Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Degenia
Degenia (lat. Degenia) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlar Denis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Degenia velebitica
Degenia velebitica (lat. Degenia velebitica) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin degenia cinsinə aid bitki növü. Velebitin rəmzidir və Xorvatiya sikkəsi olan 50 lipanın üzərində təsvir edilmişdir. Xorvatiya üçün endemikdir. == Kəşfi == 17 iyul 1907-ci ildə macar təbiətşünası Arpad von Degen tərəfindən aşkar edilmiş və onun adını almışdır. O, bitkinin Amerikanın nadir bitki cinsi olan degenia kimi təsnif etdi və tez bir zaman bu bitkinn degenia cinsinin yeganə növü olduğu aşkar edildi. == Yayılması == Velebit dağ silsilələrində və qaya yarıqlarında meydana gələn olduqca nadir, endemik bitkidir. İndiyə qədər yalnız üç yerdə tapılıb və bunlardan 2-si Velebitdədir. == Görünüşü == Degenia velebitica aşağı çoxillik bir bitkidir. Gövdəsi 10 sm hündürlüyə qədərdir.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Erigeron vetensis
Erigeron vetensis (lat. Erigeron vetensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Phytoseius petentis
Phytoseius petentis (lat. Phytoseius petentis) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius petentis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ceteris paribus
Ceteris paribus (və ya caeteris paribus; (Latınca tələffüz: [ˈse.tɛ.ris ˈpa.ri.bus]) — latın sözüdür, "digər şərtlər sabit qalarsa" deməkdir, ifadənin "bütün başqa şeylər bərabərdir", "digər şeylər sabitdir", "qalan hər şey dəyişməzdir" və "qalan hər şey eynidir" kimi tərcümələri də mövcuddur. İki vəziyyət arasında səbəbli, empirik və ya məntiqi münasibətə dair bir ifadə. Münasibətin gözlənilən şərtlərdə ümumiyyətlə doğru olmasına baxmayaraq, müdaxilə edən amillər səbəbindən uğursuz ola biləcəyi və ya əlaqənin məhv ola biləcəyi qəbul edilərsə, ceteris paribusdur. Ceteris paribus — tez-tez təhlil və sintez prosesində istifadə olunur, yəni "(əvvəllər) qeyd olunanlardan başqa bütün digər şərtlərin eyni qaldığını fərz etmək" ("ceteris paribus" üçün qısa). Bu o deməkdir ki, yalnız tədqiq olunan hadisələr və münasibətlər dəyişir, bütün digər hadisələr və münasibətlər isə dəyişməz qəbul edilir. == Tərifi == Məlumata görə, K.R. Makkonnell və S.L. Bryu ceteris paribus, digər parametrlərin sabit və ya dəyişməz qaldığı qəbul edilmiş fərziyyədir. == İqtisadiyyat == "Bütün başqa şeylər bərabərdir" bəndinin ən çox istifadə edildiyi fənlərdən biri iqtisadiyyatdır: bənd iqtisadi təsir və nəticələrin tərtibini və təsvirini sadələşdirmək üçün istifadə olunur.
Dirəniş: Qaratay
Dirəniş. Qaratay (türk. Direniş: Karatay) — 2018-ci ildə çəkilmiş Türkiyə döyüş, macəra və tarixi filmi. Səlahəddin Sancaqlının rejissorluğu, Səlman Qayabaşı və Uğur Uzunoxun ssenaristliyi, Ərtoğrul Fındığın prodüserliyi, "CGV Mars Dağıtım" şirkətinin distribütorliyi ilə çəkilən filmin baş rollarında Ərtoğrul Şakar, Mehmed Aslantuğ, Fikrət Quşqan, Alpərən Duymaz və Burcu Özbərk var. == Məzmun == II Qiyasəddin Keyxosrov atası I Əlaəddin Keyqubadın zəhərlənərək sui-qəsdə məruz qalmasından sonra taxta keçmişdir, amma o, atası kimi təcrübəli bir dövlət xadimi deyildi. Bu vəziyyət monqolların hücumlarının sayının artmasına səbəb olur. Əmir Cəlaləddin Qaratay bu hücumlara qarşı xalqı böyük bir dirənişə hazırlamağı planlaşdırır. Bütün təcrübəsi və gücü ilə dirəniş hazırlıqlarına başlayan Cəlaləddin Qaratay Anadolunun bütün döyüşçülərini öz yanına alır. Film Kösedağ döyüşündən də bəhs edir. == Rollarda == == İstehsal == === Çəkilişlər === Filmin çəkilişləri Türkiyənin Konya ilində gerçəkləşmişdir.
