Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Detkor
Dotkom köpüyü
Dotkom köpüyü (ing. dot-com bubble) — 1990-cı illərin sonlarında internet üzərindən qurulmuş şirkətlərə yatırılan investisiyalar nəticəsində yaranmış iqtisadi köpüyüdür. Sürətlə inkişaf edən internet şirkətlərinin investorlar üçün cəlbedici olmağı, bu sahəyə həddindən artıq yatırılan maliyyəyə səbəb oldu. Dotkom köpüyü zamanı, kapital bazarlarının dəyərinin yüksək sürətdə artmasına misal olaraq NASDAQ indeksini gətirmək olar. Texnoloji şirkətlərin hökmranlıq etdiyi NASDAQ indeksi, 1995 və 2000-ci illər arasında 1000 punktdan 5000-dən yuxarı punkta qədər yüksəldi . 1995 və 2000-ci illər arasında beş qat artan NASDAQ indeksi 10 mart 2000-ci ildə 5,048.62 punkt ilə kulminasiyaya çatmışdır. 4 oktyabr 2002-ci il tarixində 1.139.90 punkta qədər enən indeks, ümumilikdə 76.81% azalmışdır. 2001-ci ilin sonunda, dotcom şirkətlərinin əksəriyyəti müflis olmuşdur. Hətta Cisco, Intel və Oracle kimi nəhəng mavi çip şirkətlər, səhm dəyərlərinin 80%-dən çoxunu itirdi. 2000-ci ildə qalxdığı zirvəyə yenidən çıxmaq üçün, NASDAQ indeksinə düz 15 il lazım oldu.
Dəmdəm (Xoy)
Dəmdəm (fars. دمدم‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (12 ailə).
Elif dedim
Elif dedim — bölgəsi Kütahya, qaynağı Hisarlı Əhməd, tərtibçisi və nota köçürəni Yücəl Başmaqçı olan Türkiyə xalq mahnısı. == Hekayəsi == Elif adlı bir qız var və onu çox sevən bir oğlan. Bir gün oğlan özünü pis hiss edir və dövrün ən ağır xəstəliyi olan vərəmə tutulur. Elifin ailəsi oğlanın sağalmalı olduğunu və ondan sonra Eliflə evlənə bilcəyini deyirlər. Daha sonra oğlan Elifə qovuşmağın ümidi ilə xəstəxanada yatır. Elifdə ara sıra ziyarətə gəlirdi və oğlanda gündən-günə sağalırdı. Aradan vaxt keçir oğlanın gözü yollarda qalır, çünki Elif artıq ziyarətə gəlmirdi. Ailəsindən bunun səbəbini soruşan oğlan könlünü, ağlını, həyatını viran edəcək xəbəri alır. Elifin ailəsi Elifi, vərəmli adamın yanına getməyə və onunla evlənməyinə qarşı çıxıblar. Buna görə də Elifi oğlanın yanına getməyə qoymurdular.
Kitabi-Dədəm Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər). "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". 2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Nüsxələr == Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir.
Dedo Mraz
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Jerom Deom
Jerom Deom (19 aprel 1999-cu ildə Belçikada anadan olub) — Belçika Pro Liqa təmsilçilərindən olan Standard Lyej FK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Belçikalı futbolçudur. == Klub karyerası == === Standard Lyej === Deom Standard Lyej FK akademiyası vasitəsilə inkişaf etmişdir. Deom əsas komanda ilə debütünü 7 may 2016-cı ildə etmişdir. O, 68-ci dəqiqədə Vaasland-Beveren klubu ilə qarşılaşmada Martin Remakleni əvəz etmişdir. Həmin görüşdə Standard Lyej liqa görüşündə Beverenə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 31 Mart 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir.
Deto-ryu Ayki-ciucitsu
Dayto-ryu Ayki-ciucitsu (ingiliscə: Daitō-ryū Aiki-jūjutsu, yaponca: 大東流合気柔術?) - Yapon döyüş sənətidir. Aykido və Hapkido döyüş sənətlərinin baniləri bu döyüş sənətini öyrənərək öz sənətlərini yaratmışlar. == Həmçinin bax == Aykido Ciu-citsu == Ədəbiyyat == Aykido Dinamikası.