Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vlado Goreski
Vlado Goreski (21 aprel 1958, Bitola) — Makedoniyalı rəssam. Lyublyana, Sloveniya Rəssamlıq Akademiyasını, va Skopye İncəsənət Tarixini bitirib,,,,.. Beynəlxalq Qrafik Triennalının bədii rəhbəri - Monastır.. 100-dən çox qrup sənət sərgisində iştirak edib və iyirmi solo sərginin müəllifidir:Sloveniya, Xorvatiya, Fransa, İngiltərə, İtaliya, Meksika, Polşa, Rusiya, Yaponiya... Bədii uğurlarına görə iyirmidən çox mükafat qazandı. Vlado Goreski, Drypoint I, Galerie Jan SENNY, 2019. Vlado Goreski, Nocturne, variationer, Galerie Van Gis, 2018. Vlado Goreski, Cathedral – 2. Vlado Goreski, Drypoint I, 2019.
Ruskiy Zavarot
Ruskiy Zavarot — Barens dənizi sahilində, Nenets Muxtar Dairəsi ərazisində yerləşən yarımada. Yarımada 2–3 km enə və 45 km uzunluğa malikdir. Yarımada bütünlüklə tundra bitkiləri ilə örtülü olur. Yarımadadan cənubda yerləşən dəniz ərazisi Peçora dənizi adlanır. Yarımada qum materialından təşkil edilmişdir. Yarımada eyni adlı burunla bitir. Yarımadadan şərqdə Gəzən Pişiklər adaları yerləşir. Vaxtı ilə isə burunun cənubunda Xodovarixa qəsəbəsi yerləşirdi.
Ruskiy adası
Ruskiy adası (Krasnoyarsk diyarı)
Anna Qreki
Anna Qreki (14 mart 1931, Batna (şəhər) – 6 yanvar 1966, Əlcəzair) — Əlcəzair yazıçısı. == Həyatı == Əlcəzairdə doğulub böyümüş, milliyyətcə fransız olan qəribə taleli şairlərdən biridir. O, gənc yaşlarından Əlcəzairin istiqlaliyyəti uğrunda mübarizəyə qoşulmuş, təqib və həbs olunmuş, əzab çəkmişdir. Ölkə istiqlaliyyət qazandıqdan sonra Anna müxtəlif mətbuat orqanlarında çalışmış və fransız ədəbiyyatından dərs demişdir, lakin o, azad Əlcəzairə dördcə il xidmət edə bilib. 1966-cı ildə 35 yaşında ikən vəfat edib. Ölümündən əvvəl cəmi bir şeirlər kitabı və bir romanı çapdan çıxıb. İkinci şeirlər kitabı isə ölümündən az sonra nəşr olunub. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 89.
Edi Reski Dviçayo
Edi Reski Dviçayo (13 may 1998, İndoneziya) — Azərbaycanı təmsil edən badmintonçu. == Karyerası == Edi Reski Dviçayo Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi. Edi Reski Dviçayo Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü. Edi Reski Dviçayo olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı. İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Reski Dviçayo Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi. İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Reski Dviçayo Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi. Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı. Edi Reski Dviçayo 2024-cü ilin aprelində Dünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlinin nəticələrinə əsasən 28-ci pillədə qərarlaşaraq lisenziyalara sahib oldu.
Ruskiy adası (Krasnoyarsk diyarı)
Ruskiy adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhətələnmişdir. İnzibsti cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaqın ən iri və ən şimalda yerləşən adasıdır. Ruskiy adasının sahəsi 309 km² təşkil edir. Ada şimal-qərbdən cənub-qərbə uzadılmış formadadır. Qərbində yerləşın Ruskiy Zapodnıy burnu ilə şərqindəki Ruskiy Severnıy burunları arasında məsafə 38 kilometr təşkil edir. Eni isə cəmi 13 km-dir. Ada maksimal hündürlüyü 30 metr olan təpəliklərdən ibarətdir. Şimal sahili sıldırımlıdır.
Ruskiy adası (Primorsk diyarı)
Ruskiy adası — Vladivostok şəhərindən bir kilometr aralıda yerləşən və Vladivostok şəhər dairəsinin bələdiyyə quruluşunun bir hissəsini təşkil edən ada. Yapon dənizinin Böyük Pyotr körfəzində yerləşən bir adadır. İmperatrisa Evgeniya arxipelaqına daxildir. Adanın sahəsi 97,6 km², uzunluğu təqribən 18 km, eni 13 km-dir. Ada sahillərində bir neçə buxta vardır. Onlardan ən böyüyü Novik buxtasıdır. Şimal-qərbdən cənub-şərqə qədər 12 km məsafədə dar bir qol şəklində uzanır və daxili nəqliyyat arteriyası əmələ gətirir. Bu buxta adanı iki qeyri-bərabər hissəyə bölür: Cənub-qərb (daha böyük) Sayornı yarımadası adlanan şimal-şərq (daha dar). Ruskiy adası Yapon dənizindəki Böyük Pyotr körfəzində, Vladivostokdan cənubda (şəhərin qitə hissəsi ilə ada arasındakı ən kiçik məsafə 800 metrdir). Vladivostokun böyük hissəsinin yerləşdiyi Muravyov-Amurski yarmadasından, Ruskiy Şərqi Bosfor boğazı ilə ayrılır.