Dirəniş Qaratay
Dirəniş. Qaratay (türk. Direniş: Karatay) — 2018-ci ildə çəkilmiş Türkiyə döyüş, macəra və tarixi filmi. Səlahəddin Sancaqlının rejissorluğu, Səlman Qayabaşı və Uğur Uzunoxun ssenaristliyi, Ərtoğrul Fındığın prodüserliyi, "CGV Mars Dağıtım" şirkətinin distribütorliyi ilə çəkilən filmin baş rollarında Ərtoğrul Şakar, Mehmed Aslantuğ, Fikrət Quşqan, Alpərən Duymaz və Burcu Özbərk var. == Məzmun == II Qiyasəddin Keyxosrov atası I Əlaəddin Keyqubadın zəhərlənərək sui-qəsdə məruz qalmasından sonra taxta keçmişdir, amma o, atası kimi təcrübəli bir dövlət xadimi deyildi. Bu vəziyyət monqolların hücumlarının sayının artmasına səbəb olur. Əmir Cəlaləddin Qaratay bu hücumlara qarşı xalqı böyük bir dirənişə hazırlamağı planlaşdırır. Bütün təcrübəsi və gücü ilə dirəniş hazırlıqlarına başlayan Cəlaləddin Qaratay Anadolunun bütün döyüşçülərini öz yanına alır. Film Kösedağ döyüşündən də bəhs edir. == Rollarda == == İstehsal == === Çəkilişlər === Filmin çəkilişləri Türkiyənin Konya ilində gerçəkləşmişdir.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur". Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Klub karyerası === Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. == Həyatı == Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. == Həyatı == 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
FK Utenis
FK Utenis (Litva dilində-Futbolo klubas "Utenis") — Litvanın futbol klubu. Utena şəhərində yerləşir. == Tarixi == 1933-cü ildə yaranan komanda. Utenis stadionunda keçirir.
Utenis FK
FK Utenis (Litva dilində-Futbolo klubas "Utenis") — Litvanın futbol klubu. Utena şəhərində yerləşir. == Tarixi == 1933-cü ildə yaranan komanda. Utenis stadionunda keçirir.
Vətənin Keşiyində (1988)
== Məzmun == Film Sovet Sərhəd Qoşunlarının 70 illiyinə həsr olunmuşdur. Burada sərhədçilərin həyatından, çətin işindən, onların sayıqlığından, əsgər həyatının romantikasından söhbət açılır.
Denis Adeyev
Denis Barvinko
Denis Barvinko (ukr. Денис Анатолійович Барвінко; 16 fevral 1994, Dnepr – 10 sentyabr 2021, Dnepr) — Ukrayna Premyer Liqasında Metallist Xarkov FK klubunda oynayan peşəkar ukraynalı futbol müdafiəçisidir. == Həyatı və karyerası == Denis Barvinko 16 fevral 1994-cü ildə Dneprdə anadan olmuşdur. 2007-2009-cu illərdə Ukrayna Uşaq və Gənclər Futbol Liqasında Metallurq Zaporojye futbol komandasının üzvü olaraq karyerasına başladı. Bundan sonra Metallist Xarkov futbol koBmandasına gəldi. 2011-ci ildə bu komandanın üzvü olaraq turnirlərdə iştirak etdi. 12 avqust 2011-ci ildə Ukrayna Gənclər Çempionatında Kiyevin Obolon komandasına qarşı səfər matçında debüt etdi (1:0). Barvinko oyunun bütün dəqiqəsində iştirak edirdi. Ukrayna Kubokunun 1/16 final matçında Bereqvideykoya qarşı oyunda iştirak etdi (0: 3). 60-cı dəqiqədə onu Robert Heqedos əvəz etdi.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Denis Fonvizin
Denis İvanoviç Fonvizin (rus. Денис Ива́нович Фонви́зин, 14.4.1745-12.12.1792) — Rusiya ədibi. == Həyatı == Rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur. Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Denis Lou
Denis Lou (24 fevral 1940, Aberdin) — şotland veteran futbolçu. == Həyatı == Futbol həyatının böyük hissəsini İngiltərədə keçirib. Mançestr Yunayted tarixinin ən çox qol vuran futbolçularından biridir. Lou Bobbi Çarlton'dan sonra klubun ən çox qol vuran futbolçusudur. Mançestr Yunayted forması ilə 309 oyunda 171 qol vurub.
Denis Matsukeviç
Denis Matsukeviç (rus. Денис Сергеевич Мацукевич; Minsk, Belarusda 28 mart 1986-cı ildə anadan olub) — Rusiyanı təmsi ledən peşəkar tennisçidir. O, karyerası ərzində 5 dəfə Gedişat turnirlərinin qalibi olmuşdur. Denisin baş məşqçisi VAleri Şliardır.
Denis Papin
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.