Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kazatsa
Kazatsa (it. Casazza) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Əhalisi 3481 nəfər, əhalinin sıxlığı 497 nəfər/km²-dir. Sahəsi 7 km² ərazini tutur. Poçt kodu - 24060. Telefon kodu - 035. Müqədəs şəhid Lourens kommunanın himayədarı hesab olunur və 10 avqustda onun üçun bayram qeyd edilir.
Varaxşa
Varaxşa — Buxara vilayətinin Condor rayonunda, Buxaradan (Özbəkistan) 30 kilometr qərbdə yerləşən qədim yaşayış məskəni. Qədim yaşayış məskəninin bu hissəsi, ərəb istilasından əvvəl Buxara vahəsini idarə edən Buxarxudatların iqamətgahı olub. Burada həyat XI əsrdə dayanıb. Varaxşanın tənəzzül səbəblərindən biri vahənin suvarma sistemlərində suyun qıtlığı olub. Yaşayış məskəninin sahəsi 100 hektar olub. Varaxşa vahənin qərb sərhəddində mühüm hərbi forpost olmaqla yanaşı, həm də Buxara vahəsinin mühüm siyasi və mədəni mərkəzi idi. Varaxşa həmçinin, Buxara ilə Xarəzm arasındakı yolda yerləşən ticarət mərkəzi olub. X əsr tarixçisi Əbu Bəkr Narşahi Varaxşa haqqında aşağıdakı məlumatları verib: Bura böyük yaşayış yerlərindən biridir. Böyüklüyünə görə Buxara şəhərindən geri qalmayan ərazi təməli baxımından da Buxaradan daha qədim olub. Bəzi mənbələrdə kənd, Varaxşa adı ilə deyil, Rəcfəndun adı ilə də qeydə alınıb.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Lardye-e-Valansa
Lardye-e-Valansa (fr. Lardier-et-Valença, oks. Lardier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Tallar kantonuna daxildir. INSEE kodu — 05071. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 928 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 169 nəfərin (15-64 yaş arasında) 124-ü iqtisadi cəhətdən, 45-i fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 77.2%). Fəal 124 nəfərdən 115 nəfəri (57 kişi və 58 qadın), 9 nəfəri işsizdir (5 kişi və 4 qadın).
Vaasa Universiteti
Vaasa Universiteti (fin Vaasan yliopisto, isv. Vasa universitet) — Finlandiyanın Vaasa şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1968-ci ildə qoyulmuşdur.