Heç bir sənəddə öz təsdiqini tapmasa da deyilənə görə II Yekaterina bu yeri öz favoriti qraf Qriqori Qroqoriyeviç Orlova 1762-ci ildə onun imperatriçə olması ilə nəticələnən saray çevrilişinin təşkilində iştirakına minnətdarlıq əlaməti olaraq bağışlamışdır. 30 may 1766-cı ildə xutor ərazisində Qatçina sarayının tikintisinə başlanılmışdır. Saray layihəsinin hazırlanması saray memarı italyan Antonio Rinaldiyə həvalə olunmuşdur. Qatçinada o, italyan villasını canlandırmağa cəhd göstərsə də, lakin İtaliyada mövcud olan ənənəvi bağ quruluşu ilə yox, məhz ingilis peyzajı ilə əhatə olunması bu sarayın tutqun orta əsrlər qəsri ilə assosiasiya yaratmasına səbəb olmuşdur. Bu sarayın orta əsrlə qəsrinə oxşarlığını divarlarına, qüllələrinə və yeraltı gedişlərə daş üz çəkilməsi olmuşdur.
Vörcin (Formula-1 komandası)
Vörcin (ing. Virgin Racing) avtomobil yarış komandası, 2010-2011-ci illərdə Formula 1-də iştirak etmişdir.Bu yarışda iştirak etmək üçün komanda, hüquqları 2009,12 iyunda alır. == Tarixi == Koomandanın prototipi Formula 3 yarışlarında iştirak edən Manor Motorsport idi və komanda 2010-cu il başlanğıc sezonda Manor Grand Prix adı altında çıxış etməli idi. Lakin komanda Richard Branson tərəfindən alındı və Virgin Racing adına dəyişdirildi. Komanda Britaniya lisenziyasına sahib idi. Nikola Fomeko rəhbərlik etdiyi Marusya motors komandanın sponsoru idi. Həmçinin Fomenka mühəndislik şöbəsinə rəhbərlik edirdi. 2010 cu ildə komanda bütövlükdə satıldı və Marussia Virgin Racing adına dəyişdirildi. 2012-ci ildə Komanda Rusiya bayrağı altında fəaliyyət göstərdi və ad dəyişilərək Маруся oldu. Vörcin və Marusya komandaları Cosworth mühərriklərindən istifadə edirdi.